55 yaşlı əməkdar artistdən ETİRAF: “O xanımı 6 il sevdim, xəbəri olmadı” - VİDEO

Çəkildiyi filmlərdəki obrazlarını, oynadığı tamaşalardakı rollarını bir-bir sadalamaq istəmirəm, çünki sevənləri onu yaxşı tanıyır. Xüsusi təqdimata ehtiyacı da yoxdur. Əməkdar artist, sevilən aktyor və xarizmatik kişi Füzuli Hüseynovu deyirəm, 9 sentyabr doğum günüdür. Aktyor yeni yaşının sevincini yaşamaq üçün anasının yanına gedib.

Yubilyar təəssüratlarını Yenicag.az-la bölüşüb.

– Doğum gününüzü qeyd edəcəksiz?

– Artıq qeyd edirəm. Özəl günümü anamla bir yerdə keçirtmək üçün onun yanındayam. Hər zaman anam mənim qulluğumda dayanıb, istədim bu gün də mən onun qulluğunda dayanıb, nazını çəkim. 55 yaşım tamam olur. Yəqin ki, ayın sonunda dostlarla yığışıb, qeyd edəcəyik. Çünki çox təkid edirlər, əl çəkmədikləri üçün mən də doğum günümü keçirməli olacam.

– İndiyə qədər ən yaddaqalan doğum gününüz hansı yaşınıza təsadüf edib?

– Mən ümumiyyətlə, təmtəraqlı ad günlərini xoşlamıram. Amma 50 illiyim daha çox yadımda qalıb.

– “55” həm də iki beş deməkdir…. Rəqəmlərin mistikasına inanırsınızmı?

– Yox, mən həyatda heç bir mistikaya inanmamışam. Realist insanam. Bu sadəcə, bir rəqəmdir, istəsək də, istəməsək də yaş gəlib keçir. Mən həyatı olduğu kimi görürəm. Hansı rəngdədirsə, elə – ağı ağ, qaranı qara, əlvanı da əlvan.

– Son vaxtlar həyatı daha çox hansı rəngdə görürsünüz?

– Boz rənglər daha çox olur.

– İki sözlə özünüzü necə ifadə edərdiniz?

– Əslində, sizlər mənim barəmdə fikir söyləsəniz daha maraqlı olardı.

– Bizim fikrimiz bəllidir, sevilən aktyorsunuz. Öz dilinizdən özünüzü ifadə etmək daha maraqlıdır…

– Sadə və hər kəsə açıq.

– Amma deyilənə görə kaprizli aktyorsunuz?

– Mən isə kaprizli yox, tələbkar deyərdim. İşimdə çox tələbkaram. Hər dəvəti qəbul etmirəm, hər rola çəkilmirəm. Baxıram, özümə uyğun bilirəmsə, razılıq verirəm. Hər bir insan özünə hörmət etməyi bacarmalıdır.

– Özünüzü şanslı aktyor sayırsınızmı?

– Zamanla götürsək, əvvəllər daha çox şanslıydım, çünki daha çox çəkilmişəm. Elə indi də şanslıyam ki, çox filmlərə çəkilməmişəm, anormal əsərlərdə oynamıram. Mən hər yeməyi yemirəm. Yaxşı xörəkləri sevirəm. (gülür)

– Həyatınızı hansısa filmdə oynamaq istərdinizmi?

– Mən aktyoram, rejissor hansı rola uyğun görürsə onu da oynayıram. Kimsə hansısa obrazı canlandırmaq istəyirsə, evində gedib oynasın. Aktyoru rejissor seçir.

– Yəni tabe olan aktyorsunuz?

– Tabe olan deməzdim. Rejissor hansısa rolu məsləhət bilir. Mən də baxıram, uyğun görürəmsə oynayıram.

– Xarizmatik aktyorsunuz. Yəqin ətrafınızda xanım pərəstişkarlarınız da çox olar?

– Siz belə hesab edirsinizsə, təşəkkür edirəm. Amma mən özümü heç də yaraşıqlı kişi saymıram. Ətrafımda xanımları da görməmişəm. Molla Nəsrəddinin məsəlinə bənzədi lap. Deyirlər, ay molla, bəs filankəs xanım öldü, deyir, cəhənnəmə ölsün. Soruşublar ki, niyə? Deyib, o xanımı 6 il sevdim, xəbəri olmadı. İndi məni də sevənlər olubsa da, ürəklərində seviblər, xəbərim olmayıb.

– Tanrıdan ən böyük mükafatınızı almısız, yoxsa hələ gözləyirsiz?

– Çətin sual oldu. Tanrı mükafatımı, yoxsa cəzamı verib, bunun özü hələ sual altındadır. Bu sualın cavabını həyatın sonunda biləcəyik.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20336
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."