www.sinerjipro.net

SinerjiProWide
Reklam

Böyük Britaniyadan olan yaşlı qadın ərindən 4 dəqiqə sonra vəfat edib.

Yeniçağ.az “The Telegraph”a istinadən xəbər verir ki, 70 il birlikdə yaşayan cütlük ancaq ölüm anında ayrılıb. II Dünya Müharibəsinin iştirakçısı olan 93 yaşlı Uilf Rassellə bir il əvvəl “ağıl kəmliyi” diaqnozu qoyulub. O, ömrünün son günlərini Lesterşir qraflığında qocalar evində keçirib. 91 yaşlı Vera Rassell isə bu ilin yanvar ayından xəstəxanaya yerləşdirilib.

Ailə yaxınlarının verdiyi məlumata görə, qadının səhhətinin pisləşməsinə səbəb ərinin artan xəstəliyinə görə onu tanımamağa başlaması olub.

Qocalar evində Uilfin vəfat etməsindən 4 dəqiqə sonra ondan təxminən 5 kilometr aralıdakı xəstəxanada Vera dünyasını dəyişib. Onun ərinin ölümündən xəbəri belə olmayıb.

Qeyd edək ki, cütlük tanış olarkən Uilfin 18, Veranın isə 16 yaşı olub. Cütlük 1945-ci ilin sentyabrında ailə qurub.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."