!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəvariclər baş redaktoru ölümlə hədələdilər – YENİLƏNİB

!Reklam – Yazi

11831636_10206310021262168_2557591308585747735_n“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər ölümlə hədələnib. Bu barədə baş redaktor öz Facebook profilində yazıb. Mediaya müraciət edən A.Ələsgər bu barədə hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib:

Hörmətli media mənsubları! Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicag-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək “ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyə, hədələmişdir. Bu şəxs “get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram.

Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim. Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir.
Bu arada yaxın dostlarıma mesaj göndərərək, “Aqil Ələsgərə de ki, Allah onun bəlasını verərək” yazırlar. Xahiş edirəm bu məsələdə yardım edin.

***

Aqil Ələsgər məsələ ilə bağlı yeni açıqlama ilə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:

“Dünəndən etibarən dəstək verən bütün həmkarlarıma, zəng edən, mesaj yazan bütün dostlarıma təşəkkür edirəm. Əflatun Amaşova, Rauf Arifoğluna, Vüsalə Mahirqızına, Ehsan Zahidova, Ələsgər Məmmədliyə və onlarla həmkarıma bizim bizdən başqa dostumuzun olmadığını bir daha xatırlatdıqları üçün minnətdaram. Dünəndən bəri bizə qarşı “təkfirçi-xəvaric” həmrəyliyi göstərərək, sosial şəbəkədə əleyhimə yazanlara, məni dindar gənci tutdurmaq istəməkdə ittiham edənlərə demək istəyirəm ki, mən heç vaxt müsəlmanların əleyhinə olmamışam. Tam əksinə, ən yaxınlarınız, hüquq müdafiəçiləri belə telefonları söndürəndə, məzhəb fərqi qoymadan haqsızlığa uğrayan müsəlmanın yanında olmuşam. Bu dəfə də dərdim heç də hansısa müsəlmanın həbs olunması deyil, küçə uşaqlarının özlərini hüquqdan üstün görüb, istədiklərini hədələmək niyyətindən çəkindirmək olub. Hüquqi yolla cəzalandırılmasını istəmişəm ki, bir daha heç kim özünü hüququn üzərində görməsin. Dünən axşamdan etibarən bu barədə geri addım atmağım üçün yaşlı atasından kirvəsinə qədər zəng etməyən yoxdur. Mənim onlardan yeganə tələbim o gəncin özünün bu hərəkətinin səhv olduğuna inanıb, üzr istəməsi idi ki, bu gün redaksiyamıza gəldi, şifahi və yazılı üzr istədi, verdiyi narahatlığa görə, peşman olduğunu qeyd etdi. Dünəndən məni “gənci tutdurmaq istəməkdə” ittiham edənlər anlasınlar ki, mən yetim böyümüşəm və kimsənin gözüyaşlı qalmasına könlüm razı olmayıb və olmayacaq. Səhvini başa düşdükdən sonra hər insanın adam olacağına ümid bəsləmək olar. Bu səbəbdən də vəkilimə bu barədə yazdığım şikayət ərizəsi ilə bağlı prossesi dayandırmasını söylədim. Təkrar mənə dəstək olan bütün həmkarlarıma dərin təşəkkür edirəm”.

https://www.youtube.com/watch?v=tH47QE9zyRY&feature=youtu.be

www.yenicag.az

1353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv