www.sinerjipro.net

SinerjiProWide
Reklam

Tunis seçimlərinin görünməyən tərəfləri… – Analiz

THUMBNAIL_Tunus_Secimleri_2“Ərəb baharı” Tunisdə başlamışdı. Küçə ticarəti ilə məşğul olan Muhamməd Buazizinin özünü dövlət binası önündə yandırması ilə 2010-cu ildə başlayan və domino effekti verən Yasəmin inqilabı nəticəsində Zeynal Abidin Bin Ali 23 illik taxtından olmuşdu. Hakimiyyətə isə 2011-ci seçkilərini qazanan mühafizəkar Ən-Nahda (Yenidən Doğuş-Rönesans) H
ərəkatı gəlmişdi.

“Ərəb baharı” proyektinin Liviyadan sonra Suriyada çıxmaza girməsindən sonra regionda ixvanın tənəzzülü başladı. Misirdə çevrilişlə Sisi hakimiyyətə gəldi və “Müsəlman qardaşları” ciddi zərbə aldı. Bir sözlə, “ərəb baharı”nın ən önəmli ayağı çökdü.

Bölgədə “ərəb baharı”nı dəstəkləyən Qatarda parlamentdə üstüörtülü çevriliş İxvanın ikinci ayağını da çökdürdü. Qatar-Misir-Türkiyə üçbucağının üçüncü ayağı Ərdoğanın dirənişi ilə ayaqda qalsa da, faktiki olaraq, bölgədə təkləndi və “qızıl üçlük” pozuldu. Öncədən “ərəb baharı”na dəstək verən Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Sisinin ətrafında birləşdilər.

Budur, bölgədə “müsəlman qardaşları”n son qalası olan Tunisdə də vəziyyət ürəkaçan deyil. Qeyri-rəsmi sonuclara görə, dünyəvi partiya olan Nida Tunis (Tunisin səsi) Partiyası seçkilərin qalibi oldu.

İlk ərəb baharı ölkəsi olan Tunisdə muhafizəkarların məğlubiyyəti ciddi anlam daşıyır. Hakimiyyətə gəldikdən sonra siyasi sabitliyi təmin edə bilməyən Tunis solçu Demokratik Yurdsevər Hərəkatının lideri Şükrü Belaid və ona yaxın Xalq Hərəkatının sabiq lideri Muhammed Brahminin öldürülməsiylə daha da sarsıldı. Bütün bunlar Ən-Nahdanın əlini zəflətdi.

Sürgündən gələrək, 1981-ci ildə qurulan və 2011-ci ildə partiyaya çevrilən Ən-Nahdanın lideri olan Raşid Qannuşinin ölkənin iqtisadi problemlərinin həllində çətinlik çəkməsi, buna parallel olaraq, radikal islamçı kəsimin güclənməsi müxalifəti gücləndirdi. Müxaliflərinin İŞİD və digər radikal silahlı qruplaşmalara dəstək verməkdə suçladıqları Ən-Nahda dünyəvi kəsimin qorxulu röyasına çevrildi və rəqibləri bundan maksimum şəkildə istifadə etdilər. İŞİD-ə, əl-Nusraya və Boko Harama ən çox qatılımın Tunisdən olması Ən-Nahdaya qarşı hücumları kəskinləşdirdi…

4 il öncə hakimiyyəti itirən Zeynal Abidin Bin Alinin komandasında yer alan nazirlərin qurduğu Nida Tunis hökuməti qurmağa hazırlaşır. Bin Alinin keçmiş nazirlərindən olan, keçid hökumətində baş nazir olmuş 87 yaşlı El Baci Kaid əs-Səbsinin liderlik etdiyi partiyaya Tunis Prezidenti Munsif əl-Mərzukinin hökuməti qurmaq təlimatı verəcəyi gözlənilir. Doğrudur, Nida Tunusun hazırda təkbaşına iqtidar olması imkansızdır. Əs-Səbsinin parlamentdə üstünlüyü təşkil etmək üçün koalisiya qurması lazımdır. Ancaq istənilən halda qanunlara görə, Ən-Nahda 5 il iqtidar kürsüsündən uzaq qalacaq.

Parlamentdəki millət vəkili sayına görə, ikinci olan (son seçkilərdə Nida Tunis 38,71 səslə 217 deputatdan ibarət parlamentin 84-nü, Ən-Nahda isə 31,79 faizlə 69-nu qazanıb. Digər mandatlar isə 15 partiya arasında bölüşdürüldü) Ən-Nahda hazırda güclü ana müxalifət partiyası mövqeyinə keçəcək.

Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Fransa, İngiltərə kimi ölkələr də Nida Tunis ilə işləmək tərəfdarıdırlar. Və Bin Alinin köhnə komandasının yenidən qayıtmasını istəyirdilər.

Görünən odur ki, domino effekti ilə dörd il öncə iqtidardan gedənlər yenidən geri dönürlər. Bu dəfə seçkilərlə….

Bu isə “ərəb baharı”nın çox keçmədən əslində “ərəb payızı”na çevrildiyini göstərməkdədir… Həm də o “bahar”ı dəstəkləyənlərin əlləri ilə…

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."