!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ənvər Özərənin “Bank Asya”nın ortağı olduğu ortaya çıxdı

!Reklam – Yazi

049aTürkiyədə Fətullah Gülənə bağlı biznes aktivlərinin ələ keçirilməsinə yönəlmiş cəhdlər ölkənin ən iri banklarından olan “Bank Asya”ya qarşı təqiblərlə müşayiət olunur.

 Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, hökumətə yaxın “Sabah” qəzeti hazırda banklara nəzarət komissiyası BDDK-nın təqibləri qarşısında olan “Bank Asya”nın imtiyazlı ortaqlarının arasında Fətullah Gülənin Azərbaycan imamının da yer aldığını yazıb.

 Məlum olur ki, Azərbaycanda əvvəlcə fəaliyyəti dayandırılan, daha sonra başqa mülkiyyətçinin idarəetməsinə verilən Fətullah Gülən məktəbləri şəbəkəsinin daxil olduğu “Çağ Öyrətim” şirkətinin rəhbəri Ənvər Özerən və onun bu yaxınlaradək Burdurda məmur işləyən qardaşı Rafet Özeren “Bank Asya”nın imtiyazlı ortaqları arasında yer alır.

 Həmçinin bankın ortaqları arasında M.K. adlı evdar qadın da yer alır. O, səhmlərini 2011-2013-cü illər arasında bankçılıq fəaliyyəti ilə heç bir əlaqəsi olmayan xarici şirkətə satıb. Daha sonra həmin hissələri geri alaraq Fətullah Gülən şəbəkəsinə bağlı şirkətlərdən birinə verib.

 BDDK “Bank Asya”da yoxlamalara imtiyazlı ortaqların kimliklərinin gizli saxlanıldığını əsas gətirərək başlayıb. Bildirilir ki, 185 imtiyazlı ortaqdan 122-nin barəsində məlumatlar vaxtında BDDK-ya təqdim edilməyib. Bu isə banklar haqqında qanunun pozulmasıdır. Araşdırmalar bankın səhmdarları arasında “Gülən” soyadlı 5 nəfərin yer aldığını da üzə çıxarıb.

 Nəticədə BDDK “Bank Asya”nın idarə heyətinin səlahiyyətlərini dayandırıb və bankın idarəçiliyini Əmanətlərin Sığortalanması Fonduna (TMSF) verib.

 Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-dakı çıxışı zamanı növbəti dəfə “paralel yapı” təhlükəsinə qarşı mübarizədən danışıb və “Bank Asya”nın Fətullah Gülənə məxsusluğuna eyham vuraraq deyib: “Sən hocasan, yoxsa bankirsən?”

Yenicag.az bildirir ki, “Bank Asya”nın qurtarılması üçün Azərbaycandan böyük pullar həmin banka axıb. Bu pullar arasında Ənvər Özərənin başçılıq etdiyi “Çağ Öyrətim”in nəzarətində olan universitet, lisey və hazırlıq kurslarının illik tələbə ödənişləri ilə yanaşı TUSİAB-a üzv olan böyük-kiçik şirkətlərin “himmət” paraları da olub. Buna səbəb isə Gülənin “evinizi, maşınınızı satın, ancaq bankı qoruyun” təlimatı olub. Görünən odur ki, Həzrəti Məhəmmədi (s) təhqir edənlərə qarşı səsini çıxarmayan Gülən İslamda haram sayılan bank və faizçiliyi qorumaq eşqinə düşüb.

 

 

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv