Ads by Google

hightechnic

8 yaşlı uşaq su kanalında boğuldu – Fotolar

Ads by Google

Cəlilabadda 8 yaşlı uşaq su kanalında boğulub.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, 8 yaşlı Vəli Ramin oğlu Şəbiyev küçədən keçən su kanalına düşərək oradaca boğulub. Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı suda üzən oyuncağı götürmək istəyərkən ehtiyatsızlıqdan sürüşərək suya düşüb. Azyaşlının meyiti ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıb. Meyit Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."