!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı məmurların kassetləri Әnvər Özərəndədir? – Baş imam açıqlandı

!Reklam – Yazi

10979425_10204985018937938_360504489_nTürkiyə mətbuatı 160 ölkədə 2 mindən artıq şirkət və məktəbdən ibarət Şəbəkə quran Fətullah Gülənin imamlarının (imam kod adıdır-əslində o şəxslərin bir çoxunun dinlə əlaqəsi yoxdur) adını açıqlayıb.

Bildirilib ki, Gülən “Paralel dövlət” i bu imamlar vasitəsilə idarə edirmiş. Belə ki, həmin imamlar 160 ölkədə 2600-dən çox şirkətin rəhbəri olub.

Yenicag.az Azvision-a istinadən xəbər verir ki, Gülənin imamlarının siyahısında Azərbaycandakı imamının da adı var.

ABŞ-dan İsmayıl Cələbi, Almaniyadan Hayreddin Özkul, Anqoladan Osman Yıldırım, Argentinadan Mustafa Eker, Albaniyadan Abdullah Fıstık, Avstraliya Məsut Lelik, Avstrya Nöman Gülən, Azərbaycandan isə Ənvər Özərənin Gülən camaatının əsas imamları olduğu siyahıda bildirilir.

Azərbaycanla yanaşı Gürcüstandan Adem Önal, Banqladeşdən Bedreddin Suata, Qərbi Avropadan Süleyman Tiftik, Belarusiyadan M.Əli Sarvan, Belçikada Davut Yalçın, Benin Abdullah yüca, Bosniyadan M.Mutlu Karaosman, Braziliyadan H.Bayram Öztürk, Burkino Fasodan Zübüyir Gümüş, Burundi Mustafa Arslan da bu siyahıda yer alıb.

Həmin ölkələr arasında Makidoniya, Nepal, Hindistan, Kanada, Fransa, Nigeriya, Yeni Qvineya, Pakistan, Rumuniya, Ruanda,Seneqal, Fələstin, Sloveniya, Slavakiya, Şri-Lanka, Sudan, Çili, Tacikistan, Tanzaniya, Tayland, Tayvan, Tunis, Ukrayna, Oman, İordaniya, Venesuella, Yəmən, Yeni zenlandiya, Venesuella kimi ölkələrin də adları var.

Qeyd edək ki, Yenicag.az Әnvər Özərənin Azərbaycan üzrə baş imam olduğunu dair dəfələrlə araşdırma yazılar dərc edib. Әnvər Özərən son olaraq, “Çağ Öyrətim”in “keçmiş” binasının arxasındakı liseyin həyətindəki kompleksin tikintisinə dəstək üçün Bakıdakı iş adamları ilə şəxsən görüşüb. Ancaq adı çox hallandığı üçün Mesut Kurnaz və Nazim Әkbərov vasitəsi ilə işləri idarə edir. Hazırda “İstək” liseyləri və “Güvən” Nəşriyyatının dərslikləri ilə fəaliyyət göstərən müxtəlif adlarda olan köhnə “Araz” kursları yenə də onun nəzarətindədir. Ümumiyyətlə, gizlilik məsələsində son dərəcə professional olan fətullahçılar dövlətlərin içərisinə yerləşdirdikləri adamları və müxtəlif üsullarla şantaj etdikləri dövlət məmurları vasitəsilə mövqelərini qoruyurlar.
Burada da Әnvər Özərənin adının açıqlanması göstərir ki, ən yaxşı halda o, başqa ölkəyə göndəriləcək, ancaq şəbəkə öz fəaliyyətini davam etdirəcək.

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv