!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan “Gülən məktəblərini bağlayın” tələbi

!Reklam – Yazi

yenicag_okullllABŞ-ın Ohayo ştatında 8 qeyri-hökumət təşkilatı Paralel Şəbəkə ilə bağlı müqaviləli məktəblərin təhsil səviyyəsində çatışmazlıq və adlarının cinayət işlərinə qarışması səbəbindən bağlanılmasını istəyib. Yenicag.az “Azadinform”a istinadən xəbər verir ki, təşkilatlar 9 Gülən məktəbinə fəaliyyət lisenziya verən Buckeye Cəmiyyət Ümidi Fonduna açıq məktub göndərərək bu məktəblərin müqavilələrini pozmağı xahiş edib.

Keçən həftə qələmə alınan və son bir ildə bu məktəblərin qapadılmasını qanuniləşdirəcək bir çox sualın gün üzünə çıxdığı ifadə olunan məktubda əyalət orqanlarının davam edən araşdırmalarının nəticəsində bu məktəblərin dərs ilinin ortasında bağlanılması ilə nəticələnə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Yenicag.az 25 yanvar tarixində bu barədə yayımladığı məqalədə (https://yenicag.az/?p=61134) göstərmişdi ki,  Fətullah Gülənin məktəbləri ilə bağlı problem sadəcə Türkiyədə deyil. Türkiyədə və Azərbaycanda məktəblərini başqa şəxslərin adı ilə rəsmiləşdirərək davam edən Gülənin ABŞ-da da məktəbləri ciddi problemlə üzləşib. Belə ki, ABŞ-ın Ohioda əyalətində ” charter school” olaraq tanınan məktəblərindəki yoxlama bir sıra qanunsuzluqları ortaya çıxarıb. Ohio Əyaləti baş müfəttişi Dave Yost, “Gülən məktəblərində gördüklərim qarşısında dilim tutuldu” deyib.

Gülən məktəblərində aparılan araşdırmalar zamanı dövlət əmlakının mənimsənildiyi, haqsız qazanc əldə edildiyi, şagird sayında rəsmi qurumlara yalan məlumat vermə, şagirdlər arasında “cinsi əlaqənin yayğınlaşması” kimi faktlar üzə çıxıb və hazırda yoxlama işləri davam etməkdədir.

 

 

 

www.yenicag.az

1107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv