!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CIA Gülənə varis təyin etdi –Vəsiyyət açıqlandı

!Reklam – Yazi

51105Türkiyənin tanınmış yazarlarından Səbahəddin Onkibar maraqlı iddia ilə çıxış edib. Zamanında dini camianın içində olduğundan camaatları yaxından tanıyan “Aydınlıq” yazarı Gülənin varisinin bəlli olduğunu yazıb.

Onun sözlərinə görə, Gülən Şerif Ali Tekalan, Abdullah Aymaz, İsmail Büyükçelebi, İlhan İşbilen, Mustafa Özcan, Naci Tosun, M.Ali Şengül, Ahmet Kurucan, Erdoğan Tüzün, Mustafa Yeşil, Hidayet Karaca, Suat Yıldırım ve Cevdet Türkyolundan ibarət Yüksək Şura üzvləri arasından Mustafa Özcanı özünə varis kimi seçib və “əsas komanda”ya bu barədə məlumat verilib.

Yazarın iddiasına görə, Güləni belə bir qərar verməyə və vəsiyyət açıqlamağa məcbur edən CIA və Mossad olub. Belə ki, Camaatın Güləndən sonra ixtilafa düşməməsi üçün onun sağlığında varisin açıqlanması istənilib.

Mustafa Özcanın Kainat imamı olmasında Ergenekon və Balyoz əməliyyatları zamanı Məhkəmə imamı Osman Hilmi Özdil ilə birlikdə prossesi yaxşı idarə etməsi mühüm rol oynayıb.

Gülənin vəsiyyətnaməsində “vətən səccadənin sərildiyi yerdir”, “dinlərarası dialoqa davam”, “ABŞ və İsrail ibrahimilərin hamisidir” kimi maddələrin olduğu da vurğulanır.

Yenicag.az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv