Yazı İçi 468×60

qanuniogru_vor zakon_kriminal_avtoritet18Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən 52 yaşlı “qanuni oğru” saxlanılıb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kriminal aləmdə Qiya Beremena ləqəbilə məşhur olan “qanuni oğru” Georgi Beriyev (Beriaşvili) dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. “Qanuni oğru” barədə cinayət işi başladılıb.

Xatırladaq ki, ötən ilin dekabrında “Persona non-grata” olan gürcü “qanuni oğru” Yaroslavlda saxlanılıb və Rusiya ərazisindən deportasiya olunub. Beriaşvilinin Rusiyaya girişinə ömürlük qadağa qoyulub. Lakin buna baxmayaraq fevralın 29-da “qanuni oğru” geri qayıdıb. Əgər Beriyevin günahı sübut olunsa, onu 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."