www.sinerjipro.net

SinerjiProWide
Reklam

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, valideynləri bu hadisənin həkim səriştəsizliyi ucbatından olduğunu iddia edirlər. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı əməliyyat aparılmazdan öncə katater qoyulması üçün anestezloqun verdiyi narkozdan sonra həyatını itirdiyi bildirilir. Valideynlərinin verdiyi xəbərə görə, 8 yaşlı Şölə Səhiyyə Nazirliyinin göndərişi ilə bu xəstəxanada pulsuz müalicəyə gətirilib: “Həkim Eldar Əliyev əvvəldən müalicənin pulsuz həyata keçirildiyini bildiyi üçün bizimlə kobud rəftar edirdi. Sonra da körpəni əməliyyata götürdülər ki, daimi katater qoysunlar. Uşağın ürəyini yoxlamadan ona narkoz veriblər. Elə o anda da uşaq keçinib”.

Məsələ ilə bağlı sözügedən xəstəxananın baş həkimi Yusif Əliyev açıqlama verərək bildirib ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verməyib: “Belə xəstələr çox ağır qrup xəstələr hesab olunurlar. Böyrək çatışmazlığı çox ciddi bir xəstəlikdir və uşaqlarda çox az rast gəlinir. Xəstə bütün müayinələrdən keçib və mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyatı Tibb elmləri namizədi, etibarlı mütəxəssis, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikatı olan bir insan, Eldar Əliyev edib. Ümumiyyətlə permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb, aparılan reanimasyon tədbirlər isə heç bir nəticə verməyib. Dünya statistikasında da 3-5 faiz hallarda permanent katater qoyulmasında ölüm riski var”.

Qeyd edək ki, Ş. Kərimova Sumqayıt şəhərində yaşayırdı.

Mərhum bu gün dəfn olunub. (xeberle.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5526
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."