Yazı İçi 468×60

Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Bakı Dövlət Universitetində tədbir keçirilib. Türkiyə rəsmiləri, Festival Komitəsinin üzvləri, eləcə də tələbələrin iştirakı ilə keçirilən mərasimdə universitetin rektoru Abel Məhərrəmov çıxış edib. O, festivalın qardaş xalqlar arasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Rektorun sözlərinə görə, bu layihəyə türk dünyasının bir çox tanınmış iş adamları, ziyalıları dəstək verib, bununla əlaqədar Bakı Dövlət Universiteti ilə Türk Dünyası Jurnalistlər Federasiyası arasında niyyət protokolu da imzalanıb.

Sonra söz Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmirə verilib. O, ötən ildə 5 ölkədən 7 filmlə gerçəkləşən festivalda bu il 7 ölkədən 18 filmin nümayiş olunacağını bildirib. Festivalda qalib gələn filmlərin layihənin ortaqları olan İstanbul, Mərmərə, Amasiya universitetlərində, eləcə də Qırğızıstan, Manas və Qazaxıstan ali məktəblərində nümayiş olunduğunu bildirib.

Səfirliyin Mədəniyyət müşaviri, tanınmış alim və ədib İrfan Çiftçi çıxış edərək, festivalın əhəmiyyətindən danışıb.

Tədbirdə Abel Məhərrəmova mükafat verilib. Mükafatı İrfan Çiftçi təqdim edib. A. Məhərrəmov da festival təşkilatçılarına hədiyyələr bağışlayıb.

Qeyd edək ki, Türk Dünyası Jurnalistlər Federasiyasının Türk mədəniyyətinin təbliği məqsədi ilə təşkil etdiyi Türk Dünyası Sənədli Filmlər Festivalı 2016-cı ildə “5 ölkə, 7 şəhər, 1 festival” şüarı ilə reallaşıb. Bu il isə festival əhatə dairəsini daha da böyüdüb: “6 ölkə, 13 seans, 1 festival”.

Sonda türkiyəli rejissor Gülşən Sarunun “Sırac” filmi nümayiş olunub.

Sözügedən film festivalda II yerə layiq görülüb. Filmdə 1000 il bundan əvvəl Orta Asiyadan Anadoluya köç edən Oğuz boylarından Beydili tayfasına aid olan Sırac türkmənlərindən bəhs olunur. Anadolunun dağlıq bölgələrində yaşayan Sıraclar qədim mədəniyyətlərini gələcək nəsillər üçün qoruyub saxlayan bir toplumdur.

Cəvahir
Foto:Emin

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 834
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."