52 yaşlı aktrisa kişilərlə olan problemindən danışdı

Müəllif: Redaktor

Editor

İtaliyalı aktrisa Monika Belluçi kişilərlə arasında yaşadığı problemlərdən danışıb.

O, 52 yaşının olmasına baxmayaraq, hələ də sevə biləcəyini və sevgiyə inandığını bildirib.

“Mənə həddindən artıq ağıllı, özümdən razı kimi yanaşırlar. Amma istəyirəm hər qadına olan münasibət mənə də göstərilsin. Mən də hamı kimi əks cinsin nümayəndəsinə, uşağa, işimə sevgi ilə yanaşmağı bacarıram”, – deyə Monika vurğulayıb.

Belluçinin sözlərinə əsasən, 52 yaşının olmasına baxmayaraq, o, hələ də 20 yaşındakı kimi sevə bilər.

Qeyd edək ki, məşhur aktrisa iki dəfə ərdə olub. Onun ikinci nigahdan iki qızı var.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır