www.sinerjipro.net

SinerjiProWide
Reklam

Elnur Aslanovun ASAİF-i və bələdiyyələri yenidən ələ keçirmə planı…

SOCAR-ın vitse prezidenti Xalik Məmmədov Ərdoğana bəddua seansına qoşulub?

Fətullahçı yazarın sensasiyalı kitabından seçmələr…

Ceyhun Osmanlının “Mətin abi”sinin ölümü Rusiyadakı hansı təhlükələrdən xəbər verir?

Əbülfəz Elçibəyin Gülən məktəbləri ilə bağlı tarixi sözü…

1

Gülən Şəbəkəsinin çox önəmli şəxslərinin referansı ilə Türkiyədəki universitetlərdən birində təhsil almış tələbə idman zalının niyə bu qədər böyük olduğunu soruşur. Cavab qarşısında isə çaşıb qalır: “Bura tədbir məqsədi ilə idman zalı kimi qurulub. Sən də bu həftədən etibarən burada Hocaəfəndinin söhbətlərini dinləyən tələbələrdən biri olacaqsan”. Oxuduğu müddət ərzində bu gizli söhbət salonunda Hocaəfəndini dinləsə də, əməlləri ilə sözlərinin düz gəlməməsi onu da Gülən məktəblərinin bir çox məzunu kimi bu şəbəkəyə qarşı çıxanların səfinə itələmişdi…

***

Mövlanənin dediyi kimi, “ya göründüyün kimi ol, ya da olduğun kimi görün”…

Gülən şəbəkəsi isə heç vaxt olduqları kimi görünmədilər. Azərbaycanda ayrı, Türkiyədə başqa, Amerikada isə tamamilə fərqli göründülər. Burada açdıqları məktəblərin modern olmasından, müasirlik gətirdiklərindən bəhs edib, Türkiyədə bu “dinsiz” topraqlara “iman daşıdıqları”nı söylədilər.

 

Gülənin erməni sevgisi

kol1Öncəliklə erməni məsələsi ilə bağlı qeyd etmək istərdim ki, Fətullah Gülən və heyətinin ermənilərə baxışı ilə bizim aramızda əslində uçurum var. Çünki biz ermənini hansı dinə mənsub olmasından asılı olmayaraq, düşmən olaraq gördüyümüz halda, Gülən Şəbəkəsinə görə, onların xristianı Əhli Kitab, müsəlmanı isə nadir tapılsa da “qardaş”dır. Bu səbəbdəndir ki, son illərə qədər ermənilərin mövqeyini müdafiə edən qəzet “Zaman” idi. Bizə dost görünmək üçün Azərbaycanın xeyrinə bir yazı dərc etdikləri zaman köşə yazarları vasitəsilə balansı həmişə qorudular. Məsələn, Xocalı soyqırımı ilə bağlı xəbər verərkən, yazarları vasitəsilə ermənilərin uydurma “Sumqayıt qətliamı”nı önə sürüb, bizi suçladılar(http://www.zaman.com.tr/etyen-mahcupyan/hocali-katliami_1250937.html). Toxunulacaq mövzular çox olduğundan bu məsələni  bir faktı qeyd edərək, bitirmək məcburiyyətindəyəm.2D

Ermənilərdən üzr istəyənlərə Gülən dəstəyi

2DGBir neçə il öncə Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasının keçirildiyini zaman bu kampaniyanın arxasında dayanan əsas qrup ABŞ Milli Demokratiya Fondu (NED) və Corc Sorosun Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilən Helsinki Yurddaşlar Dərnəyi idi. Bu qurum isə SOROS ilə Gülən Camaatının “Taraf” qəzetindən daha öncəki ortaq proyektlərindən biridir. Belə ki, bu dərnəyin qurucuları arasında SOROS-çu professor Ahmet İnsel (Avropa Birliyindən 107404 min avro qrant alsa da, bunun nəyin qarşılığında aldığı açıqlanmır) və digər SOROSçularla yanaşı Gülənin yaxın adamlarından biri, “Zaman” qəzetinin köşə yazarı və “Samanyolu” TV-nin əsas simalarından olan Ali Bulacın da adı var. Ayrıca, Gülənin rəsmi saytında (tr.fgulen.com) türk-erməni əlaqələrinin inkişafına çalışan bu dərnəyin təbliğatına  və müdafiəsinə rast gəlmək olar(http://tr.fgulen.com/content/view/2162/11/). Hazırda Türkiyədə “türk-erməni barışı” adı altında ermənipərəst mövqeni dəstəkləyən bu dərnəyə əsas media dəstəyi də məhz Gülənə və Sorosa yaxın media qurumları tərəfindən verilir.

 

Bizim yazdıqlarımızı təsdiqləyən məşhur Gülənist: Faruk Arslan

kollaj_manshetjpg7Əlimdə maraqlı bir kitab var. “İlk Mühacirlər-Azərbaycan” adlanır. Kitabın müəllifi Azərbaycana ilk gəlmiş fətullahçılardan biri olan Faruk Arslandır. Hazırda Kanadada yaşayan F.Aslan Şimali Amerika Media Birliyinin (Media Asembly of North America) baş katibi, Wilfrid Laurier Universitetinin Din və Mədəniyyət Fakultəsinin müəllimidir. Eyni zamanda 1991-ci ildə Azərbaycana gələn ilk fətullahçı qrupun içərisində jurnalist olaraq yer almış, keçmiş təhsil naziri Misir Mərdanovun yaxın qohumu ilə ailə həyatı qurduğu üçün Camaat arasında “Milli Kürəkən” olaraq tanınan şəxsdir. Bu addımı ilə Fətullah Gülənin “yerli insanlarla ailəvi bağ qurun” təlimatına Azərbaycanda ilk riayət edən şəxs olduğunu da özü bildirir. Kitabında qeyd edir ki, “Yağmur Gözlü (yəni Fətullah Gülən) onları süzdü və ilginc tövsiyyə verdi: “Orada qohumluq əlaqələri qura bilirsiniz”. Bu rəsmən “yerli gəlinlərlə evlənin” demək idi. Yağmur Gözlü bu tövsiyyəni xaricə gedən bir çox qrupa edəcəkdi… İçlərində əqrabalıq tövsiyyəsini ilk yerinə gətirən Faruk və Üsamə olacaqdı. Azərbaycanın təhsil naziri Misir Mərdanov, AMİP lideri Etibar Məmmədov və SOCAR başqan yardımçısı Salmanov Farukun evləndiyi qızın uzaq qohumları idi. Bu evlilikdən sonra Faruk Arslan “Milli Kürəkən” olaraq çağrılacaqdı”.

kollaj_manshetjpg2

Faruk Arslanın Azərbaycandakı qohumluq əlaqələri qədər yazdıqları da çox önəmlidir. Bu gün bizi inkar edənlər onun hazırda “Kaynak Holdinq”də Azərbaycandakı durumlarına görə, çapını gözlətdikləri kitabını oxuyarlarsa(Farukarslan.com saytından o kitabın PDF formatını əldə etmək mümkündür), bizim yazdıqlarımızın Fətullah Gülən tərəfindən Azərbaycana göndərilən və uzun illər burada yaşamış bu şəxs tərəfindən təsdiq olunduğunu görəcəklər. Hətta bizim belə hələki yazmadıqlarımız belə onun kitabında əksin tapıb. Gülən Camaatının Azərbaycandan necə təşkilatlandığı, Azərbaycandan kimlərin onlara yardım etdiyi, hətta kimləri burada hansı vəzifələrə gətirdiklərini belə oxuya bilərsiniz.

Faruk Arslanın kitabında ən önəmli detay Gülən Camaatının bu zamana qədərki bütün təbliğatını konkret dəlillərlə və tarixləri ilə inkar etməsidir(Yəqin bu səbəbdəndir ki, Kaynak Holdinq bu kitabın çapını durdurub). Belə ki, Gülən Camaatının Azərbaycanda rəsmi təbliğatında göstərilir ki, bunların Azərbaycanda fəaliyyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan və Bakı dönəmi ilə bağlıdır.FBS

Faruk Arslan isə göstərir ki, Gülən Camaatı Azərbaycana 1990-cu ildə etibarən gəlməyə başlayıb və ilk gələn TUSİAB-ın ilk İdarə Heyəti üzvü Hilmi Öney olub. Daha sonra Faruk Arslanın da içərisində olan qrup Azərbaycana gəlib və ilk iş “Zaman” qəzetinin buradakı fəaliyyətini qurmaq olub və lisey məsələsinə sonra baxılıb. İlk lisey də Naxçıvanda deyil, Bakıda açılıb. Çünki Gülənə görə, “Zaman” Azərbaycanda Camaatın fəaliyyətinin önünü açacaq əsas vasitə olacaqdı ki, özünü yanıltmadı.

Faruk Arslan bunu öz kitabında belə qələmə verir:

“Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: “Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısə, qoruyucusu və önəmli partnyoru olacaqdır. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın”.  Yəni, “25 il meyvə gözləməyin, səbrli olun” tövsiyyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı”.

Haşiyə

Gülən Türkiyədə də Qızıl nəsil yetişdirilməsi üçün 25-30 il müddət gözləməyin vacibliyini vurğulayırdı. Onun “qızıl nəsil” dedikləri isə yüksək savada malik, lakin ailəsindən, dövlətindən daha çox Hocaəfəndisinə, abilərinə bağlı nəsil idi. Azərbaycan üçün qoyulan vaxt isə 2015-ci ildə tamam olur. Bu barədə bir qədər sonra… Mövzuya qayıdaq…

 

“TUSİAB Gülənin sağ qolunun təlimatı ilə quruldu” etirafı

Faruk Arslan yazır ki, “Azərbaycana gələn ilk 36 şagird və 8 müəllimin rəhbərliyini etmiş Mehmet Ertekin yeni bir vəzifə gözləyirdi. “Araz” Universitetə Hazırlıq Kursları bir il içində normal fəaliyyətə keçmişdi. Orta Asiyaya gedən bütün ilk mühacirlər Bakıda keçərkən onları hava limanında qarşılayan, Bakını gəzdirən Mehmet Ertekin idi. Ayrıca, bütün iş adamları da onun əlindən keçirdi. Onun təşəbbüskarlığı və ictimaiyyətçiliyi Prof. Dr. Zəfər Ayvazın diqqətini çəkmişdi. Bu bacarığından faydalanmaq üçün 1994-cü ilin əvvəllərində Mehmet Ertekinə bir iş adamları dərnəyi qurma vəzifəsini verdi. Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyəti – TÜSİAB 16 Noyabr 1994-ci ildə Bakıda belə yaradıldı”.

Bəs TUSİAB-ın qurulma təlimatını verən prof.dr. Zəfər Ayvaz kim idi?

Onu da Gülənin 40 illik başqa bir tələbəsi – Nurəddin Veren açıqlayır: “Fətullah Gülən Şəbəkəsinin ilk konseyi bu şəxslərdən ibarət idi:  Ali Candan, İlhan İşbilen (AKP-dən istefa verən millət vəkili, o zaman bərbər idi ), Halil İbrahim Uçar, Mehmet Atalay, Mehmet Kadan, Kemalettin Özdemir, Abdullah Aymaz, İsmail Büyükçelebi, Ahmet Kemerli, ZAFER AYVAZ, İsa Saraç, Nurettin Veren və Necdet Başaran. Bizim Hocaəfəndi tərəfindən qoyulan qanunlarımız, bir idarəetmə mexanizmimiz var idi. Edəcəyimiz işlər və vəzifələrimiz sıralanmıştı”. Zəfər Ayvaz həmçinin Qafqaz Universitetinin ilk rektoru olub.

Görünən dağa bələdçi lazımdırmı? “Bizim Gülən Camaatı ilə əlaqəmiz yoxdur” deyən qurum birbaşa Gülənin təlimatı ilə qurulmuşdur. Və Türkiyə-Azərbaycan əlaqələrinddgaə son illərə qədər kilid rol oynayan TUSİAB Camaata yaxın olmayan iş adamların Azərbaycana girməsini əngəlləmək, onlara qarşı çıxanları müxtəlif adlarla dövlətə şikayət edərək, deport etdirmə əməliyyatlarında da mühüm rol oynamışdır. Doğrudur, TUSİAB içərisində heç bir camaata bağlı olmayan, milliyyətçi, inanclı insanlar da var. Lakin üzdə görünməyən “konsey” hər zaman fətullahçılardan ibarət olub, bəziləri özlərini TUSİAB-ı idarə edirmiş kimi görünsələr də, əsas daşları oynadan hər zaman Camaat olub… Eləcə də, ehtiyat zolağı olaraq yaradılan “İpəkyolu”… Gülənin dünya imamı Rizanur Meralın iştirakı ilə qurulan “İpəkyolu” TUSİAB-la bir medalın iki üzüdür.

 

Bəs “Çağ Öyrətim” Naxçıvanda qurulmuşdu?

Faruk Arslanın kitabından öyrənirik ki, ilk liseylər 1992-ci ildə Bakı və Sumqayıtda quruldu. Bunun üçün dövrün təhsil naziri İstanbula götürüldü və lazımi qərarlar alındı. Rəsmi açılış Türkiyədə dövlətinin müdaxiləsi ilə olmasa da, Mütəllibovun devrildiyi, Elçibəyin hakimiyyətə gəldiyi dönəm bu liseylərin də fəaliyyətə başladığı dönəmdir. Bunlara Azərbaycanda ilk icazə verən və önlərini açan Azərbaycan SSR-in baş naziri Həsən Həsənov olub. Həsən müəllimin bunların niyyətindən xəbərdar olduğu üçün deyil, sırf türklər olduqları üçün qucaq açdığını bilirik. Eləcə də, “Zaman Azərbaycan”ın ilk nüsxəsinə müsahibə verən ilk azərbaycanlılardan olan Əbülfəz Elçibəy də bunları türklüyə xidmət etdikləri inancıyla özünə yaxın buraxmışdı. Lakin Ankaradan aldığı bilgilər və bu liseylərin türkcə deyil, ingilis dilində təhsil verməsi sonra Elçibəyin fikrini dəyişdirəcəkdi. O, Naci Tosun, Halim Dağlar və Halit Esendirlə prezident olaraq son görüşündə belə söyləmişdi: “Açdığınız məktəblərdə türkcə deyil, ingilis dilində təhsil verməyinizi Türk dilinə və Türkçülüyə xəyanət olaraq, dəyərləndirirəm”(Qaynaq: “İlk Alperenler-Azerbaycan”, Faruk Arslan, s.76).

 

Türkiyədə bir, Azərbaycanda başqa təbliğat

Faruk Arslanın kitabında istifadə ediləcək çox məqamlar var. Ancaq bu yazımızda bir məqamı xatırladaraq, nöqtə qoymaq istəyirik. Bildiyiniz kimi, Gülən məktəbləri hər zaman dinlə, xüsusilə klassik nurçuluqla əlaqələrini inkar edirlər. Əslində, bu gün fətullahçılıqla klassik nurçuluq arasında uçurum olduğu da həqiqətdir. Gəlin görün ki, Camaat Səid Nursinin, hətta tələbələrini aylarla həbsdə çürütdükləri Xülusi Yahyagilin də adından istifadə etməyi məqbul sayırlar.

Məsələn, Gülənin ilk azərbaycanlı müridlərindən olan Nazim Əkbərovun dəstəyi ilə Azərbaycan ərazisində ilk məktəbin inşası zamanı “yuxu ədəbiyyatı”ndan xeyli istifadə olunub. Tez-tez inanclı türkiyəlilərlə görüşən Camaat fədailəri bu məktəblərin Bədiüzzamanın, hətta Peyğəmbərimizin (s) duası ilə tikildiyinə dair yuxular “danışırdılar”. Guya, bəzən Səid Nursi, bəzən Gülən, bəzən Peyğəmbərimiz (s), hətta bəzən də üçü bir yerdə gəlib ingilis dilində, heç bir dini dərsin keçirilmədiyi bu məktəbləri ziyarət edib, inşaata nəzarət edirlərmiş… Və zavallı Anadolu insanının da bu “gözəl” yuxuların qarşısında gözündə yaş, cibində pul qalmırdı.

Hətta işi o qədər böyütmüşdülər ki, 19-cu əsrdə yaşamış Mövlanə Xalidin “icazət”inin Səid Nursinin tələbələri Hülusi Yahyagil və Tahir Mutlunun gördüyü yuxularla 1980-ci ildə Gülənə keçdiyini belə saf, təmiz duyğulu Anadolu insanına anladır və onların kövrəlmiş duyğularından istifadə edirdilər.

Halbuki zaman keçəcək və 2005-ci ildə Hülusi Yahyagilin tələbəsi Muhammed Doğan Gülənin fəaliyyətinin İslama qarşı olduğunu açıqlayacaq, hətta 2014-cü ildə onun səltənətinin yıxılacağını bildirəcək və xəstə olduğu bilindiyi halda bir il səkkiz ay hücrədə saxlanılacaq, haqqında Gülən mediasında ən çirkin xəbərlər yayınlanacaqdı. Ancaq daha sonra digər nurçular da Gülənin məqsədini anlayacaq və Pensilvaniyadakı “möhtərəm”dən hər kəs üz döndərəcəkdi…

 

SOCAR-da Ərdoğana bəddua oxuyan Xalik Məmmədov olub yoxsa başqası?

socarrrr

Ötən yazılarımızda SOCAR daxilində ARDNŞ-in vitse prezidenti Xalik Məmmədovun rəhbərliyi altında Gülən Şəbəkəsinə bağlı bir qrupun varlığından bəhs etmişdik. Qeyd etmişdik ki, Rəsul Quliyevin zamanında önə çəkilən Xalik Məmmədov oğlu, SOCAR-ın Türkiyə nümayəndəsi Kənan Məmmədov və “SOCAR Türkiyə”nin CEO-su Kenan Yavuzun yardımı ilə şirkət daxilində məhz Gülən Şəbəkəsinin istədiyi kadrları irəli çəkir.

Gülənin yazan qələmi olan Faruk Aslan isə öz internet saytında SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin Ərdoğana bəddua etdiklərini yazıb. “İki illik xaos” başlıqlı məqalənin həmin bölümünü olduğu kimi təqdim edirəm:
“Sanmayın ki Azeriler isteyerek Türk okullarını kapatıyor. Birbuçuk yıl önce Azerbaycan Petrol Şirketi SOCAR ile anlaşma yapan Türk okulları,  SOCAR’ın 4 okulunu da bünyesine katarak büyümüştü. SOCAR’ın bugün ‘okullar bize mali yük oldu, bu nedenle kapattık’ açıklamasına bebekler bile inanmaz. Türk okulları Azerbaycan’da 1998’den beri kendi yağı ile kavruluyor ve ciddi para kazanan, kazandıran çok başarılı kurumlar. SOCAR’IN ÜST YÖNETIMINDE AKRABALARIM VE TALABELERIM VAR, GECE GÜNDÜZ ERDOĞAN’A BEDDUA EDIYORLAR. ÇÜNKÜ ERDOĞAN, SOCAR’IN ÜLKEMIZDE ALDIĞI 15 MILYAR DOLARLIK IHALEYI ONAYLAMA ŞARTI OLARAK AZERBAYCAN’DAKI TÜRK OKULLARININ KAPATILMASINI MASAYA KOYDU. PARA TATLI GELDI. İŞTE BU ZIHNIYET MÜSLÜMAN VE TÜRK OLAMAZ. Hatta insanlıktan nasibini almamıştır, şeytanca bir fitne, kıskançlıktır”(Mənbə: http://farukarslan.com/yazilarim/gazetecilik-makalem/iki-yillik-kaos-donemi/).

kollaj_manshetjpg4

Yəqin ki, biz bunu yazsaydıq, Camaat iftira deyərdi, Faruk Arslana isə “gözün üstə qaşın var” deyən yoxdur. Bəlkə də araşdırılsa, “Milli Kürəkən”in bir qohumu da Xalik Məmmədov çıxacaq…

Elnur Aslanov-Ceyhun Osmanlı-Kənan Məmmədov triosu

ken3Xalik Məmmədovun Faruk Arslanla qohum olub-olmadığını bilməsək də, Xalik-Kənan Məmmədovların Elnur Aslanov-Ceyhun Osmanlı ikilisinə verdiyi dəstək üçün münəccim olmağa ehtiyac yoxdur. Ata-oğul Məmmədovların dəstəyi ilə Elnur Aslanov İstanbulda keçirilən “Caspian Forum”ların baş qonaqlarından biri olub. Hətta 2013-cü ildə keçirilən tədbirlərin fotoqalereyasında SOCAR sədrindən daha çox Gülənin gənc imamları Aslanov və Osmanlının şəkillərinə rast gəlmək olur.

Eləcə də, Xalik Məmmədovun nəzarətində olan media qurumlarında bu imamların təbliğatı Azərbaycanın təbliğatından daha geniş olub. Hər halda 2018-ci ildə prezident olmağı hədəfləyən Aslanov Rəsul Quliyevin kadrının yaxşılığını unutmayacağını düşünürdü…

Və Elnur Aslanov “təqaüd”də olsa da, Xalik Məmmədovun ona dəstəyinin davam etdiyinə dair məlumatlar var. Belə ki, 2015-ci il parlament seçkilərində Aslanovun gizli namizədlərinə Xalik-Kənan Məmmədovların dəstək olacağı bildirilir. O da qeyd olunur ki, həmin siyahıdakı şəxslərə Gülən Camaatının yeni gənclər imamı olan İxtiyar Hüseynli tərəfindən müxtəlif vasitələrlə icra stukturlarından dəstək xahiş ediləcək və imkan daxilində hamısının parlamentdə təmsil olunmalarına çalışılacaq. Mandat alması çox önəmli olanların isə Xalik Məmmədovun yardımı ilə SOCAR-ın çətiri altında parlamentə girməsi təmin ediləcək.

Xaricdə oxuyan tələbələrlə kim maraqlanır?

946062_664689230232570_2139616145_nFaruk Arslanın yazıları çox maraqlı olsa belə, onun yaşadığı Kanada Azərbaycan üçün daha önəmlidir. Çünki burada da xeyli sayda azərbaycanlı tələbə oxuyur. Azərbaycanın gələcəyi sayılan bu gəncləri dövlət göndərsə də, onların fəaliyyətinə nə qədər nəzarət edilməsi böyük sual işarəsi altındadır. Xarici ölkələrdə oxuyub, özünü və azərbaycançılıq ideologiyasını qorumaq böyük iradə tələb edir. Təəssüf ki, bu sahədə ciddi boşluq var və kimsə ölkədən gedən gəncin oradakı fəaliyyəti ilə maraqlanmır və nəticədə sıxıntılar keçirən bir çox gəncimiz Fətullah Gülən Camaatı kimi örgütlərin əlinə keçir. Məsələn, Təhsil Nazirliyi Kanadaya göndərdiyi tələbələrin Toronto, Thompson Rivers, Manitoba Universitetlərində təhsil aldıqlarından xəbərdardır. Bəs həmin gənclərin bir çoxunun Camaata aid Yurdlarda qaldığından xəbəri varmı? Onların yurdlarında yaşayan və istər-istəməz onların təsirinə məruz qalan gəncin dövlətlə Gülən dilemması qarşısında qaldığında hansı mövqeyi sərgiləyəcəyini kim proqnozlaşdıra bilər? Qarşımızda ASAİF nümunəsi var…

kollaj_manshetjpg6

Elnur Aslanovun ASAİF ilə bağlı yeni namizədi var

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu olan ASAİF mühüm təşkilatdır. Lakin Fətullah Gülənin gənc azərbaycanlı imamlarından Elnur Aslanovla Ceyhun Osmanlının ASAİF-in başına gətirdiyi oyunlar ortadadır. Müxtəlif forumlar adı altında öz şəbəkəsini quran Elnur Aslanovun dövlətin parası ilə Azərbaycana deyil, məhz özünə və “Hizmət”ə xidmət edən gəncləri seçməsi barədə kifayət qədər yazıldığından təkrarçılıq etmək istəmirəm.

3_56Sadəcə qeyd etmək istəyirəm ki, ASAİF adı altında xarici tələbələr arasında təşkilatlanan Elnur Aslanov-Ceyhun Osmanlı ikilisinin adamı Ramin Həkimovun geri çəkilməsi ağıllı bir gedişdir. Hər kəsin bu şəbəkənin sakit bir şəkildə geri çəkildiyini düşünüb, ASAİF-lə maraqlanmaqdan vaz keçdikləri görüntüsünə inanmaları üçündür. Lakin arxada ASAİF-i əldən verməmək uğrunda mübarizə davam edir. Elnur Aslanov-Ceyhun Osmanlı-İxtiyar Hüseynli-Fərhad Məmmədov-Kənan Məmmədov beşlisinin hazırki planı Həsən Həsənli adlı gənci bu təşkilatın sədrliyinə gətirməkdir. 1004814_10201528835048494_1029257055_nAXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin də təhsil aldığı Bristol Universitetinin yetirməsi olan bu gənc “Eurovision”un “qanadlı oğlan”ı Ramin Hakimovun yaxın dostudur. ASAİF adından TV-lərdə çıxış edən bu gənc heç bir rəsmi vəzifəsi olmadığı halda Bakıda keçirilən Yay Forumunun açılışını edirdi. Onu kim önə sürmüşdü? Məqsəd onun layiqli namizəd olması barədə dövlət rəhbərliyində fikir yaratmaq idimi? Hər halda bu suala Elnur Aslanovun yaxın dostları gənclik və idman naziri Azad Rəhimovla işçisi İntiqam Babayev daha dəqiq cavab verə bilər. Necə ki, Azad Rəhimov Həsən Həsənli danışarkən, təhsil naziri Mikayıl Cabbarova bu gənci tərifləyirdi…

546378_3865357318163_1517780422_nMəqsəd isə birdir: 2015 və 2018-ci il seçimlərinə qədər Gülənin Azərbaycanlı Ordusunu bir arada tutmaq və bir sıra nazirlərimizin “xarici ölkədə oxuyan kadr” damarından istifadə edərək, dövlətin içinə sızmaq…

Bələdiyyə seçkilərinə hazırlıq…

Dövlət içinə sızıntı üçün vazkeçilməz vasitələrdən biri də bələdiyyələrdir. Çünki əksəriyyət inanmasa da, Avropanın da tələbi ilə bir neçə ilə JEK-lərin ləğv edilib, bələdiyyələrin statusunun güclənəcəyi gözlənilir. Artıq illərdən bəri JEK-ləri müdafiə edənlərin dəyişən və inkişaf edən Azərbaycanda müqavimət gücünün qalmayacağını, bələdiyyələrin dünyadakı nüfuzuna qovuşacağı bilinir. Təəssüf ki, bu gün bələdiyyələr icraedici orqanlardan asılı kimi göründüyündən bu seçimlərdə iştirak etməyə də əhali maraq göstərmir. Lakin Elnur Aslanov şəbəkəsi hələ ötən seçkilərdən etibarən tərəfdarlarını bələdiyyələrdə yer tutması üçün mübarizə aparmışdı və bir sıra bələdiyyələrdə “İrəli”nin namizədləri yer qazanmışdılar.

2009-cu ildə keçirilən seçkilərdə Leyla Şərifova – Səbayel, Mirzağa Əhmədbəyli – Yasamal, Məryəm Qulamova – Nizami, Hikmət Hüseynov -Qaraçuxur, Mikayıl Zeynalov – Gəncə (İndi Gəncə şəhər İcra Hakimiyyətinin I müavinidir) , Anar Rzayev – Xətai, Əliaslan Əliyev – Sumqayıt, Nilufər Mənsimova – Sumqayıt (indi SOCAR-da işləyir), Ramiz Məmmədli – Hövsan, Samirə Əliyeva – Nərimanov, Vüsal Bəkirov – Binəqədi bələdiyyələrinə üzv seçildilər.

 

Elnur Aslanov çox istəsə də, Rauf Mərdiyev , İmam Quliyev və Zaur Darabzadə 2009-cu ildə seçilə bilmədilər.

295474_10152435050280244_609349904_n1Bu dəfə də köhnə bələdiyyəçilərlə bərabər yeni kadrları seçdirmək üçün çalışan Aslanov qrupu əsasən gənclər imamı İxtiyar Hüseynlinin vasitəsi ilə müxtəlif icra hakimiyyətlərinin bu sahə üzrə məsul şəxsləri ilə görüşərək, bu komandanın bələdiyyələrdə ciddi yerlər almasını təmin etməyə çalışırlar. İxtiyar Hüseynli yenə də köhnə metodlarından istifadə edərək, “xalaoğlu”, “dayıoğlu” kimi variantlardan istifadə edərək, onların bələdiyyə üzvü olmaları yolunda əngəlləri qaldırmağa çalışacaq. Keçən seçkilərin qaliblərinin bu dəfə bələdiyyə sədri və ya müavini olmalarını təmin etmək istəyən Şəbəkə yeni üzvləri də seçdirərək, dövlətin alt idarəetmə mexanizminə hakim olmaq istəyir. Bələdiyyələrə Avropanın da müsbət rəyini bildiklərindən bu seçkiləri həm də Qərbə bir pəncərə olaraq, görürlər.

 

Gülənin gənc imamlarının planları bununla yekinlaşmır. Gələcək yazıda daha geniş toxunacağımız Bakı 2015 Olimpiya Oyunları ilə bağlı Gülən Şəbəkəsinin planları deməyə əsas verir ki, sanıldığının əksinə bu şəbəkə heç də fəaliyyətini dondurmayıb. Əksinə, üçüncü və dördüncü eşalonlarının vasitəsi ilə fəaliyyətlərini daha geniş areala yayaraq, bir sıra nazirlərin də yardımı ilə bir-biri ilə əlaqəsiz görünən, əslində isə Azərbaycan İmamının təlimatları ilə sistemli iş aparılır. Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “təqaüd”də olduğu görüntüsü yaratsa da, “ulaq”ları vasitəsi ilə vəziyyəti kontrol altında saxlayır, dövlətin hansı mühüm qurumuna kadr lazım olursa, “qohumluq” əlaqələri üzərindən o yeri “işğal etməyə” çalışır və bir çox hallarda da istəyinə nail olur.

1526769_747995275228840_898404241_nBu Şəbəkənin çözülməsinin çətin olmasının bir səbəbi də yüksək səbrlə davranmalarıdır. Gülənin 24 il öncə bildirdiyi kimi, “gərəkirsə, 25 il səbr edəcək, sonunda istədiyinizə nail olacaqsınız”. Şəbəkə azərbaycanlılara məxsus xüsusiyyətdən irəli gələrək, bir neçə dəfə səhv buraxsa da, daha sonra ABŞ və Türkiyədən olan “abi”lərin tövsiyyəsi ilə lazımi zaman gələnə qədər yenidən yeraltına çəkiliblər.

 

Camaatın təhlükəli Rusiya planı və ölümlə üz-üzə qalan gənclik…

Fətullah Gülən üçün Azərbaycanın önəmi çox böyükdür. Çünki istər Rusiya, istərsə də, Orta Asiyaya giriş qapısı Azərbaycandadır. Bu səbəbdəndir ki, bu gün Rusiyada bir çox fətullahçı şirkətlər məhz onların liseylərinin və Qafqaz Universitetinin məzunlarıdır. Və nə yazıq ki, bizim gənclərimiz Gülənin rus şəhərlərində “abilik” edərək, özlərini təhlükəyə atırlar. Rusiya Xüsusi Xidmət Orqanlarının siyahısında CIA-ya xidmət edən qrupların başında gələn Gülən Camaatına bəzən heç bir şey olmasa da, bizim canımız yanır.

memMəsələn, Elnur Aslanovun nəzarətində olduğu zaman Gun.az saytında belə bir xəbər yayılmışdı: “Moskvada Azərbaycandan olan tanınmış islam din xadimi Mətin Mehdiyev qətlə yetirilib. Gün.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Qeyd edək ki, 33 yaşlı Mətin Mehdiyev əvvəllər Rusiyanın İslam Mədəni Mərkəzinin beynəlxalq şöbəsinə rəhbərlik edib”.

Bəli, Rusiyada sıx-sıx yaşadığımız bir üzücü xəbər idi. Daha bir soydaşımız, qandaşımız və qardaşımız rus terroruna qurban getmişdi. Ancaq bu Mətin Mehdiyevin təqdimatı çox maraqlı idi. Çünki “tanınmış islam din xadimi” kimi təqdim olunan bu qardaşımızın nə bir elmi-dini əsəri, nə də hansı nüfuzlu dini mərkəzdən məzun olduğuna dair xəbər var idi. Çalışdığı mərkəz belə bir neçə il öncə Rusiya dövləti tərəfindən qapadılmışdı.

Biz bu suallara cavab axtararkən, millət vəkili Ceyhun Osmanlının bu ölüm hadisəsi ilə bağlı Rusiya Baş Prokurorluğuna müraciət etdiyini eşitdik. Sözün həqiqi mənasında gözəl addım idi. Lakin bu da mərhum Mətin Mehdiyevlə bağlı məsələdə fərqli bir durumdan xəbər verirdi. Axı Ceyhun Osmanlı ondan öncə və sonra başqa hansı soydaşımızla bağlı bu addımı atmışdı? Bu barədə sualımıza Ceyhun Osmanlı 13.04.2012-ci il tarixində yazdığı “O gün olsun ki” köşəsi ilə cavab verdi.

mem2Yazıdan sitat:

“10 Aprel. Moskva şəhərinin mərkəzi. Azərbaycan gənci Mətin Mehdiyev amansızlıqla qətlə yetirilir…

Dostları ona

“MƏTİN ABİ” deyərdi
– “Qardaş” deyərdi
MƏTİN ABİ isə Moskvaya oxumağa yenicə gələn tələbələrimizdən tanıdıqlarına və güvənildiyi üçün ona zəng edən tələbələrə

– Moskva şəhərinin müsbət cəhətlərindən danışar və əlavə edərdi ki, “bircə özünüzü burada faşist və nasistlərdən qoruyun”… amma…. Çoxlarını qorusa da, özünü qoruya bilmədi MƏTİN ABİ(seçdirmə bizimdir-red.)”

Məsələ anlaşılmışdı. Mərhum Mətin Mehdiyev Rusiyada Elnur Aslanovun Azərbaycanda oynadığı rolu oynayırdı və bu ölüm heç də xuliqan işinə bənzəmirdi…

Hər halda onun Rusiyadakı önəmini və gənclər üzərindəki təsirini bilən ruslar çox acımasız davranmışdılar. Gənc soydaşımızdan geriyə iki aylıq körpəsi qaldı. Təəssüf…

Yəni, işlər hər zaman güllük-gülüstanlıq olmur. Sən “hizmət” etdiyini düşünürsən, ancaq qarşı tərəf səni necə görür, o böyük bir sual işarəsidir. Və bu gün Rusiyada “hizmət” adına xidmət göstərən onlarla, yüzlərlə soydaşımız əslində “skinxed”lərin arxasındakı Rusun hədəfindədirlər.

Bizim istəyimiz Fətullah Gülənin “hizmət”i davam etsin deyə, bir daha Mətin Mehdiyev acısı yaşamamaqdır…

Bizim istəyimiz gənclərimizin sırf azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir, daha fətullahçılıq olsun, krişnaçılıq olsun, istənilən xarici ideologiyaya əsir düşməməsidir…

Ceyhun Osmanlının bu mövqeyi isə kimisinə görə, dostuna son borcu, kimisinə görə isə oradakı gənclərin bu hadisədən sonra dağılıb parçalanmamaları üçün hesablanmış bir addım idi. Çünki Moskva və ətrafında bu gün də ciddi bir şəbəkə var və əksəriyyəti də azərbaycanlılardan ibarətdir. Elnur Aslanovun yaxın dostu olan Namiq Şahpələngov adlı Qafqaz Universiteti məzununun liderlik etdiyi şəbəkə ilə bağlı geniş məlumatı da gələn yazılarımızda oxuyacaqsınız.  Təkcə onun deyil, Rusiyadakı digər fətullahçı aktivistlərin fəaliyyətindən də xəbər tutacaqsınız.

555Qısa olaraq, qeyd edim ki, Namiq Şahpələngovun fəaliyyəti ilə bağlı Şamil Tağıyev adlı yazarın məqaləsində “bu şəxs  bir neçə il öncə “Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzi” adlı mərkəz quraraq, fəaliyyətini rəsmiləşdirib. Lakin bu onun Gülən tərəfindən xüsusi missiya ilə göndərilmədiyi anlamına gəlmir. Bu sadəcə Rusiyada azərbaycanlı tələbələri tilova keçirmək üçün bir tələdir. N.Şahpələngov bu rəsmi ad altında azərbaycanlı tələbələrin durumunu öyrənir və bu yolla onlara yaxınlaşır. Məsələn, kimin nə ehtiyacı varsa, o zəif damarı seçir. Tələbəni qalacaq ev və cibxərcliyi ilə özündən asılı vəziyyətə salan Şəbəkə qaldığı evdə aparılan ideoloji təbliğatla o gəncləri tamamilə özündən asılı vəziyyətə salır.  O tələbə universiteti bitirdikdən sonra da onlardan qopa bilmir. Daha doğrusu ona bu seçim haqqı verilmir və hər bir məzun qazandığı pulun 10-20 faizini Şəbəkəyə ödəyir” yazılıb.

Hələlik isə, Azərbaycan sərhədlərinin içərisinə qayıdaq…

Yuxarıda gülənistlərlə ermənilərin münasibətindən danışarkən, onların erməniləri düşmən deyil, əhli-kitab olaraq gördüyünü qeyd etmişdim. Eləcə də torpaqları ermənilər tərəfindən işğal edilib, qız-gəlini əsir olan Azərbaycanda da bu tendensiya məhz bu şəbəkə tərəfindən yayılır. Mən tamamilə tərəfsiz olaraq, guya Azərbaycanı dünyada təmsil edən bu gənclərin əksəriyyətinin nə üçün hərbi xidmətdə olmadıqlarının araşdırılmasını istəyərdim. Keçərli səbəblər xaricində hərbi xidmətdən imtinaya pasifist olmalarımı əngəl törədir? Nə üçün ermənilərlə torpaq savaşı məsələsinə “dünya malı dünyada qalacaq, qan tökülməsin” məntiqi ilə yanaşır bəzi “pırıl-pırıl” və üzündən “nur” yağan gənclər? Dövlət bunu araşdırıbmı? Həm ABŞ, həm də Rusiya ilə əlaqələr qurmağa çalışan azərbaycanlı gülənistlərin dövlətin mühüm postlarını ələ keçirdikdən sonra Qarabağı erməniyə vermək bahasına hakimiyyəti ələ keçirməyəcəkləri nə məlum?

1394349_664626026905557_361193724_nNəzərə alsaq ki, azərbaycanlı gülənistlərin ilk planları 2015-ci ildə parlamentdə səs çoxluğuna nail olduqdan sonra 2018-ci il prezident seçkilərində Elnur Aslanovun liderliyi ilə iqtidarı içəridən fəth etmək idi. Hazırda Azərbaycan hökumət qurumlarının ən az 20 faizinə öz adamlarını yerləşdirən Şəbəkə 2018-ci ilə qədər dövlətin içərisində həlledici gücə çevriləcəkdi.

Və maraqlı bir fakt ondan ibarətdir ki, Elnur Aslanovun şəxsən seçdiyi və dövlət qurumlarında yerləşdirdiyi kadrların əksəriyyətində axtarılan bu xüsusiyyətlər olub:

  • Yeni Azərbaycan Partiyası üzvü olmamalıdır.
  • Naxçıvan və Qərbi Azərbaycan kökənli olmamalıdır.

kollaj_manshetjpg3Maraqlıdır ki, Ulu Öndər Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevin gənclərə yaratdığı imkanlar sayəsində güclənən Şəbəkə YAP-dan və Azərbaycan dövlətçiliyinə sədaqəti ilə seçilən regionlardan imtina edərək, daha çox qarışıq millətlərin nümayəndələrinə üstünlük verib. İnanıram ki, bu yazdıqlarımız araşdırılarsa, daha ciddi və bizim bilməyimizin imkansız olduğu məqamlar ortaya çıxacaq. O zaman Rəsul Quliyevin adamı Xalik Məmmədovun Gülənin azərbaycanlı imamları Elnur Aslanov, Ceyhun Osmanlı və İxtiyar Hüseynli ilə hansı oyunları oynadıqları daha dəqiq şəkildə ortaya çıxacaqdır.

 

Türk dövləti həmişə Güləni təhlükə olaraq görüb

 

Bizim yazıların təsirini azaltmaq üçün şəxsimi Türkiyəyə, nə bilim müxtəlif qurumlara bağlayanların nəzərinə çatdırmaq istərdim ki, bizim üçün önəmli olan Azərbaycanın Gülən Təhlükəsindən xilas olmasıdır. Və biz bu yola 2006-cı ildə çıxarkən bu günki Türkiyə iqtidarının Bakıdakı nümayəndələri, başda səfir Hüseyn Avni Karslıoğlu olmaqla hər kəs bizim əleyhimizə idi. Lakin istər bizim dövlətin içindəki gülənistlər, istərsə də türkiyəli həmkarları bizi yolumuzdan döndərə bilmədilər. Nəticə etibarı ilə bizim bu şəbəkə ilə bağlı əndişələrimizdə haqlı olduğumuz Türkiyə Prezidenti və baş naziri səviyyəsində təsdiqini tapdı. Elə onlar da məhz dönəmin prezidentlərinin (Özal və Dəmirəl) referansları ilə Azərbaycana gəlmişdilər. Rəhmətlik Elçibəyin dediyi kimi, “Özal bu məktəbləri tərifləyir, Türk dövləti isə açmamaq lazım olduğunu söyləyirlər. Nə edəcəyimizi özümüz də bilmirik”. Bəlkə də bu sözlər Türkiyədə Gülən ilə bağlı suala ən yaxşı cavabdır. Türk dövləti heç vaxt dövlətin içinə sızmaq istəyən bu Şəbəkəyə müsbət baxmadı. Bunu Gülən əleyhinə açılan məhkəmələr də sübut edir. Fəqət dövrün iqtidarları ilə əlaqəsini yaxşı qoruyan Gülən həmişə siyasi iqtidarların sayəsində dövlətdən qorundu. İlk dəfə 17 dekabrda siyasi iqtidarla körpülərini yandıran Gülən bunun cəzasını çəkməkdədir.

Yuxarıda qeyd etdiyim kimi, bizim hədəfimizdə də şəxslər deyil, xarici ideologiyalardır. Lakin bunlara qarşı çıxdığımız zaman onların səngərindən bizə daş atan vətəndaşlarımızın olacağını da bilirdik. Bəzən hələ də bunları türkçü olaraq görərək, təmiz niyyətlə üstümüzə hücum çəkənlərin də, maddi mənfəət, vəzifəsiz qaldıqda Gülənin şirkətlərində iş tapmaq üçün bizi pisləyənlərin də varlığından xəbərdarıq.

Bu illər ərzində Gülən Camaatı sırf meydana çıxmamaq üçün kimləri bizim üzərimizə göndərmədi ki? Onlarla insanla qarşılaşdıq… Ancaq heç bir zaman bizi hədəfimizdən yayındıra bilmədilər…

Bu qədər hər kəsi tənqid edirik. Bir az da özümüzdən yazaq. Bu illər ərzində biz heç səhv etmədikmi? Biz də bəzən gəncliyin verdiyi emosiya, bəzən qarşı tərəfin psixoloji təzyiqləri ilə yazmamalı olduğumuzu yazdıq. Bu gün 2006-2009-ci illərdə yazdığım yazıları oxuyarkən, əsas mövzuda nə qədər haqlı olsaq da, bəzi detaylarla bağlı “gərək bunu bir az fərqli yazaydım”, “buna heç toxunmamalıydım” dediyim, vicdanən rahatsız olduğum nüanslar var. Elə son yazılarımızda da elə məqamlar var ki, toxunmadan vicdanım rahat olmayacaq. Məsələn, sırf Fazil Mustafanın və onun Facebookdakı fanatlarının qızışdırması ilə əsəbi şəkildə yazdığım yazıda bir məqamdan dolayı çox üzgün olduğumu bildirmək istəyirəm. Fazil Mustafanın siyasi mövqeyi ilə bağlı  fikirlərimin üstündə dayanmaqla bərabər mərhum Qəzənfər kişiyə aidmiş kimi görünən bir cümləni yazmamalı olduğumu düşünürəm. Vaxtilə “Yurd”çuların atdığı bu iddianın yalan olduğunu müdafiə edən gənc tələbələrdən biri kimi bu gün o iddianı təsdiqləyən mənaya gələn cümləni işlətməməliydim. Sözün düzü, A Haberdə çıxışımdan sonra hər tərəfdən hücuma və təhqirə məruz qaldığım zaman istəmədiyim halda emosional davrandım. Necə deyərlər, əsəbi baş bəzən istənilməyən sonucları bərabərində gətirir. Rəhmətlik kişinin ruhu inşallah mənim bu üzrümü qəbul edər. Çünki həqiqətən onun ruhunu incitmək niyyətində olmamışam. Olmamalıykən oldu və həqiqətən o yazıda sırf bu detaya görə, çox üzgünəm…

 Son əvəzi

 Son olaraq, Gülən Camaatının adından və nüfuzundan geniş istifadə etdikləri dəyərli şairimiz Bəxtiyar Vahabzadənin bu camaat barədə dediyi bir lətifə ilə yazını nöqtələmək istəyirəm. 90-cı illərin əvvəllərində Camaatın məktəblərinə münasibət bildirən Vahabzadə bu məşhur lətifəni söyləyib: “Polis mağazanın qapısını kəsən oğrunu yaxalayıb, nə etdiyini soruşur. Oğru kaman çaldığını söyləyir. Səsin çıxmadığını bildirən polisə oğrunun cavabı belə olur: “Səsi sabah çıxacaq”. Dahi şair zamanında bunların bir zəka oğrusu olduğunu söyləmişdi. Lakin biz gec anladıq… Unutmayın ki, hər bir dövlətin ən böyük sərvəti insan kapitalıdır…

 Aqil ƏLƏSGƏR

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 472
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."