!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin ABŞ ilə əlaqəsini quran yəhudi Erməni Yalanını dəstəkləyir-Fakt

!Reklam – Yazi

yenicag_yahudiDoktor Əfrat Əvivin apardığı araşdırma Fəthullah Gülənin İsrail ilə əlaqəsini sübuta yetirib.

Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, yəhudi olan Əviv Gülənin yəhudilərdən böyük dəstək aldığını və ABŞ-dakı yüksək vəzifəli şəxslərlə yəhudi lobbisinin vasitəsilə tanış olduğunu bildirib.

Fəthullah Gülənin gizli əlaqələri olduğuna dair Əfrat Əvivin yazdığı yazıda mühüm iddialar səsləndirilirb. Yazıda həmçinin Gülənin öz çıxarları üçün həm Türkiyədə həm də xaricdə yəhudilərlə gizli danışıqlara getdiyi bildirilir.

İsraildə yerləşən Bar İlan universitetinin Yaxın Şərq araşdırmalar institutunda çalışan Əfrat Əvivin yazdığı “Fətullah Gülənin Yəhudi Dialoqu” araşdırma yazısında Gülən camaatının İsrail və dünyadakı bir çox yəhudi ilə son dərəcə gizli əlaqəsi olduğu bildirilir.

Araşdırmada bildirilir ki, Fətullah güləni ABŞ-da tanınmış şəxslərlə tanış edən “Yəhudilərə qarşı böhtan və inkarla mübarizə birliyi”-nin (ADL) rəhbəri Abraham Foksman olub. Yazıda həmçinin bir Uniterian kilsəsi nümayəndələrindən birinin Fəthullah Güləni İsa peyğəmbərə bənzətdiyi yazılır.

Yakobs həmin görüşlə bağlı bunları bildirib:

“Bəzi şəxslər bizi Gülənlə tanış etmək istəyirdilər. Görüşdə mən Abraham Foksman və bir yoldaşımız da var idi. Bizimlə əlaqə quran şəxslər bizdən Güləni Vaşinqtondakı yüksəkvəzifəli və mühüm postlarda oturan insanlarla tanış etməyimizi stədilər. Biz də bizdən tələb olunanı etdik. İstanbulda onunla görüşdüyümüz zaman Gülən İsrail və yəhudilərlə əlaqələr qurmaq istədiyini söylədi. Daha sonra Nyu Yorkda onun köməkçisi ilə də görüşdük.”

Foksman prezident Ərdoğan üçün “Ərdoğanın sionizm ilə antisemitizm arasında qurmuş olduğu əlaqə qarşısında dəhşətə düşdük” kimi ifadələr işlətmişdi.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatının yazdığı məqamlar baş redaktorumuz Aqil Ələsgərin 1 may 2007-ci il tarixli “Yeni Çağ” qəzetində dərc olunan “Gülən «Erməni soyqırımı»nı tanıyan ADL-nin sifarişi ilə kitab yazıb” başlıqlı məqaləsində geniş təsvir olunur. Məqalənin həmin bölümünü təqdim edirik:

ADL-Gülən dostluğu!

Mövzu o qədər çoxdur ki, birini qoyub, o birisinə keçmək durumunda qalırıq. Artıq neçə gündür ki, ABŞ-dakı ən məşhur təşkilatı olan ADL-nin «erməni soyqırımı»nı tanıması müzakirə mövzusu olub. Türkiyə hakimiyyətini ADL-yə qarşı isti münasibətdə sərgiləyən millətçi türk kanalları belə, çox incə xüsusa diqqət yetirmirlər. ADL-nin adı qardaş ölkədə ilk dəfə Türkiyənin hazırki rəhbərliyi ilə bərabər anılmayıb. Həmin yəhudi təşkilatının Türkiyədəki əsas ortağı fətullahçılardır. Məhz Almaniyada nəşr olunan “Junge Freiheit” (“Azad Gənclik”) jurnalının 26 iyun 1998-ci il sayında bildirildiyinə görə ABŞ-dakı həmin yəhudi təşkilatı F. Gülənin papa II İohann Pavellə görüşünü də təşkil etmək üçün lobbi fəaliyyətinə girişmişdi və nəticədə bu görüşü gerçəkləşdirmişdi.

Bundan başqa 10 mart 1998-ci il tarixli «Zaman» qəzetini oxuyarkən, bu sətirləri görürsünüz: «Gülənin ABŞ-ın ən güclü Yəhudi locası olan ADL-nin (Anti–Defamation League) təklifi ilə hazırladığı «xoşgörü və dialoq»la bağlı kitab da gündəmə gəldi. Gülən, ingiliz dilində hazırlanan kitab üzrə çalışmalarını tamamlamaq üzrə olduğunu bildirdi… Kitab ADL tərəfindən nəşr olunaraq, dünyanın dörd tərəfində yayılacaq». Bu məsələ ilə də bağlı əlavə şərhə ehtiyac varmı? Bizlər Gülənin erməni cizgisindən bəhs edərkən, etiraz edənlər ermənilərin olmayan soyqırımını tanıyan bir yəhudi quruluşu ilə Gülənin çox isti əlaqələrinə hansı donu geyindirəcəklər? Baxın, əzizlərim, artıq dongeyindirmə dövrü arxada qaldı.

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv