!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 il ərzində 700 milyon dollar... - Bakı-Tiflis-Qars dəmir yolu açılarsa

!Reklam – Yazi

Türkiyə baş naziri Binəli Yıldırım mətbuata açıqlamasında bildirib ki, tezliklə işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu regionun taleyini dəyişəcək. Görəsən, BTQ-nin işə düşməsi regionda hansı dəyişikliklərə səbəb olacaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən layihənin işıq üzü görməsilə regionun, o cümlədən Azərbaycanın əhəmiyyəti daha da artacaq:

“Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən strateji olaraq dövlətin coğrafi mövqeyindən səmərəli istifadə və tranzit ölkəyə çevrilmə istiqamətində siyasət həyata keçirir. Bakı-Tiflis-Qars dəmir yolu da bu siyasətin tərkib hissəsi kimi önəmlidir. Təəssüf ki, dəmir yolunun çəkilişi prosesi kifayət qədər uzadılıb. Hətta bununla əlaqədar xərclər də artdı. Buna baxmayaraq, dəmir yolunun 2017-ci ilin sonunadək istifadəyə verilməsi gözlənilir. Bu baş tutacaqsa, Azərbaycanın region üzrə nəqliyyat daşımalarında mövqeyi daha da güclənəcək. Ölkədə Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması istiqamətində də fəaliyyət davam edir. Bu isə o deməkdir ki, sözügedən layihə ölkənin nəqliyyat infrastrukturunun təkmilləşməsinə, birbaşa olaraq məhsulların Türkiyə vasitəsilə Qara dənizə çıxarılması, eyni zamanda əks proses, yəni malların Xəzər dənizinə daşınmasına ciddi imkanlar yaradır. Həmçinin, Azərbaycan, o cümlədən regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün tranzit xərclərinin azalmasına gətirib çıxaracaq. Paralel olaraq Azərbaycanda nəqliyyat sferasının rəqabətə davamlılığını, xərcləri aşağı salmaqla, regionda mal və xidmətləri, sərnişin və yükdaşımanı kifayət qədər sürətlə artırmaq mümkün olacaq. Növbəti illərdə Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun gəlirlər baxımından da demək olar ki, səmərəsini görəcək. Səhv etmirəmsə, Qazaxıstan prezidenti bildirmişdi ki, Azərbaycanın növbəti 5 ildə bu layihədən əldə edəcəyi gəlir 700 milyon dollar həcmində olacaq. Həmçinin, Türkiyə, Gürcüstan və digər region ölkələri, eləcə də Azərbaycanda fəaliyyət göstərəcək xarici iş adamları, yerli sahibkarlıq subyektləri layihənin işə düşməsindən kifayət qədər yararlana biləcəklər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv