!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“8-ci kilometr” bazarında yerhaqqı özbaşınalığı - FOTOLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl “8 km. bazarı” kimi tanınan ərazidə küçə ticarəti qadağan olunmuş, polislər natəmizliyin qarşısını almaq, gediş-gəlişi rahatlaşdırmaq üçün sözügedən ərazidə xırda ticarətlə məşğul olan şəxslərə məxsus olan kiçik taxta köşkləri yığışdırmışdı. Obyektlərin sökülməsi zamanı xeyli adama ziyan dəymiş, hətta döyülənlər də olmuşdu.Yenicag.az xəbər verir ki, artıq bu gündən həmin ərazidə xırda ticarət bərpa olunub. Amma məsələnin başqa tərəfləri var. Belə ki, ticarətçilər bundan sonra yerhaqqı olaraq hər gün 14 manat ödəməli olacaqlar.

Ticarətçilərin sözlərinə görə, bu məbləğ əvvəlki ödənişdən 4 manat artıqdır. Belə ki, bu 14 manat qarşılığında bazarda xırda ticarətlə məşğul olmaq istəyən hər bir şəxsə 1 metr 30 santimetr uzunluğunda olan piştaxtaların qoyulmasına icazə verilib. Halbuki, əvvəllər piştaxtaların həcmi ilə bağlı heç bir qadağa yox idi. Digər tərəfdən əgər satıcılar yağışdan və gündən qorunmaq üçün piştaxtanın üstünü örtmək istəyirsən, bu zaman 17 manat ödəməli olacaqlar. Rəhbərliyin yeni tələbi ticarətçilər arasında narazılıq yaradıb. Satıcıların sözlərinə görə, əraziyə nəzarət edənlər hər 6 aydanbir bu cür özbaşınalıqlara yol verirlər. Məqsəd isə yerhaqqını artırmaqdır:

“Əvvəllərdə burada alver edirdik, qiyməti artırmaq üçün piştaxtalarımızı sökdülər. Bizi çörəksiz qoydular. İndi isə həmən yerləri bizə baha qiymətə yenidən təklif edirlər”.

Qeyd edək ki, ərazidə təxminən 800 piştaxtanın quraşdırılması nəzərdə tutulub ki, onlardan 200-ü artıq quraşdırılıb. Deyilənlərdən belə aydın olur ki, ərazidə xırda ticarətlə məşğul olan hər bir kəs ayda 510 manat rusum ödəməli olacaq.

Məhəbbət Orucov

www.yenicag.az

2458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv