Ads by Google

hightechnic
Ads by Google

sehid  (4)Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Orucov Müşfiq Arif oğlu dəfn olunub.

Ötən gecə yaşadığı ünvana gətirilən şəhidin cənazəsi bu gün Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Xətai və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.

Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub. Sonra 3 dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.

Qeyd edək ki, Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 401
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."