!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullahçıların “dəyişiklik” planının pərdəarxası – Dumanlı istefa – Yenilənib

!Reklam – Yazi

896395_nFətullah Gülən Şəbəkəsinin rəsmi qəzeti “Zaman”ın baş yazarı Əkrəm Dumanlı baş redaktorluqdan istefa verdi. Yenicag.az xəbər verir ki, Əkrəm Dumanlı bu gün açıqlama verərək, baş redaktorluqdan istefa verdiyini bildirib.

“Son dönəmdə hüquqsuz basqılardan dolayı baş redaktorluq vəzifəsini yetərincə yerinə yetirə bilmirəm” deyə, fikrini ifadə edən Ə.Dumanlı 2001-ci ildən bu postda idi.

Qeyd edək ki, Əkrəm Dumanlı Gülən-Ərdoğan savaşının başlamasına səbəb olan ilk yazıların müəlliflərindən biridir. 1 noyabr seçkiləri öncəsi əksər gülənistlərin ölkəni tərk etdiyi müşahidə  olunur. Ölkədən çıxışına qadağa qoyulan Dumanlının bu yolla özünü unutdurmağa çalışdığı ehtimal olunur.

***

Maraqlıdır ki, Əkrəm Dumanlı son yazısında “basqılara rəğmən dik dayanmışam və sonuna qədər vəzifəmin başındayam” yazmışdı. Ancaq yazısının mürəkkəbi qurumadan yenə “basqıları bəhanə edərək” istefa verdi. Odatv.com-un yazdığına görə, Gülən son həftəlik toplantısında “Zaman” və “Bu gün”ün tirajının sürətlə aşağı düşməsinə diqqət çəkib və bu qəzetlərə abunə olmağı “cihad” adlandırıb. Şəbəkə lideri “Zaman”ın 2 milyon abunəyə çatması hədəfini də qoyub. Görünən odur ki, bu hədəfi reallaşdıra bilmədiyindən Dumanlı istefa verib və ya Gülən baş redaktor dəyişikliyi ilə hədəfə çatacağını düşünüb.

Dumanlının yerinə gələn Abdulhamit Bilici “CIA-nın kölgəsi” adlandırılan “Statfor” jurnalındakı kodunun “TR304” olduğu Wikileaks tərəfindən ortaya çıxarılmışdı. Abdulhamit Bilici ABŞ-la yaxın əlaqələri ilə yanaşı Azərbaycandakı fətullahçı şəbəkənin “Zaman” qəzetindəki kuratoru idi.

***

12027514_722234641254329_954919225447722115_nGülən Ərdoğan qarşısında “qan itirdikcə” komandasını yeniləməkdədir. Belə ki, döyüşdə yorulanlar arxadakılarla əvəzlənir. Eynilə, Azərbaycanda da baş imam Ənvər Özərən “Dialoq Avrasiya Platformu”unun Bakı Bürosunun rəhbəri Mustafa Saatçı ilə əvəzləndi. DAP-a isə fətullahçıların beyin mərkəzi sayılan Qafqaz Universitetinin dekanı, rektor Əhməd Sanıcın “sağ qolu” Cəlil Ərdəm gətirildi. Media ilə qopan əlaqələr hazırda Cəlil Ərdəmin 50-60 manatlıq hədiyyələri ilə “bərpa edilməyə” çalışılır.

Eyni zamanda Milli Məclisə seçkilərdə də deşifrə olunan namizədləri deyil, “kripto” namizədlərə üstünlük verilib.

Mövzu diqqətimizdədir

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv