www.sinerjipro.net

SinerjiProWide
Reklam

fuat-avni-kilicdaroglunun-18-kaseti-gulenin-kasasinda-h1424258752Fətullah Gülən Şəbəkəsinin müttəfiqlərinin belə kassetini əlində saxladığı bird aha təsdiqləndi. Belə ki, Twitterdə AKP əleyhinə yaydığı gizli bilgilərlə məşhurlaşan “Fuat Avni” kod adlı jurnalist Əmrə Uslu bu barədə yazdığı mesajlar üzə çıxıb.

Hazırda Gülən ilə qeyri-rəsmi ittifaq içində olan ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlunun oğlunun cangüdəni ilə yazışan “Fuat Avni” bu barədə ciddi bilgilər verib.

30 Mart 2014-cü il bələdiyyə seçkilərindən əvvək, fevral ayında Twitter mesaj xidməti üzərindən KOTİLAJİ adlı istifadəçi ilə danışan Emer Uslu, CHP-nin Paralel ilə ittifaqının arxasında “Kılıçdaroğlu da daxil olmaqla, 45 nəfərin + 18-lik video kassetlərinin dayandığının” olduğunu qeyd edir.

“Fuat Avni” bu kassetlərin Fətullah Gülənə bağlı informasiya mütəxəssisləri tərəfindən xüsusi proqramla internet üzərindən saxlanıldığını bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan yataq otağının belə gülənçi polislər tərəfindən dinlənildiyini söyləmişdi.

Eyni zamanda Azərbaycanda da Gülən Şəbəkəsinin bir sıra nüfuzlu məmurları xarici səfərlərə apararaq, orada kassetlərini çəkdikləri qeyd olunmaqdadır. Bu gün həmin məmurlar Elnur Aslanov, Ceyhun Osmanlı kimi şəbəkənin üzvü olmasalar da, Hocaya xidmət etməyə məcburdurlar.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."