64 yaşlı sürücünün öldüyü qəzanın görüntüləri yayıldı – Video

Müəllif: Redaktor

Editor

unnamedSərnişin avtobusu ilə avtomobil toqquşdu, ölən var.

ARB TV xəbər verir ki, Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib.

Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 64 yaşlı Nəsrəddin Məmmədov ölüb. Sərnişini, Goranboy rayon Borsunlu kənd sakini 47 yaşlı Habil Həsənov isə xəsarət alıb.

Habil Həsənov – Xəsarət alan: “Goranboydan gəlirdik. Borsunlu kəndində dönəndə avtobus vurduğu yadımdadı. Avtobus sürətlə gəlirdi”.

Fakt araşdırılır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır