!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 rayonun qaytarılmasından imtina edilir – Rusiyalı həmsədr açıqladı

!Reklam – Yazi

 

qarabag daliq azfghjk_700x390Natiq Miri: “Popovun bu açıqlaması onu göstərir ki, aprel döyüşləri hələ də Ermənistana və onun havadarları olan güclərə dərs olmayıb”

Deyəsən, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində müəyyən dərəcədə yaranan ümidlər yenidən puça çıxmaqdadır. Bunu son zamanlar ATƏT-in Minsk qrupu həmsədr ölkələri rəsmilərinin açıqlamalarından aydın şəkildə sezmək olar. Bildiyiniz kimi bu yaxınlarda ABŞ və ardınca da Rusiya rəsmiləri Qarabağ konfliktinin indiki məqamda həllinin mümkün olmadığını dilə gətirmişdilər.

Belə ki, aprel döyüşlərindən sonra ilkin olaraq Dağlıq Qarabağdan kənarda yerləşən 5 rayonun qaytarılacağı ilə bağlı fikirlər səsləndi. Hətta Rusiya rəsmiləri ayrı-ayrı müsahibələrində bu fikri dəstədiklərini bildirirdilər. Amma indi görünür Minsk qrupu həmsədr ölkələri yenidən əvvəlki oyunları oynamağa başlayıblar.

Bu günlərdə APA-ya müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov aprel döyüşlərindən sonra cəmiyyətdə geniş müzakirə olunan Azərbaycanın Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayonundan beşinin qaytarılması məsələsini şərh edərkən deyib ki, nizamlama prosesi, vahid paketdir, bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsi qeyri-produktivdir: “Bu problemi Dağlıq Qarabağın statusu, bütün qaçqınların qaytarılması, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhlizin saxlanılması, sülhməramlı əməliyyatın keçirilməsi kimi məsələlər daxil olmaqla, nizamlanmanın digər elementləri ilə yanaşı nəzərdən keçirmək lazımdır”.

Belədə görünür ilkin olaraq münaqişənin həlli istiqamətində 5 rayonun qaytarılacağı ilə bağlı gündəmə gələn məsələ həmsədr ölkələri arasında, xüsusən də Moskva tərəfindən sonda qəbuledilməz hesab edilib.

Görəsən, bu belədirmi?

Politoloq Natiq Miri məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Rusiyanın sözdə bir şey desə də, əməldə isə Ermənistan maraqlarından çıxış etdiyini diqqətə çatdırdı və paralel olaraq qeyd etdi ki,Popovun yuxarıda səslənən fikirləri də məhz bunun göstəricisidir: “Minsk qrupunun Rusiyalı həmsədri Popovun dediyi bu fikirlər əslində Ermənistanın istədiyinə yüzdə-yüz uyğun gəlir. Çünki münaqişənin əvvəlindən danışıqlar çərçivəsində Ermənistan məsələnin kompleks və eyni anda həll olunmasını istəyirdi. Yəni Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması ilə paralel olaraq Qarabağla bağlı statusun və bunun üçün referendum gününün müəyyənləşməsini tələb edirdilər ki,  indi Popov 24 ildən sonra yenidən bu absurd fikirləri təkrar etməkdədir. Bu da əslində Azərbaycanı, bütövlükdə prosesi münaqişəyə təhrik etməkdən başqa bir şey deyil. Həmin məqam onu da göstərir ki, aprel döyüşləri hələ də Ermənistana və onun havadarları olan güclərə dərs olmayıb. Popovun bu fikri çözülməyə deyil, çözümsüzlüyə sürükləmək prosesinin başladığına bir işarədir. Bu da təbii ki, yenidən savaş təhlikəsinə, aktiv hərbi fazanın başlanmasına şərait yaradacaq. Düşünürəm ki, bu barədə Azərbaycan hakimiyyəti ciddi düşünməlidir. Çünki Rusiya rəhbərləri sözdə bir şey desə də, əməldə tamamilə Ermənistanın maraqlarına xidmət edirlər. Popovun dedikləri də bilavasitə bunun bariz nümunəsidir”.

 

Elçin/Yenicag.az

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv