www.sinerjipro.net

SinerjiProWide
Reklam

yenicag_zamanTürkiyədə Ərdoğan-Gülən savaşı gün keçdikcə kəskinləşir. Qarşıdan gələn seçkilərdə savaşın daha da ciddiləşəcəyi görünməkdədir. Maraqlıdır ki, Fətullah Gülən sadəcə Ərdoğan və Davudoğlunu hədəf seçmir. Gülənin hədəfində əvvəllər AKP iqtidarı içərisində onu müdafiə edənlər də var.

“Zaman” yazarı Səlcuq Gültaşlının son yazısında bu məqam özünü tam anlamıyla ortaya qoyub.

Yazar Ərdoğan və Davudoğlunu ağır şəkildə tənqid edərkən, sabiq prezident Abdullah Gül, baş nazirin müavinləri Bülənt Arınc və Əli Babacanı da “yaddan çıxarmayıb”.

“Ərdoğanların, Güllərin, Arınçların, Davudoğluların, Babacanların bu hala düşəcəyini söyləyənləri doğulduğuna peşman edərdik” deyə başlayan cümlənin sonunda Gül karyera uğrunda Güləni satmaqda, Arınç vicdanının susdurulmasına göz yummaqda suçlanarkən, Əli Babacan isə “lal olmuş işbirlikçi” olaraq, qələmə verilir.

Yazının ən önəmli bölümü “Zaman” yazarının bu vaxta qədər Gülənin inkar etdiyi iqtidarla ortaqlığını bu cümlələrlə etiraf etməsidir: ” Qeyri-qanuni ittifaqın nəticəsi mərhəmətsiz əzab çəkməkdir. İndi də biz bu gələcəyi görmədən hərəkət etməyin əzabını çəkirik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."