55 yaşlı kişi arvadı və oğlu tərəfindən öldürülüb – Video

Müəllif: Redaktor

Editor

images-3Məlum olub ki, 2013-cü ilin iyul ayında itkin düşən 55 yaşlı Aydın Heybətov öldürülüb.

ARB TV xəbər verir ki, Neftçala rayonunun Yuxarı Qaraymanlı kənd sakini Dəmir Heybətovun şikayəti əsasında aparılan istintaq zamanı aydınlaşıb ki, adı çəkilən şəxs həyat yoldaşı və övladı tərəfindən qətlə yetirilib.

Həmin ayda qətlə yetirilən Aydın Heybətovun meyiti yandırılıb və daha sonra qalıqları Kür çayına atılıb. Mərhumun qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı, 54 yaşlı Tükəzban Heybətova, oğlu 24 yaşlı Emil Heybətov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır