unnamed (10)Mal-qara oğruları: “3 yerə böldük”.

Samuxda mal-qara oğruları iş başında ələ keçdilər

Başqasının mal-qarasına qənim kəsilənlərə indi iş kəsiləcək. Samuxda saxlanılan 3 nəfərdən ibarət olan dəstənin son iki ay ərzində rayonun müxtəlif kəndlərində xeyli sayda iri və xırdabuynuzlu heyvan oğurladığı müəyyənləşib. Polisin çoxsaylı müraciətlər əsasında apardığı axtarış cinayətkarları iş başında yaxalamağa imkan verib.

Şahin Mirzəyev – saxlanılan şəxs: “Axşamlar həyətlərə daxil olurduq. Götürüb, aparıb, satırdıq. Əvvəlcədən birlikdə planlaşdırırdıq”.

Yenicag.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, 44 yaşlı Gəncə sakininin Samuxdan olan iki tanışı ilə planlaşdırdığı son oğurluq onları ələ verib. Samuxun Çobanabdallı kəndində Səyavuş İsmayılova məxsus 13 baş xırda davardan 9-nu satmağa müvəffəq olsalar da, polis əməkdaşları onları maddi subutlarla saxlaya bilib.

Əşrəf Yusifzadə – müstəntiq: “Muxtarov İsa Rəfail oğlu, Mirzəyev Şahin Səfər oğlu və Rəhimov Vasif İsmayıl oğlu qabaqcadan əlbir olub qrup yaradaraq, ümumilikdə sentyabr-oktyabr aylarında 12 müxtəlif şəxsə məxsus 40 baş mal-qaranı oğurlayıblar. Hər üç şəxs saxlanılaraq istintaqa təqdim olunub”.

Samuxun 6 kəndində vətəndaşlara vurulan 10 min manata yaxın ziyan dəstə üzvlərinin qazancı olub. Saxlanılanlar ələ keçirdikləri mal-qaranı satmaqda elə də çətinlik çəkmədiklərini söyləyirlər.

İsa Muxtarov- saxlanılan şəxs: “Baxırdılar ki, köhnə maşındır. Deyirdik, kəndlərdən ucuz qiymətə almışıq, indi də satırıq. Üst-başımıza baxırdılar ki, alverçiyə oxşayırıq. Bununla bağlı problem olmurdu”.

Vasif Rəhimov – saxlanılan şəxs: “Üçümüz – Şahin, mən və İsa bir yerdə qərara gədik ki, gedib mal-qar oğurlayaq. Beləcə gecə gedib oğurlayıb, üç yerə böldük”.

2 ay ərzində 12 şəxsin malına göz dikənləri indi dəmir barmaqlıqlar gözləyir. Aparılan istintaq yekunlaşdıqdan sonra hər 3 şəxsin əməlinə hüquqi qiymət veriləcək.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."