Yazı İçi 468×60

54c2a9b9-e767-a4ea-e767-a4e5bb5a64e3.photo.0dfgbh“Münaqişə başlayandan bugünədək Ukraynadan 88 rus jurnalisti deportasiya edilib”.

Yenicag.az aznews-a istinadən bildirir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisinin müşaviri Markiyan Lubkivski özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, 2014-cü ilin noyabrından etibarən UTX Rusiyanın 83 jurnalistinin Ukrayna ərazisinə daxil olmasına qadağa qoyub: “Həmin siyahıda “Rossiya”, “Rossiya 2”, “Rossiya 24”, “1-ci kanal”, “NTV”, REN TV”, “LifeNews” və “Russia today” telekanallarının əməkdaşları var. “Exo Moskvı”, “Mayak” və “Vesti FM” radio stansiyalarının jurnalistləri də bu siyahıya daxil edilib”.

Ukraynanın Televiziya və Radio verilişləri üzrə Milli Şura ötən ilin avqustunda Rusiyanın 49 jurnalistinə “STOP” işarəsi verib. Onların arasında “1-ci kanal”dan Konstantin Ernst, Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətindən Oleq Dobrodeyev, “NTV”dən Vladimir Kulistikov, “Rusiya Federal telekanalından (TVÇ) Yuliya Bıstriçkaya, “LifeNews”dan Aşot Qabrelyanov var.

Avqust ayının 14-dən isə Ukrayna ərazisində “Euronews” telekanalının rus versiyasınının yayımı dayandırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."