Gülən Azərbaycanda kimləri “kasset”lə şantaj edir? – Video

Gülən Azərbaycanda kimləri “kasset”lə şantaj edir? – Video

Müəllif: Manager

Baş Redaktor

gulenden_santaj_kokan_aciklamalar_h19109Türkiyənin tanınmış polis kəşfiyyatçılarından, uzun müddət polis kəşfiyyat idarəsi rəhbəri vəzifəsini daşıyan Sabri Uzunun “İn” kitabı yenidən şantaj iddialarını gündəmə gətirdi. Gülən Camaatının illərlə rəqib gördükləri şəxsləri video şantajla özlərinə tabe etdikləri, onlara tabe olmayanları bu kassetlərlə bitirdikləri çoxdan bilinirdi. Sabri Uzun bu dəfə faktlarla bu məsələyə toxundu.

Sabri Uzun Baykalın partiyadan istefa verməyə məcbur qalmasının arxasında da Camaatın olduğunu bildirdi.

http://www.youtube.com/watch?v=Yp5tR-vZJDo

Biz isə bir az əvvələ gedək. Nuh Mete Yüksəl. Gülən haqqında ilk iddianaməni hazırlayan Dövlət Təhlükəsizlik Məhkəməsi prokuroru. Bu iddianaməni hazırlayandan qısa müddət sonra seks görüntüləri yayıldı və prokuror “yox oldu”.

Kamer Genc. Gülənə qarşı çıxan siyasilərdən biri idi. “Çiçəkləri sulayan” videosundan sonra Gülən haqqında danışmadı.

Gülənin  açıq dəstək verdiyi Kılıçdaroğlunun partiyanın başına gətirilməsi üçün Baykalın çəkilməsi lazım idi. Ancaq Baykal dirənirdi. Dirəncini seks kasseti ilə qırdılar.

MHP. Partiya ən önəmli kadrlarını Camaatın seks kassetlərinə qurban verdi.  Dəniz Bölükbaşı, İhsan Barutçu, Bülent Didinmez kimi önəmli isimlərin silinməsi MHP-ə o zamana qədər Camaatın projesinə daxil olmamağın cəzası oldu. Sinan Oğanın bu günlərdə atdığı twitdə dediyi kimi, “MHP-yə tələni bərabər qurdunuz. Hökumət qurdusa, camaat dəstək oldu. Camaat qurdusa hökumət dəstək oldu. …Polis və kəşfiyyat Camaatın əlindəydi”.

Eləcə də Gülənin Herkul.org saytında yayımlanan bir videosunda bir naziri sevgilisi ilə görüşə gedərkən, yoldan qaytarmasına dair açıqlaması Şəbəkənin iç üzünü ortaya qoyur. Hazırda AKP-nin yüksək vəzifəlilərindən biri olan həmin şəxsin o sirrini bildiyi üçün ona düşmən olduğunu deyir: “Gecə həyat qadını ilə görüşə gedəcəkdi. Bizimkilər mənə xəbər verdilər. Əngəl oldum. Belə ən az on hadisə var”.

 

http://www.youtube.com/watch?v=dEP9I0OsVvI

Din, iman yolunda olan camaatın gizli çəkilişlər, sevgililərlə görüşlərlə nə əlaqəsi ola bilər? Digər dini qruplardan fərqli olaraq gülənistlərin SIZINTIya üstünlük verdiklərini, özlərini gizlətməkdə mahir olduqlarını nəzərə alarsaq, bu şantaj kassetləri məsələsində də usta olduqları söylənə bilər.

Eləcə də, Türkiyə Prezidenti Ərdoğan özünün belə bu şəbəkə tərəfindən izlənildiyini, “Benim mahremimle yatak odamda görüntüye almak nedir ya, böyle bir rezillik olur mu? Yazıklar olsun” dediyi artıq faktdır.  Eləcə də, Camaatın Azərbaycan mediasına da “servis” etdiyi Ərdoğanın qardaşının görüntüləri…

http://www.youtube.com/watch?v=5Vt2jd0WCaI

Maraqlıdır ki, bu gün AKP –dən istefa verərək Camaatı dəstəkləyənlərin bir çoxu zamanında qatı Gülən əleydarı olub. Eləcə də ÇHP millət vəkili Mahmut Tanal Pensilvaniyaya qarşı çıxan deputatlardan biri idi. Ancaq sonradan nə hikmətsə, Camaatı dəstəkləyən istər İdris Naim Şahin, istər Mahmut Tanal, istərsə də İdris Balın tək ortaq nöqtəsi “qadın və əyləncə” meyilliliyi.

Qısacası, bu gün Türkiyədə bir çox siyasi və bürokrat Camaatın əsirinə çevrilmiş durumda. Dövlətin Gülənin hininə girmək üçün vəzifələndirdiyi şəxslərin bir çoxu zamanında gülənistlərin şirin vədlərinə inanaraq, onların yaratdığı imkandan yararlanmanın bədəlini ödəyirlər. Bir sözlə, yuxarı baxırsan bığ, aşağı baxırsan, kasset…

Sadəcə, Türkiyədəmi? Göründüyü qədəri ilə Azərbaycanda da durum fərqli deyil. Müridlərini Gülənin söhbətləri ilə bir arada tutan Gülən Şəbəkəsi onlardan olmayanlardan da dəstək almanın yollarını bilir. Belə ki, zamanında dost kimi yanaşaraq, işlərinin yaxşı getməsi üçün dəstək aldıqları şəxslərin də bəzilərinin kassetlərini dar günə saxlayıblar.

Saysız-hesabsız xarici səfərlər, əyləncələr təşkil etdikləri həmin vəzifəli şəxslərin və övladlarının “xatirə kassetləri” bu gün işlərinə yaramaqdadır.

“Saxla samanı, gələr zamanı” prinsipi ilə Azərbaycanın bir çox önəmli insanının videolarını əlində saxlayan Gülən Şəbəkəsi üçün Türkiyə-Azərbaycan əlaqələrinin pozulması heç bir anlam daşımır.

Onun üçün liseyləri, hazırlıq kursları, şirkətləri yerli-yerində qalmaqdadır. Sadəcə kosmetik dəyişikliklə…

Gənc imam Elnur Aslanovu qurban verməklə, lisey və hazırlıq kurslarının isimlərini dəyişdirməklə, əvvəlki sistem davam edir. Qafqaz Universiteti, TUSİAB, “İpəkyolu”nu isə ümumiyyətlə, “görən yoxdur”.

Nə üçün? Dövlət başçısına “Gülənin Azərbaycandakı dayaqları dağıldı” yalanını kim verir? Sadəcə Xalik Məmmədovmu var işin arxasında?

Gülənin Orta Asiya və Rusiyadakı Şəbəkəsinin ayaqda qalması üçün Azərbaycandan gedən “himmət paraları”ndan kimsənin xəbəri yoxdurmu? Bu mövzunun açılması nə üçün bəzi Gülənə aidiyyatı olmadığını iddia edən dairələri narahat edir?

Bəli! Təəssüf ki, sadəcə Azərbaycanın iş dünyasınin bəzi üzvləri deyil, Milli Məclisdən tutmuş bir sıra nazirliklərə qədər, yüksək çinli dövlət məmurlarının, ölkə mediasından QHT sektoruna qədər bir çox insanın videosu Gülənin Azərbaycandakı imamlarının əlindədir. Onların bir çoxu onların dəvətini qəbul edib, İstanbul, Nyu York, Antalya, Bodrum, Ankara, Filadelfiya,San Fransisko və s. şəhərlərdə səfərlərdə olmanın cəzasını çəkirlər. Bu gün bir çoxu  Gülənə nifrət belə etsələr belə, onun planlarını icra etməkdədirlər. Əks halda, Baykal kimi görüntülərinin ortaya çıxmasından çəkinirlər.

Bu səbəbdən də, mühüm dövlət vəzifəsi tutursansa, Hacı Bektaş Vəlinin dediyi kimi, əlinə, dilinə və belinə hakim olacaqsan… Əks halda, istəmədiyin işlərə məcbur qalarsan… İndi istəməyərək də olsanız, Gülənin Azərbaycandakı şəbəkəsini müdafiə etməyə məcbur qaldığınız kimi…

Aqil ƏLƏSGƏR

Yenicag.az

Manşet, Araşdırma, Özəl, Flaş, Gülən Təhlükə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti