!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən Ukraynanın Xarkov şəhərində 6 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, sürücü “Lexsus” markalı avtomobilini piyada keçidindən keçən insanların üzərinə sürüb.

Ukraynanın Daxili İşlər Nazirliyinin idarə heyətinin üzvü, Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko öz “Facebook” səhifəsində həmin qəzanın görüntüsünü paylaşıb.

O, bildirib ki,

“Son iki il ərzində “Lexsus”un sürücüsü qayda pozuntularına görə, 8 dəfə yol-patrul əməkdaşları tərəfindən saxlanılıb. Bura qırmızı işıqda keçmək, sürət həddinin aşılması, avtomobili düzgün qaydada park etməmək kimi qayda pozuntuları daxildir.

Hər dəfə də ona 255-510 (təxminən 16-32 manat) qrivni məbləğində cərimə yazılırdı. Lakin bu, heç bir fayda vermədi.

Belə nəticə çıxır ki, cərimə sistemini daha da ağırlaşdırmaq lazımdır.

 

 

 

 

www.yenicag.az

3774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv