yenicag.az

Dövlətin pulu ilə Güləni qoruyanların “qış məktəbi” – IX Yazı

Dövlətin pulu ilə Güləni qoruyanların “qış məktəbi” – IX Yazı

Müəllif: Manager

Baş Redaktor

9yenicag3Kənan Məmmədov və Ceyhun Osmanlının ortaq dostları və ya oğul atanı necə keçdi?  

Fətullah Gülən gizli söhbətlərindən birində belə deyirdi:  “Artıq el-aləm sizi tanıyır. Potensial təhlükə olduğunuzu da bilirlər. Ancaq siz düşmni təhrik etməyərək, rezin ayaqqabılarla pilləkanları çıxdığınız kimi yüksələcəksiniz. Ayaq səslərini heç kimi narahat etməyəcək… Bir tərəfdən düşmən cəbhəni, mükəmməl işləyən Kəşfiyyat təşkilatıyla içindən fəth edərkən, düşmən cəbhənin eyni fəaliyyətlərinə öz içimizdə davam etdirməsinə imkan verilməməlidir …. və xüsusilə KƏŞFİYYAT barəsində hər zaman düşmən cəbhədən öndə olmalıyıq”.

***

Əslində Gülənin çıxışlarını diqqətlə izlədikdə, məram və məqsədini necə ortaya qoyduğunu yuxarıdakı sətirlərdə olduğu kimi görə, bilərik . Azərbaycana göndərdiyi Faruk Arslan və digərlərinə “Bəlkə 25 il meyvə gözləmədən, dayanacaqsınız. Səbr edəcək və sonunda qazanacaqsınız. Media da sizin dəstəyiniz olacaq” sözlərini dediyi kimi…

***

“Lazım gələrsə, məhkəmənin altını üstünə gətirəcəks, ovucuna alacaqsan.

Bir milyard verəcəksiniz, on milyonluq təzminat iddiası alacaqsınız.

Yəni, bu da məhkum etməkdir. Yeri gələndə, vəkil da satın alacaqsınız, hakim də”.

Bu sözlərin müəllifi də Güləndir. Lakin bütün bunlara rəğmən, Gülən daim “məzlum”, “əzilən” obrazı ilə gündəmdə oldu. Məsələn, 28 fevral çevrilişi zamanı Ərbakan devrilsə də, hətta bu o amerikan çevrilişinə açıq dəstək versə də, “Samanyolu” və “Zaman” vasitəsilə elə rol oynadılar ki, baxan Ərbakanın deyil, bunun çevrilişə məruz qaldığını sanardı…

Heç hazırda Pensilvaniyadakı “Xoca”nın Azərbaycandakı emissarlarına xaç atalığı edən Xalik Məmmədov da rolunu pis oynamır. “İxtisarlar qaçınılmazdır” deyərək, kasıbları, bir tikə çörəyə möhtac insanları şirkətin qapısından kənara atan kadr məsələləri üzrə vitse-prezident özü kimi neft sənayesinə aidiyyatı olmayan qohum-əqrabasını çalışdığı şirkətə doldurub. Məsələn, bir müddət öncə ölkə mətbuatının yazdığına görə, “Dövlət Neft Şirkətinin vəsaiti hesabına Lənkəranda tikilmiş Müalicə-Diaqnostika Mərkəzinə bir kimsəni deyil, Xalik Məmmədovun qardaşı Malik Məmmədovu təyin etdirdi… Xalik Məmmədovun bacısı isə H.Əliyev adına Neft Emalı Zavodunda ümumi şöbədə kargüzardır”. Siyahını uzatmaq olar.  Lakin digər dövlət məmurlarını qohumbazlıqda ittiham edib, özü oğlunu işlədiyi şirkətin Türkiyə təmsilçisi təyin etdirməsi faktı kifayətdir. İllərini bu şirkətin inkişafına həsr edənlərin ixtisara salındığı şirkəti Türkiyə kimi 15 milyardlıq sərmayə qoyduğumuz bir ölkədə 1987-ci il təvəllüdlü Kənan Məmmədov təmsil edir.

Və bu gün şirkət içindəki bütün camaatçılar üçün Xalik Məmmədovdan da önəmli olan Kənan Məmmədovdur. Yəni, lətifəsi Məmmədovlardan uzaq, buynuz qulağı çoxdan keçib. K.Məmmədovun tələm-tələsik Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) rəhbər seçilməsi də böyük proyektin əsas komponentlərindəndir. Azərbaycanın böyük proyektlərinin fətullahçılara verilməsində Məmmədovların rolu danılmazdır. Məsələn, 2013-cü ilə qədər ildə iki dəfə Pensilvaniyaya gedərək, “Əsrin İmamı”ndan xeyir-dua alan “Aral” Qrupun prezidenti Əhməd Çətin TUSİAB İdarə Heyəti üzvü idi və SOCAR-ın və digər dövlət şirkətlərinin milyonluq proyektlərini icra edirdi. Lakin etdiyi bir “səhv”-Gəzi hadisələrinə qarşı çıxaraq, Ərdoğanı dəstəkləməsi ilə öz-özünə quyu qazdı. Bir anda Xalik Məmmədovdan gələn mesajla onunla əməkdaşlıq dayandırıldı… Yəni, ildə Gülənə yüz minlərlə “himmət” parası verdiyi halda ağır şəkildə cəzalandırıldı…

***

Bu gün Kənan Məmmədov İstanbulda Gülənin “lisey uşaqları”na geniş meydan verib. Azərbaycanın pulları ilə qurulan bütün proyektlər, xüsusilə tələbələrlə bağlı işlər Kənan Məmmədov və adaşı Kənan Yavuz tərəfindən Gülən Camaatına peşkəş edilib.

Haşiyə

Bir tanışım danışır ki, İzmirdə çox yaxşı bir mütəxəssisin  “Petkim”ə işə düzəldilməsi üçün döymədikləri qapı qalmayıb. Hətta Bakıda, SOCAR-ın ən önəmli şəxslərinə çıxıblar və oradan təkrar Kənan Yavuzun üstünə göndəriliblər. Xalik Məmmədovdan dəfələrlə ranqlı olan şəxsin adın ilə gələnləri Kənan Yavuzun cavabı şoka salıb: “Xalik müəllimin təsdiqi olmadan mən heç kimi işə ala bilmərəm”…

***

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, bu gün Xalik Məmmədovun ətrafında Camaat simpatizanlarından ibarət Beyin Qrupu var. O beyin qrupunun başçısı yanından ayırmadığı İlham Mehrəliyevdir.

Samir Kərimli, Tural Abasquliyev və digərləri isə Kənan Məmmədovun Türkiyədə qolu-qanadıdırlar. Hər nə qədər şirkətlə nümayəndəlik “ayrı” olsa da… Kənan Məmmədovun daha bir önəmli adamı isə Elçin İbadovdur.
9yenicag “PricewaterhouseCoopers” adlı audit şirkətinin rəhbərliyindən “Star” zavoduna maliyyə direktoru olaraq, təyin olunan bu şəxs eyni zamanda Ceyhun Osmanlının çox yaxın dostudur. Belə ki, “Star”da vəzifəyə gəlmədən öncə, dəfələrlə “İrəli”nin tədbirlərinə qatılan “PwC” akademiyasının rəhbəri Elçin İbadov eyni zamanda Qafqaz Universiteti ilə çox isti münasibətləri var.
 Gülənin akademik çevrəsinin ciddi nüfuz etdiyi Hacəttəpə Universiteti məzunu olan Elçin İbadov Qafqaz Universitetinin məzunlarının  iş tapması mövzusunda yardımçı olan şəxslərdəndir. Nə qədər qəribədir ki, Xalik Məmmədovun Qafqaz Universitetindəki əsas adamlarından biri olan xarici əlaqələr üzrə prorektor Sənnur Əliyev də eyni dönəmdə Hacəttəpə Universitetində oxuyub. Və… Sənnur Əliyev o dönəm Ankara üzrə Camaatın azərbaycanlı tələbələr üzrə imamı olub. Bu gün də Sənnur Əliyev Əhməd Sanıc, Ənvər Özərən və Məsut Kurnazdan sonra “Qafqaz”da önəmli mövqeyə sahibdir. Eyni zamanda Gülənin Türkiyə vətəndaşı olan imamları üçün o, universiteti əmanət edə biləcəkləri azsaylı şəxslərdən biridir. Baxmayaraq ki, hətta azərbaycanlı fətullahçıların belə ona simpatiyası yox dərəcəsindədir.  Təbii ki, bütün bunları yazıb, “AZİNKA”dan bəhs etməmək olmaz. Xalik Məmmədovun kadr bankı rolunu oynayan bu işə düzəltmə şirkəti hazırda AZINKA HR&CC olaraq fəaliyyət göstərir. Qafqaz Universitetini bitirənlər, lisey məzunları nədənsə bu şirkət vasitəsilə rahat iş tapırlar. Burada universitetin prorektorlarından Şaiq Nəbiyevin də xidmətləri az deyil, yəqin ki… Gülənin müridlərindən biri bir neçə il öncə sinəsinə döyürdü ki, dövlətin gənc kadrlarının 70 faizi bizim uşaqlardır. Onlardan neçə faizi AZİNKA vasitəsilə iş sahibi olub, araşdırılmalıdır…9yenicag33
 ***
 Nə yazıq ki, bu gün əslində “vurulmuş”, “zərərsizləşdirilmiş” kimi görünən, lakin daha da güclənən bir şəbəkə ilə qarşı-qarşıyayıq. Çox yanlış olaraq bəziləri düşünür ki, Ərdoğan Güləni sıxışdırdı və 40 illik bir şəbəkə beş ayın içində çökdü-getdi. Əsla! Öncəliklə, nə itiriblər? Liseylərinimi? Bu gün də həmin liseylərdə əsas söz sahibi onlardır. Şirkətlərinimi? Xeyr! TUSİAB bu gün heç vaxt olmadığı qədər güclüdür. Vitrində aparılan kiçik kosmetik dəyişiklərlə, millətçiləri ön plana çəkməklə və Ərdoğana deyil Gülənə xidmət edən bəzi türk diplomatlarının dəstəyi ilə, bir sözlə yeni qanla çalışmaqdadırlar. “Araz” kurslarına gəlincə, başqa adlarla fəaliyyətlərini davam etdirməkdədir… Qafqaz Universiteti? Bu gün Xalik Məmmədovun himayəsində, Gülənin Azərbaycandakı əsas beyin və əməliyyat mərkəzi olaraq qalmaqda davam edir.
Və işin acınacaqlı tərəfi bunların zərərsizləşdirildiyinə dair xəbərlərlə həm dövlət, həm də xalq aldadılır. Və bu gün Azərbaycan Prezidenti də Camaat qarşısında öhdəliyi olan məmurlar tərəfindən yalnış bilgiləndirilir. Eynilə Türkiyədə olduğu kimi…
 ***
kollaj_manshetjpg4Azərbaycan dövlətinin pulu ilə qurulan, dünyanın ən bahalı saraylarında tədbirlər həyata keçirsə də, heç bir effekti olmayan Xəzər Strateji İnstitutu (HASEN), xarici ölkədə keçirdiyi forumdan oranın heç bir media qurumunun yazmadığı ASAİF və pərdəarxasındakı fətullahçı “baronlar”… Dövlətin büdcəsini talayan Xalik Məmmədov, Elnur Aslanov, Kənan Məmmədov, Ceyhun Osmanlı, Fərhad Məmmədov və onları hansısa səbəbdən müdafiə edənlərin tək hədəfi bizi susdurmaqdır. Bunun üçün də yenə Azərbaycan dövlətinin imkanlarından istifadə olunur.
 ***
Bu gün 2 milyon manatlıq məhkəmə çəkişməsi ilə yanaşı Kənan Məmmədov Türkiyədə, atası isə Azərbaycanda eynilə zamanında Elnur Aslanovun mənə qarşı tətbiq etdiyi təcrid siyasətini yürüdür. Mən dəfələrlə bəyan etdiyim kimi, SOCAR mənim dövlətimin şirkətidir və konkret heç bir yazımda bu şirkət hədəf seçilməyib. Lakin SOCAR tərəfindən məhkəmədə irəli sürülən şərt ondan ibarətdir ki, Aqil Ələsgər SOCAR rəhbərliyi haqqında yazıları dayandırıb, təkzib etsin. Göründüyü kimi özləri də dolayısı ilə etiraf edirlər ki, mənim SOCAR-ın deyil, SOCAR rəhbərliyi haqqında yazdıqlarımdan narahat olublar. Mən SOCAR-ın 1 prezident və 10 vitse-prezidentindən ibarət rəhbərliyindən sadəcə Xalik Məmmədov haqqında yazmışam və o, öz adı ilə məhkəməyə müraciət etməyə cəsarət etmədiyindən dövlət şirkətini, dolayısı ilə dövləti arxasına alaraq, bizi susdurmaq istəyir.
 ***
Xalik Məmmədovun özünü və hocaəfəndisinin Azərbaycandakı emissarlarını qoruma planı bununla da bitmir. Dünənə qədər mətbuatı qapısından içəri soxmayan Xalik Məmmədov “Gənc jurnalistlərin SOCAR qış məktəbi” layihəsini ortaya ataraq, özü əleyhinə heç bir mətbuat orqanında yazıların getməməsinə çalışır. Necə ki, eyni taktikadan ildə bir neçə dəfə jurnalistlər üçün xarici səfər təşkil edən bir GSM operatoru istifadə edir və dünyanın ən keyfiyyətsiz və bahalı xidmətini verdiyi halda kimsə bu mövzuya toxunmur. Eyni taktikadan liseylər bağlanar-bağlanmaz istifadə edən Xalik Məmmədov “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə yazı müsabiqəsi keçirərək, Azərbaycan mediası ilə əlaqələr qurmağa başladı. Hazırda həyata keçirilməsi planlaşdırılan “Gənc jurnalistlərin SOCAR qış məktəbi” layihəsi də ölkə mediasının önəmli hissəsini susdurmaq üçün bir tələdir. Ancaq Xalik Məmmədov bununla yetinmir. Bu gün əleyhinə yaza biləcək əksər saytları “aylığ”a bağlayan Xalik Məmmədov müxtəlif adlarla həmin saytlara 200-1000 manat arası pul dağıtmaqdadır. Səbəb isə sadədir. Dövlət Şirkətinin pulu ilə özünü və oğlunu qorumaqdadır. Eləcə də, Kənan Məmmədov son bir neçə ayda Türk mediasında əlaqələrimizi baltalamaqla məşğuldur. Nəbzə görə, şərbət verən K.Məmmədov AKP mediası ilə görüşlərində məni “ergenekonçu”, hətta “agent”, ulusalçılarla görüşlərində “AKP-çi” adlandırmaqdadır. Əgər dediklərimdə yanlış varsa, ata-oğul ilə məhkəmədə qarşılaşmağa hazıram. Lakin dövlətin arxasında gizlənməsinlər, özləri məhkəməyə müraciət etsələr…
 Aqil ƏLƏSGƏR
P.S.  Bir ilə yaxındır yoxa çıxan Gülənin gənc imamlarından Ceyhun Osmanlı yenidən “dirilib”. O da üzə çıxmaq üçün HASEN kimi “Qarabağ” kartından bəhrələnmək istəyir. Əslində Ceyhun Osmanlı Gülənin “hücuma keçin” əmrindən sonra aktivləşib. Elnur Aslanovun bağlanan “Yurd”unun yerinə köhnə “İrəli”çilərlə yeni internet televiziya quran Osmanlı İxtiyar Hüseynli ilə birlikdə, yenidən komandasını bir araya gətirmək istəyir. “Hər şey yaxşı olacaq” parolu ilə müxtəlif bəhanələrlə bir araya gələn C.Osmanlı və qrupu media və QHT sektorunda əvvəlki günlərinə qayıtmaq istəməkdədir. Burada Kənan Məmmədovun da mühüm rolu var. Belə ki, hazırda Xalik Məmmədovun oğlu Osmanlının AKP hökuməti ilə münasibətlərini qurmağa çalışmaqda və bununla da guya fətullahçılarla əlaqəsinin olmadığı görüntüsünü yaratmaq istəməkdədir.

ur_cey

 P.P.S. Türkiyənin prezidenti və baş naziri Güləni ABŞ-dakı erməni diasporu ilə əlbir olmaqda ittiham etdilər. Elə bizim daha əvvəlki yazılarımızda da Gülənin Amerikadakı adamlarının erməniləri dəstəkləyən senatorlara yardım etdiyinə dair faktlar da var. Belə olan təqdirdə Ermənistan və Erməni Lobbisi ilə düşmən olan Azərbaycanda dövlətin parası ilə hocaəfəndilərinə xidmət etmək istəyənlər nəyi planlayırlar? Güləni dəstəkləyən sadəcə Kənan və Xalik Məmmədovlar və ya Aslanov-Osmanlı-Hüseynli qardaşlarıdırmı? Bunların xəyanətini gördüyü halda o insanları bunları dəstəkləməkdə davam etmələri nə ilə əlaqədardır. Türkiyənin məşhur Əmniyyət Kəşfiyyat Dairə başqanlarından Sabri Uzun Baykal da daxil olmaqla bir çox insanın kassetlərini çəkən Camaatın onlara izlətdiyini və özünə bağladığını yeni çıxan kitabında qeyd edib. Əcəba, hələ də Xalik Məmmədovu, Ceyhun Osmanlını qoruyanlarındamı kasseti var?..
 Bunun üçünmü mənə “qaysaq bağlamış yaranı qaşımağı dayandır, yoxsa sonun heç də yaxşı olmayacaq” verilir? Heydər Əliyev ideallarını deyil, Gülənin planlarının icraçısına çevrildikləri bu səbəbdəndirmi?.. Bu səbəbdənmi İlham Əliyevə bu mövzuda yalnış xəbər verməyə məcbur qalıblar?..

Gündəm, Manşet, Özəl, Flaş, Gülən Təhlükə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti