!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 yaşlı uşaq zökəmdən ölüb

!Reklam – Yazi

Rusiyada kəskin respirator xəstəlik 6 yaşlı uşağın həyatına son qoyub. Hadisə Rostov şəhərində yanvarın 19-da baş verib.

Azyaşlı yanvarın 16-da zökəm səbəbindən bağçaya gəlməyib. Növbəti gün onu ərazi üzrə növbətçi həkim müayinə edib. Həkim qospitalizasiyaya ehtiyac görməyib. Uşağın vəziyyətinin daha da ağırlaşdığını görən valideynlər təcili yardıma müraciət etməli olublar. Təcili yardım briqadası dərhal özünü yetirsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Müstəntiq artıq faciə yerində olub və ölənin bədənində hər hansı zorakılıq əlamətlərinin olmadığını bildirib. Uşağın ölümü ilə bağlı tibbi ekspertiza təyin olunub.

Qeyd edək ki, Rostov vilayətində yanvarın 9-dan 15-ə kimi 5,3 mindən artıq kəskin respirator infeksiya aşkarlanıb.

Yenicag.az

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv