Yazı İçi 468×60

yenicag_xalikBu gün Dövlət Neft Şirkətinin “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Әləsgərə qarşı 2 milyonluq təzminat iddiası ilə bağlı növbəti məhkəmə işi keçirilib.

Məhkəmə iclası ilə bağlı “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, iclasda tərəflər öz arqumentlərini səsləndiriblər və bəlli olub ki, qarşı tərəf Neft şirkəti haqqında yazılar dedikdə Xaliq Məmmədovun haqqında yazılan yazıları nəzərdə tutur və o yazıların dayandırılmasını tələb edirlər. Biz keçən iclasda bildirmişdik ki, SOCAR-a cavab haqqı tanımağa hazırıq, lakin SOCAR sırf Xaliq Məmmədovun əleyhinə yazılar yazıldığı üçün bu haqqından imtina edərək məhkəmə yolu bizim cəzalandırılmağımızı tələb edir.
Eyni zamanda, məhkəmə zamanı bəlli oldu ki, Xaliq Məmmədov Dövlət Neft şirkətinin nüfuzundan istifadə edərək azad mətbuatı susdurmaq yolunda növbəti addımlar atmaq istəyir və sırf bu səbəbdəndə bizə qarşı məhkəmənin əslində bizimlə Xaliq Məmmədov arasındadır”.

Qeyd edək ki, növbəti məhkəmə prosesi fevralın 2-ə təyin edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."