www.sinerjipro.net

SinerjiProWide
Reklam

11112751_10152886265936825_5603483353964494323_o5Şəmkirdəki intihar hadisəsinin təfərrüatları məlum olub.

Yenicag.az-ın Musavat.com-a istinadən məlumatına görə, Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində “BUM” markalı ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Ailəli və iki övladı olan 51 yaşlı E.Heydərov 1 ildir psixoloji problemlər yaşayırmış. O, bundan əvvəl də intihara cəhd edib, özünü asaraq intihar etmək istəyib.

E.Heydərovun psixoloji problemləri ötən ilin may ayında baş verən verən dəhşətli avtomobil qəzasından sonra yaranıb. Belə ki, Sabirkənddə qatarla “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində E.Heydərovun 1996-cı il təvəllüdlü oğlu da xəsarət alıb. Qəza zamanı digər sərnişin və sürücü faciəli şəkildə dünyasını dəyişib.

Şəmkir rayon Sabirkənd icra nümayəndəsi İdris Əbdürrəhmanov da intiharın səbəbini belə izah etdi: “Elmar mənim sinif yoldaşım olub. Onun psixoloji problemləri bu qəzadan sonra baş verdi. Sakit və mülayim insan idi. Əsəbləri tamamilə korlanmışdı. Atası rəhmətə gedib. Anası da təqaüddə olan müəllimədir. Çox yaxşı ailədir. Lakin Elmarın başına belə bir hadisə gəldi. Bəzən baş ağrıları elə olurdu ki, dözə bilmirdi”.

Qeyd edək ki, E.Heydərov şəxsi təsərrüfatla məşğul olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 101
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."