Yazı İçi 468×60

493730_465347Hamıya yaxşı məlumdur ki, bu yaxınlara qədər Bakıda havalar həddindən çox isti keçirdi. Elə ona görə də İspaniyadan gəlmiş qonaqlarıma məsləhət gördüm ki, dağlıq bölgələrdən birinə gedib yaxşı istirahət etsinlər. Məsləhət və qərar Quba istiqaməti oldu. Televiziya kanallarında və mətbuatda “Rixos Quba” haqqında daha çox məlumatlar və reklamlar getdiyindən qonaqlarımın həmin məkandan razı qalacaqları əmin idim.

İşim çox olduğundan mən onlara qoşula bilmədim. Bakıda havaların hələ də isti keçməsinə baxmayaraq, artıq iki gün sonra qonaqlar geri qayıdası oldular. Əvvəlcədən bir həftəlik nəzərdə tutulan Quba səfərinin yarımçıq qalma səbəblərini soruşanda isə şoka düşdüm. “Quba Rixos”dakı xidmətdən çox narazı qalan qonaqlar, sübut üçün üstəlik mənə bir video-süjet də göstərdilər. İnanın ki, məni dəhşət götürdü. Səhər yeməyi zamanı çəkilmiş video-süjetdə yemək masası üzərində uçuşan saysız-hesabsız milçəkləri görəndə, məsələni başa düşdüm. Bir gününə adama 1000 manata başa gələcək otel xidmətinin biabırçı, anti-sanitariya şəklində təşkili adamda xəcalət hissi yaradır. Maraqlıdır, belə bir “xidmət”inə görəmi otel reklam olunurmuş?!

O da məlum oldu ki, otelə Şükür adlı bir türk rəhbərlik edir və hələ bu şəxsin üzünü görən də olmayıb. Nə vaxt gəlib-gedir, ümumiyyətlə buradakı ab-havadan, işin gedişatından, otelin otel kimi dəqiq xidmət göstərməsindən bu şəxsin xəbəri varmı, yoxmu? Təəssüf ki, bunu bilən yoxdur.

Günü bir turistə 1000 manata başa gələn oteldəki anti-sanitariya ilə, səhlənkarlıqla hörmətli Şükür abi Türkiyədə, görəsən, neçə gün otel sahibi kimi fəaliyyət göstərə bilərdi?! Özü də turizm üzrə dünya miqyasında öndə gedən ölkələrdən biri olan Türkiyədə.

İspaniyadan gələnlər ofisiantların qulluğundan, səriştəsizliyindən də ciddi narazı qalmışdılar. Xaricdən gəlmiş 4 nəfərin iki gün ərzində fikirlərindən dönüb, oteli tərk etmələri, əslində bizim üçün ciddi xəbərdarlıqdır. İndi özünüz deyin, xidməti düzgün təşkil etməyi bacarmayan otellərə ikinci dəfə ayaq basılacaqmı?(faktxəbər).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."