!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MH370 axtarışı: Reunion adasında “ikinci təyyarə qalığı” tapılıb

!Reklam – Yazi
img1869027Hind okeanında yerləşən və Fransaya məxsus Reunion adasında MH370 reysli Boeing 777 təyyarəsinə məxsus ola bilən ikinci təyyarə qalığı aşkar edilib. Ötən ilin mart ayında MH370 reysli Boeing 777 sərnişin təyyraəsi Hind okeanı üzərində uçarkən yoxa çıxmışdı.
Aşkar edilən qırıntı güman edildiyinə görə təyyarə qapısı ola bilər. Əşya Reunion adasının St Denis şəhərindən cənubda aşkar olunub. Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ildə Kuala Lumpur-dan Pekinə uçarkən yoxa çıxmışdı.
Həmin zaman təyyarədə 239 nəfər olub. Bundan əvvəl Reunion adasında tapılmış MH370 təyyarəsinə məxsus olduğu güman edilən qırıntı ötən gün Fransaya ekspertiza üçün göndərilmişdi.
Həmin hissənin itən təyyarənin qanadından qopduğu güman edilir. Tapılmış əşyaların tədqiqatına ekspertlərin çərşənbə günü başlayacağı nəzərdə tutulub.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv