www.sinerjipro.net

SinerjiProWide
Reklam

downloadTürkiyədə Fətullah Gülən Şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Bu gün də mərkəzi Siirt olmaqla, 6 şəhərdə eyni zamanda keçirilən əməliyyatlarla 10 nəfər həbs olunub.

Yenicag.az xəbər verir ki, “Paralel Dövlət”lə əlaqəli olmaqda ittiham olunan şəxslər arasında Mersində sabiq təhlükəsizlik müdiri, Siirtdə polis kəşfiyyatı müdiri və 5 polis, Sakaryada bir polis, Balıkəsir, Erdek ilə Elazığın Kovancılar rayonlarında isə bir komissar köməkçisi nəzarət altına alınıb.

İstintaq şübhəlilərə qarşı, ”cinayət törətmək məqsədiylə təşkilat qurma və idarə etmə, qanunsuz telefon dinləmələri həyata keçirmə, özəl həyatın gizlilyini pozma, saxta dəlillərlə cinayət uydurma, qeyri-hüquqi yolla şəxsi məlumatları ələ keçirmə və rəsmi sənəddə saxtakarlıq etmə” ittihamlarını irəli sürüb. 14 dekabrda “Samanyolu” TV-nin başçısı Hidayət Karacanın həbsi ilə başlayan “Tahşiyə” əməliyyatı ilə başlanan əməliyyatda 1 nömrəli şübhəli Fətullah Güləndir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."