!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 yaşında “Microsoft”dan sertifikat aldı-Fotolar

!Reklam – Yazi

17951 (1)Britaniyalı 5 yaşlı uşaq kompüter mütəxəssisidir.

Bu balaca oğlan Birminhem şəhərində yaşayan Pakistan əsilli ailədə doğulmuş Ayan Kureşidir. O, Pakistanda anadan olub, lakin körpə ikən ailəsi ilə birlikdə Londona köçüb. “Microsoft” şirkəti onu kompüter mütəxəssisi sertifikatına layiq görüb. Sənəd “Microsoft” əməliyyat sisteminə peşəkar səviyyədə yiyələnməni təsdiq edir.

“Microsoft Computer Specialist” sertifikatını almaq üçün Ayan Birminhem Universiteti tərəfindən təşkil edilən imtahandan uğurla keçib. Balaca mütəxəssizə kompüter biliklərini öyrətmiş müəllim onun haqqında mətbuata belə danışıb: “Əvvəlcə o, kompüterin necə işləməsi və şəbəkənin nə olması ilə maraqlandı. Mən onun suallarına cavab verdim, sonra uşaq bunun onun üçün maraqlı olmasını dayanmadan təkrar etməyə başladı və mən nəzəriyyəni ona ən sadə dildə başa saldım. Uşağın marağı çox böyük idi və ötən ay Ayan iki fərdi kompüteri, iki noutbuku, şəbəkə kommunikatorunu və marşrutlayıcını uğurla birləşdirərək kompüter şəbəkəsi yaradıb.”

Əvvəllər “Microsoft” versiyasına görə ən gənc kompüter mütəxəssisi 6,5 yaşlı pakistanlı Mehroz Yavər olub. Bundan başqa, 2004-cü ildə sertifikata layiq görülən gənc pakistanlı qız Arfa Kərim “Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeytslə görüşə dəvət edilib.

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv