Yazı İçi 468×60

ataturk_leninTürkiyənin “TV NET” telekanalında türk araşdırmaçı və yazar Mustafa Armağan maraqlı bir faktı açıqlayıb. Belə ki, bu fakt zamanında Atatürk tərəfindən Leninə yazılmış məktubda öz əksini tapıb.

Atatürk imzalı Leninə yazılan bir məktubun 1964-cü ilə qədər bir çox kitablarda gizli saxlandığı və ya həmin maddədə yazılanların göstərilməyərək verildiyi bildirilib.

Həmin məktub Türkiyə Böyük Millət Məclisinin Moskva sovet hökumətinə “birinci təklifnaməsi” adı ilə tanınır.

Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, “Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər”

Tarixçi məktubun sonrakı səhifələrini oxuyaraq bu cümləni qeyd edib: “5 milyon rubl qarşılığında Türkiyə öz əli ilə Azərbaycanı Sovetlərə satıb”

Yenicag.az “A24.az” saytına istinadən həmin iddia ilə bağlı vidogörüntünü təqdim edir:

 

https://www.youtube.com/watch?v=dpApIo6WZ3A#t=159

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 455
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."