!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gülənin bütün əsas adamları xaricə qaçdı” – Nədim Şənər

!Reklam – Yazi

1435396848069Bir neçə il öncə Gülənə qarşı yazılarına görə, həbs edilən məşhur jurnalist Nədim Şənər “CNN Türk” efirindən Camaata meydan oxuyub. Fətullah Gülən lehinə yayınları ilə tanınan telekanalda jurnalistin sözləri şok təsiri göstərib.

Belə ki, Nədim Şənər “Fətullah Gülən adam olsa” deyə başladığı çıxışına belə davam edib: “Bu gün yaşanan əsl dram budur: Dövlətin içində cinayətkar qrup qurmuş polislərin, hüquqsuzluğa imza atmış, özlərinə qəhraman deyən əxlaqsızların, onların ailələrinin vəbalı və bizim ailələrimizin vəbalı da Gülən və camaatının üstündədir. Gülən adam olsa, “mənə inanan bir nəfər adam tutulsa, ilk təyyarə ilə gələrəm” deyər və gələr. Mənim xaricə qaçmaq şansım olduğu halda və həbs olunacağımı bilə-bilə burada qaldım. Əsgərlər xarıcdən gəlib, təslim olub, zindana girdilər. Ancaq Gülən 1998-ci ildə qaçdığı kimi, onun bütün əsas adamları, idarəçilərii də xaricə qaçdılar. Hüquqsuzluq varsa, şərəfi olan insan gələr və sinəsini sipər edər, qaçmaz”.

Yenicag.az

www.yenicag.az

1281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv