6 yasli umidXəbər verdiyimiz kimi, Beyləqan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək öldürüb.

Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yuxarı Kəbirli kəndinin bələdiyyə sədri Tofiq Məmmədov hadisə ilə bağlı AzVision.az-a açıqlamasında qətli dörədən Zahid İsgəndərovun hadisə baş verən zaman içkili olduğu deyib.

“Hadisə gecə saatlarında baş verib. Çox dəhşətli hadisədir. Bütün kənd şok içindədir. Övladını vəhşicəsinə öldürən Zahid kənddə usta işləyirdi. O, suvaq hörgü işləri ilə məşğul olurdu. Gecə səhərə qədər onun axtarışları aparılıb. Hələ ki, Zahidi tapmaq mümkün olmayıb”.

T.Məmmədovun sözlərinə görə, Z.İsgəndərov övladığını ona məxsus pay torpağına apararaq, orada qətlə yetirib: “Ümid birinci sinifdə oxuyurdu. Çox ağıllı, çevik uşaq idi. Zahid Ümidin boğazını bıçaq sümüyə dirənənə qədər kəsib. O, evin böyük usağı idi. Hadisə baş verən zaman Ümidin anası evdə olmayıb, rayona atası evinə gedibmiş.

Heç kim hadisənin səbəbini bilmir. Bütün kənd Zahidi lənətləyir. İnsan nə qədər qaniçən olmalıdır ki, 6 yaşlı usağı vəhşicəsinə öldürsün. Zahid içkili olanda özünü idarə edə bilmirdi. Ola bilsin uşaq onun sözünə baxmayıb, ya da nəsə söz deyib, ona görə də öldürüb. Hazırda polis əməkdaşları onu axtarırlar. Yəqin ki, tapılandan sonra cinayəti hansı səbəbə törətdiyini etiraf edəcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."