HighTechnic

hightechnic
Ads by Google

33Türkiyənin hakim partiyası bu seçkidə də Gülən Şəbəkəsinin güclü olduğu Azərbaycanda və Qazaxıstanda qazanmadı. Bundan öncəki prezident seçkilərində olduğu kimi bu dəfə də CHP Azərbaycanda qazandı. Seçicilərin 30.58 faizinin səsini alan CHP-dən sonra ən çox səsi alan AKP oldu(29.06%).

HDP-nin 20.94 % səs aldığı seçkidə MHP-nin səsi 15.43 %-də qaldı.

Qazaxıstanda isə Gülən-Doğan ittifaqının dəstəklədiyi HDP 30.39% səslə birinci oldu. AKP isə 28.62 faizlə ikinci oldu.

Yenicag.az xəbər verir ki, bu Azərbaycanda və Qazaxıstanda yaşayan Türkiyə vətəndaşlarının hansı siyasi görüşdə olduğunu göstərməkdədir. Xaricdə türkləri təmsil edənlərin az bir qismi diplomatik xidmətdədir. Xaricdəki türkiyəlilər əsasən iki kateqoriyaya bölünürlər:

–          İş adamları.

–          Tələbələr.

Qazaxıstanla Azərbaycanın ortaq nöqtəsi hər birində Ərdoğanın hazırki ən güclü müxalifəti olan Fətullah Gülən Camaatının güclü olmasıdır. Məsələn, gülənistlərin qovulduğu Özbəkistanda AKP səslərin yüzdə 52.34 faizini alıb.

Bu seçimlər bir daha göstərdi ki,  burada Gülən təhlükəsi iş adamları səviyyəsində davam edir. Əllərində kifayət qədər imkan olan bu iş adamları müxtəlif təşkilatlarda öz birliklərini davam etdirir və yeri gələndə öz mövqelərini də ortaya qoyurlar.  

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."