Yazı İçi 468×60

isis_militants_260714İraq Hərbi Hava Qüvvələrinin İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarının mövqelərinə aviazərbələr endirməsi nəticəsində təşkilatın 8 komandiri məhv edilib.

“”F-16” tipli təyyarələrin endirdiyi aviazərbələr nəticəsində 8-i yüksək rütbəli hərbçilər olmaqla, onlarla terrorçu məhv edilib”, – deyə İraq dövlət televiziyasında səsləndirilən məlumatda bildirilir.

Qeyd edək ki, hazırda İraq HHQ-i ordunun Ramada şəhərində keçirdiyi əməliyyatlara havadan dəstək verir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."