!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“8 minə partiya saxlamaq olar?” – Fərəc Quliyev üsyan etdi

!Reklam – Yazi

ferecMilli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin deputatı Fərəc Quliyev parlament partiyalarına ayrılan vəsaitin artırılmamasının normal fəaliyyətə imkan verməyəcəyini deyib.

Bu barədə Yenicag.Az-a açıqlama verən millət vəkili Fərəc Quliyev 2017-ci ildə maliyyə azlığı səbəbindən rəhbərlik etdiyi MDHP-nın fəaliyyətində tənəzzül olacağını, yerli təşkilatlarla işləmək imkanlarının məhdudlaşacağını bildirib:

“2017-ci büdcə ili üçün seçkilər nəticəsində Milli Məclisdə yer tutan siyasi partiyalara ayrılan vəsaitin həcmində hər hansı bir dəyişiklik yoxdur. Ölkədə qiymətlər bahalaşsa da, partiyalara ayrılan vəsaitlər əvvəlki kimi qalıb: nə artırılmayıb, nə də azalma baş verməyib. Əvvəlki illərdə də bu məsələ ilə bağlı parlamentdə fikir mübadiləsi aparmışdıq. Bildirmişdik ki, bütün hallarda parlamentdə təmsil olunan partiyalara ayrılan vəsaitlər çox azdır. Partiyamıza bu yolla dövlət büdcəsindən ayda cəmi 8 min manat həcmində vəsait düşür. Bu da aylıq olaraq bütün partiya xərclərinə təbii ki, bəs etməz. Sadəcə olaraq, mərkəzi qərargahın saxlanılmasına xərclənir. Seçkilər, tədbirlər və digər məsələlərə isə bu vəsait yetmir.

Amma indiki məqamda büdcə müzakirələri zamanı bu məsələni qaldırmadıq. Onu nəzərə aldıq ki, ölkədə çətinliklər var, müəyyən ixtisarlar gedir və bu məsələdə də necə deyərlər “kəmərləri bir qədər sıxmaq” lazımdır. Düzdür, indiki halda partiyalara ayrılan vəsaitlərin artırılmaması bizə daha pis təsir edəcək. Maliyyə azlığı səbəbindən partiyanın ümumi fəaliyyətində gələn il tənəzzül olacaq, yerli təşkilatlarla işləmək imkanlarımız bir qədər də məhdudlaşacaq. Sıxıntılarımız əvvəl də vardı, amma indi vəziyyətimiz daha da çətinləşəcək”.

ELÇİN
Yenicağ.Az

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv