!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

5 aydır gözə dəyməyən Dünya çempionu sükutu pozdu: "Burnum sınmışdı..."

!Reklam – Yazi

Uzun müddət idi ki, 22 qat dünya, 7 dəfə Avropa çempionu, əməkdar idman ustası və əməkdar məşqçi Eduard Məmmədov gözə dəymirdi. “Ağ canavar” ləqəbli idmançımız sükutu yenidən pozdu və Portuqaliyadan vətənə növbəti dəfə qələbə ilə qayıtdı. Portuqaliyanın Kaldas Rehina şəhərində kikboksun WAC versiyası üzrə keçirilən Dünya Oyunlarında E. Məmmədov növbəti dəfə bayrağımızı qaldırıb.

İdmançımız baş tutan yarışla bağlı Yeniçağ.az-a danışıb:

“Əvvəlcə bizə yaradılan şəraitə görə, fedarasiyamızın prezdenti millət vəkili Adil Əliyevə dərin təşəkkürümüzü bildiririk. Çünki o idmançılara hər zaman çox böyük dəstək olur. Bu dəfə də onun dəstəyi ilə Dünya Oyunlarına qatılmışdıq.

Yarışda 4 nəfər iştirak edirdik. Mənim tələbəm Amil Quliyev (35.kq) 12 yaşa qədər idmançılar arasında dünya çempionu oldu. 5 qat dünya çempionu Kamil Şərifov (86 kq.) bu yarışda növbəti qələbəsini qazandı. Azər Aslanov (75 kq.) da Dünya Oyunlarında qalib adını qazandı.

Bildiyiniz kimi yarışın digər qaliblərindən biri də mənəm. 60 kq. çəki dərəcəsində çıxış etdim və 5 döyüş keçirtdim. 2 yerli idmançı ilə qarşılaşdım. Növbəti rəqiblərim isə rumın və sloven döyüşçülər idi”.

22 qat dünya çempionu bir müddətdir ki, ciddi zədədən əziyyət çəkirmiş. E.Məmmədovun bildirdiyinə görə, 5 ay öncə qatıldığı çempionatın yarımfinalında burnu sınıb. Bu azmış kimi o, Dünya Oyunları öncəsi növbəti zədə ilə mübarizə aparmalı olub:

“Ötən yarışda İtaliyanın Karara şəhərində keçirilən çempionatın yarımfinalında zədə aldım, burnum qırıldı. Amma mən döyüşü sona kimi davam etdirdim və həmin mərhələni qələbə ilə bitirdim. Finala adlaya bilmədim deyə 3-cü yerlə kifayətlənməli oldum. Buna baxmayaraq, öz-özümə dedim ki, hər bir zədədən sonra idmana qayıtmaq mümkündür. 5 ay idi ki, bu yarışa hazırlaşırdım. Bu da belə bir yarışa hazırlaşmaq üçün çox az müddət sayılır. Sözün düzü, heç inanmırdım ki, bu yarışda yaxşı çıxış edə biləcəm. Çünki Dünya Oyunlarının başlanmasına 2-3 gün qalmış mənim dizimdə böyük problem yaranmışdı. Buna baxmayaraq, həm müalicə aldım, həm məşqləri davam etdirdim, həm də yarışa qatıldım. Nəticə də göz qabağındadır.

Yarış zamanı dizimdə ağrılar vardı, fikrim burnumda idi. Bilirsiniz ki, sümüklərin bərkiməsi 6-7 aya mümkün olur. Mən isə cəmi 5 ay sonra yarışa qatıldım. Növbəti zərbə dəyəcəyi halda bu zədə mənə təsir edə bilərdi. Amma şükürlər olsun ki qarşıma qoyduğum məqsədə çatdım. Qızıl medaldan başqa, Dünya kəmərinin sahibi oldum. Bu qələbədə illərdir çiyin-çiyinə çalışdığımız Çingiz Eyvazovun əziyyəti böyükdür”.

 

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv