Fətullahçıların Azərbaycandakı “böyük əməliyyat”dan xilas olma planı

Fətullahçıların Azərbaycandakı “böyük əməliyyat”dan xilas olma planı

Müəllif: Manager

Baş Redaktor

41_dAfrika ziyarətindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmində Fətullah Gülən var idi. Milli İstihbarat Təşkilatı başqanı Hakan Fidandan sonra özünün də həbs edilmə planından bəhs edən Ərdoğan Gülənin çevriliş niyyətindən danışdı:

“Biz əslində yaxşı niyyətimizin qurbanı olduq. Hakan Fidana qarşı məlum əməliyyatdan etibarən biz məsələni anladıq və tədbirimizi gördük. Bilirsiniz ki, onların planına görə, əvvəl MİT rəhbərini, sonra da məni həbs etməli idilər”.

Türkiyə Prezidenti Gülən Şəbəkəsinin ona qarşı əməliyyat planından danışdığı saatlarda Türkiyənin başda İzmir olmaqla 11 şəhərində Şəbəkəyə qarşı əməliyyat keçirilib. Əldə olunan məlumata görə İzmir prokurorluğu qanunsuz dinlənilən bir sıra şəxsin şikayət ərizəsinə əsasən bir sıra polis əməkdaşı haqda həbs qərarı verib və 11 vilayətdə 26 polis əməkdaşı axtarışa verilib.

yenicag_gulen_sirketlerQeyd edək ki, bir neçə gündən bəri Türk mediası Gülənin Türkiyənin şəhərlərindəki “İmam Ordusu” ilə bağlı açıqlama verməkdədir.

Vurğulanır ki, Şəbəkə, bəlkə bu şəxslərə başqa bir ad verə bilərdi. Ancaq “imam” adlandırılaraq, dini təşkilatlanma görüntüsü verilib, gerçək fəaliyyətlərin üstü örtülüb. Yəni, dindən danışan, insanlara dini anladan insanlar qiyafəsində fəqət dövlətə alternativ system ortaya qoyulub: “Eyni aparatdan çıxmış kimi sərt üz ifadəsi, eyni tərz saç və bığ tıraşına sahib bu adamlar, illərdən bəri Türkiyənin dörd bir yanında dövlətə meydan oxuyurlar. Dövlətin təyin etdiyi valilər, təhlükəsizlik idarəsi müdirləri, prokuror və hakimlər, hətta baş həkimlər … Bir çox şəhərdə, dövlətin bürokratları, Paralel Şəbəkənin valilərinin (imamlar) təsdiq etmədiyinə görə, kritik qərarları ala bilmirlər. Paralel Şəbəkənin xoşuna gəlməyənlərin başına gəlməyən oyun qalmır, cəzalandırılır, hətta həbs olunur”.

Dünən isə Türkiyə baş nazirinin müavini  Bülənt Arınc  Fətullah Gülənə bağlı  xaricdəki  “camaat məktəbləri”ndən  danışarkən Azərbaycanın da adını çəkib. O, xaricdəki  Gülən məktəblərinin bağlanılması məsələsinə toxunan Arınc, bu məktəblərin  Türkiyə dövlətinə  məxsus məktəblərlə əvəz olunmasının doğru olduğunu deyib: “Bu məktəblər “camaat məktəbi” olaraq  tanınırdı. Daha sonra  “paralel məktəb” olduğu ortaya çıxanda bu məktəblərin islah edilməsinin  lazım olduğuna qərar verildi. Türkiyə Cümhuriyyəti vətəndaşlarımızın qurduğu məktəblərin hamısına hüquqi prosedurlarla müdaxilə edəcək. Gülən məktəbləri  Qambiya və Azərbaycanda zərərli olduqları səbəbilə bağlanılıb.  Xaricdə  yeni təhsil sistemi  düşünürük. Quracağımız  məktəblər  əvvəlkilərdən daha keyfiyyətli olmalıdır”.

yenicag.az_erdogan_aliyev

Göründüyü kimi, 2015-ci ilin birinci yarısı Türkiyə tərəfindən Gülənə qarşı mübarizə ilə keçəcək. Maraqlıdır ki, Gülən məktəblərinə alternativ məktəb ideyası Azərbaycan Prezidenti İlham Əliyevin son Ankara səfərindən sonra ortaya atılıb. Son dönəmə qədər məktəblərin arxa plana atıldığı müşahidə edilsə də, Əliyevin səfərindən sonra həm Ərdoğan, həm Davudoğlu bu məsələni ard-arda gündəmə gətirdilər. Bülənt Arıncın Azərbaycanın adını hallandırması da əslində mesaj xarakteri daşımaqdadır. “Zərərli olduğu üçün bağlanan Azərbaycan tərəfindən bağlanan məktəblər”in Heyətinin olduğu kimi qalması Türkiyənin narahatlığına səbəb olur.

f_rov3“Çağ Öyrətim” şirkətinin rəhbərləri Ənvər Özərən, Məsud Kurnaz, Qafqaz Universitetinin rektoru Əhməd Sanıc, Qafqaz Universitetinin Rəyasət Heyətinin üzvləri(Bahri Topuz və s.), müəllim heyəti hələ də Azərbaycanda fəaliyyətlərini davam etdirməkdədirlər. Doğrudur, Türkiyədə olduğu kimi Azərbaycanda da tanınmayan azərbaycanlıların adı ilə xüsusilə hazırlıq kurslarını sənədləşdirən Gülən Şəbəkəsi görüntünü yaxşı hazırlayıb. Eyni zamanda Azərbaycanda ciddi məmur dəstəyinə də malikdirlər.

Azərbaycanın gənc məmur potensialının böyük bir hissəsini öz nüfuzu altına alan Şəbəkə Milli Məclisdə, ayrı-ayrı nazirliklərdə ciddi dəstəyə sahibdir.  Gənclik və QHT sektorunda böyük paya sahib olan fətullahçılar bu gün “vurulduqları” fonunu daha çox özləri yaradırlar. Belə ki, vitrindən çəkilərək, 5-ci kalonun tanınmayan üzvlərini önə çəkirlər.

734398_10152435046670244_980759863_nMillət vəkili Ceyhun Osmanlı, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev,  Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı  İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov, “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Gənclər və İdman Nazirliyinin Gənclər  Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, ASAİF –in keçmiş baş katibi Vusal Qurbanov, Nəcibə Mustafayeva, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) idman səfərləri üzrə meneceri Raul Gülməmmədov, Xaqani Fərəcov Gülən Aysberqinin görünən hissəsidir.
xaliq_enver Bu gün Məsud Kurnaz, Ahmet Sanıc və Ənvər Özərənə hamilik edən Xalik Məmmədov və Kənan Məmmədov ikilsinin də adını xüsusilə qeyd etmək lazımdır. Bu gün Qafqaz Universiteti sadəcə universitet deyil, Azərbaycandakı Fətullahçı Şəbəkə üçün BEYİN MƏRKƏZİ funksiyasını oynamaqdadır. Məhz Qafqaz Universitetində Camaatın İmamları tərəfindən alınan qərarlar “ulaklar” vasitəsi ilə dövlət içərisindəki Paralel Şəbəkəyə çatdırılır və dövlət qurumlarındakı fətullahçılar buradan idarə olunurlar. Təbii ki, burada Xalik Məmmədovun rolu danılmazdır. Fətullah Gülən Şəbəkəsinin maraqlarına uyğun addımlar atan Xalik və Kənan Məmmədovların, o cümlədən digərlərinin toxunulmazlığı deməyə əsas verir ki, Gülən Azərbaycanda Türkiyədəkindən də güclü durumdadır. Təəssüf ki, bir sıra məmurlara zamanında atılan rıçaqlar boşa çıxmayıb. Bəziləri “kasset”, bəziləri isə dövlətdən oğurladıqları pulların xaricdə işlədilməsi üçün fətullahçıların planlarının icraçısına çevriliblər.
Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, Türkiyə Gülən Şəbəkəsi ilə bağlı açılan ayrı-ayrı cinayət işlərini bir işdə birləşdirdikdən sonra eyni prossesi Azərbaycan başda olmaqla digər ölkələrdə də davam etdirmək niyyətindədir. Çünki faktiki olaraq, bir sıra fətullahçıların Türkiyədən qaçaraq, bu ölkələrdə özlərinə məskən saldıqları və vətəndaşı olduqları ölkə əleyhinə fəaliyyət göstərdiklərinə dair faktlar var. Qafqaz Universitetində Ərdoğan əleyhinə bəddua seansları və digər məsələlər Türkiyə rəhbərliyinin diqqət mərkəzindədir. Eləcə də, 10 avqust prezident seçkilərində Ərdoğanın Azərbaycanda İhsanoğluna məğlubiyyəti buradakı türk iş adamlarının əksəriyyətinin Gülənin nəzarətində olması faktoru ilə əlaqələndirilir. TUSİAB, İPƏK YOLU kimi camaatın iş adamlarını birləşdirən təşkilatlarının Gülənin TUSKON-u ilə əlaqələri ortadadır və Ərdoğan Paralel Şəbəkənin sadəcə Türkiyədəki deyil, xaricdəki qanadlarını da kəsmək istəyir. Belə ki, məlumdur ki, fətullahçılar şirkətlərini TUSİAB və İPƏKYOLU çatısı altında birləşdirərək, ən böyük proyekt və layihələr sırf fətullahçı şirkətlərə verilməkdədir. Tikinti, qida, reklam və digər sahələrlə yanaşı dövlətin böyük proyektləri də məhz TUSİAB və İPƏKYOLU-nun çatısı altındaki şirkətlərə “peşkəş” edilir.
10943534_10204881084779649_276847572_n936423_412744425505644_638543701_nAnkara siyasi kluarlarında gəzən söhbətlərə görə, Əliyevlə Ərdoğanın görüşündən sonra Azərbaycan tərəfində də Paralelin Azərbaycan üçün də ciddi təhlükə mənbəsi olması fikri daha da aktuallaşıb. Beləki Türk tərəfi bunun sadəcə iqtidar savaşı olmadığı, Türk Dünyasının gələcəyi üçün ciddi təhlükə olmasına dair dəlilləri həmkarı ilə paylaşıb. Bu səbəbdən də ciddi əməliyyatların keçiriləcəyi gözlənilir. İlkin olaraq, əməliyyatların mətbuatda adı hallanan şəxslərə qarşı başlayaraq,yuxarıya doğru davam edəcəyi gözlənilir. Azərbaycan hakimiyyəti içərisindəki Gülən Şəbəkəsinin hazırda bu əməliyyatlara mane olmaq istədiyi, özlərini hədəfdən uzaqlaşdıraraq, başqa tərəfə yönləndirmək istədikləri də vurğulanır. Necə ki, keçən ilin aprel ayında fətullahçılara qarşı nəzərdə tutulan əməliyyatlar yanlış yönləndirilmələrlə siyasətə qarışmayan kiçik dini camaatların həbs olunması ilə nəticələnmişdi. Bu dəfə də Gülən Şəbəkəsi kiçik qurbanlarla bu prossesdən yayınmaq istəyir.
Yenicag.az
Manşet, Özəl, Flaş, Gülən Təhlükə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti