yenicag.az

50 nəfər Qafqaz Universitetindən qovuldu

50 nəfər Qafqaz Universitetindən qovuldu

Müəllif: Redaktor

Editor

qafqazuniverhshsQafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.

Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.

E. Qasımov faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.(qafqazinfo)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti