!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

80 yaşlı İdman Sağlamlıq Mərkəzi bağlandı - "Səbəbini gedin Cavid Qurbanovdan soruşun"

!Reklam – Yazi

80 illik tarixi olan “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi (İSM) bağlanıb. “Qafqazinfo” xəbər verir ki, mərkəzin müxtəlif idman növləri üzrə 2 minə yaxın üzvü olub.

İSM-dən verilən məlumata görə, “Lokomotiv” bağlanmazdan əvvəl Almaniya və Türkiyədən beynəlxalq yarışa dəvət alıbmış.

Mərkəzin bağlanma səbəbi ilə bağlı məlumat almağa çalışsaq da heç kim bu bardə məlumat vermək istəmədiyini və “səbəbini öyrənmək istəyirsinizsə Cavid Qurbanovdan soruşun” dedilər.

Ancaq sualımıza qısa da olsa cavab verənlər tapıldı.

“Lokomotiv”İSM-də velosiped idmanı üzrə məşqçi olan Məhəmməd Ələkbərov Yeniçağ.az-a açıqlamasında bağlanma səbəbi ilə bağlı məlumat verilmədiyini dedi:

“Mən Federasiyada işləyirəm, həftədə 3 dəfə məşq üçün dəvət alırdım, 5-6 gün öncə mənə zəng edib bildirdilər ki, “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi artıq fəaliyyət göstərməyəcək. Biz də səbəbini bilmirik. Artıq idmançılar da ora gedə bimir. Bu gün gedib səbəbini öyrənib dəqiqləşdirməyə çalışacam”.

Mərkəzin güləş üzrə məşqçisi, soyadını demək istəməyən Elçin müəllim də məlumatı olmadığını bildirdi:

“Bizə zəng edib dedilər ki, mərkəz fəaliyyətini dayandırıb. Bilmirik niyə belə oldu. Bizə də heç nə deyilməyib”.
“Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin mühasibatlığından isə bildirildi ki, bizə bu barədə açıqlama verməyi “Azərbaycan Dəmir Yolları”ndan qadağan ediblər.

Yeniçağ.az-ın qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumata görə isə “Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin bağlanma səbəbi maliyyə çətinliyidir. Mərkəzdə uzun müddətdir maaş problemi yaşanırmış. Orada çalışan məşqçilərə belə vəd edilən maaşlar vaxtlı-vaxtında verilmirmiş. Mərkəzi daha dolandıra bilməyəcəyini başa düşən rəhbərlik fəaliyyətini dayandırmaq qərarına gəlir. Artıq 1 həftədir ki, işləməyən Sağlamlıq Mərkəzi idmançıları geri qaytarıb. Rəsmi qərar isə dünən verilib.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv