!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanovdan sonra növbədə Odur?

!Reklam – Yazi

363304_25064Ərdoğanın “dosye”si icraata götürülür?

Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyətində dövlət vəsaitinin icrası ilə bağlı ciddi maliyyə nöqsanları, qeyri-qanuni artırılmış ştat vahidləri və saxta ezamiyyələr aşkarlayıb. Bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. 

Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı aşkarlanıb. Audit zamanı aşkar olunub ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda, bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi edilərək onlara məsləhətçinin əmək haqqına uyğun əməkhaqqı verilib.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.

 

Hesablama Palatasının Xarici İşlər Nazirliyi barədə sensasiya doğuracaq hesabatının Ərdoğanın Bakı səfərindən sonraya təsadüf etməsi Məmmədyarovun “vurulması” kimi yozulur. Belə ki, Azərbaycanda Fətullah Gülən Hərəkatına dəstək verən məmurlar arasında adı hallanan Xİ nazirinin “vurulacağı” gündəmdəydi.

Ərdoğan Bakıya gəldiyi gün Rusiyaya rəsmi səfərə gedən nazirin qısa müddət ərzində vəzifəsindən azad ediləcəyi də vurğulanır.

Qeyd olunur ki, rəsmi Bakıya verilən dosyedə onun da adı var. Lakin ABŞ ilə çox ciddi əlaqələrə malik Xİ nazirinin bir anda “vurulması” əlavə problemlər yarada biləcəyindən, bunun üçün zəmin hazırlanıb. Qərbin istənilən halda mənfi münasibət bəslədiyi korrupsiya-yeyinti faktları da xüsusilə seçilib.

Məlumatlı mənbə Elnur Aslanovdan sonra Elmar Məmmədyarovun, SOCAR-ın vitse prezidenti Xalik Məmmədovun və başqalarının da vəzifələrini itirəcəklərini bildirdi.

 

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv