www.sinerjipro.net

SinerjiProWide
Reklam

Fətullah Gülən Şəbəkəsinin ermənipərəst  vəkili Azərbaycanda kimlərlə görüşdü?

Rəsul Quliyevçi Xalik Məmmədovu SOCAR-ın zirvəsinə daşıyan Camaatın Kənan Məmmədov-Elnur Aslanov ikilisi ilə bağlı planları…

 Fətullahçı yazar “Bir gün Asiyada bir yanğın çıxarılacaqsa, o yanğının benzini Azərbaycan və azərbaycanlılar olacaqdır” sözləri ilə nə demək istəyir?

kollaj 

 

Öncəki yazılarımızda qeyd etdiyimiz kimi, ciddi bir xəyanət şəbəkəsi ilə üz-üzəyik. Çünki mərd-mərdanə mübarizə aparacaq, açıqca iddiasını ortaya qoyacaq bir güc yoxdur qarşımızda. 1980-ci illərdən bəri dərc etdikləri jurnalın adı kimi “Sızıntı”ya üstünlük verən, içərimizə qədər soxulan bir şəbəkədən bəhs edirik. Elə bir şəbəkə ki, bu mövqeyə gəlmək üçün Türkiyədə istifadə etmədiyi siyasi partiya qalmadı.

İlk nurçularla çıxılan yolda Ərbakana tərəf oldular. Ərbakanın zəiflədiyini görüb, Turqut Özalın xəttinə keçdilər. Bu səbəbdən də Özal bu şəbəkənin güclənməsi üçün bütün referansları verdi.

Özaldan sonra Dəmirəl, Tansu Çillər, Ecevitlə yola davam etdilər. Sonunda AKP ilə iqtidar ortağı oldular. Ərdoğan bunların bir çox namizədini parlamentə buraxmayıb, Gülənin istədiyi şəkildə Konstitusiya dəyişikliyinə razı olmayana qədər məhz hazırki Türkiyə iqtidarının çiynində gücləndilər. Hətta onların bu qədər güclənməsində mühüm rol oynayan AKP-ni iqtidardan devirməyə qalxacaq qədər…

İqtidarı ələ keçirmək üçün nə lazımdır?

  • Siyasilər qrupu
  • Maliyyə qrupu
  • Fanatlar

Fətullah Gülənə görə, onun Türkiəyədə fədailər var idi və onlarla istədiyi zaman hakimiyyəti dəyişə bilərdi. Lakin evdəki hesab bazardakı ilə eyni gəlmədi. Belə ki, Türkiyənin tanınmış qələm sahiblərindən Abdurrahman Dilipakın yazdığı kimi “Zaman” qəzetinin tirajı üzərindən hesablanan Güc reallıqla uyğun gəlmədi.

 

Amerikan modeli fəaliyyət və ya Fərhad Məmmədovlu AMİP-ə dəstək

 

W1siZiIsIjE1ODgxOS8xMzgwODg3NzY5QEFSIl0sWyJwIiwidGh1bWIiLCI2NDB4NDIwPiJdLFsicCIsIndhdGVybWFyayJdXQGülən Şəbəkəsini daim hakimiyyətlərlə yaxşı münasibətdə olan qrup kimi xarakterizə edirlər. Lakin Türkiyədə son yaşananlar bunun yalan olduğunu ortaya qoydu. Son yaşananlar bizim hələ 2007-ci ildə yazdığımız “Gülən gücsüz olduğu yerlərdə iqtidarla arasını yaxşı tutur, gücləndikdən sonra ilk onun bu mövqeyə gəlməsində rol oynayanları “vurur”” tezisimizi doğruladı. Belə ki, son illərə qədər bütün iqtidarların yanında yer alan Gülən ilk dəfə iqtidara qarşı müxalifətin yanında yer aldı. Bu Şəbəkə daxilində də ciddi təlatüm doğurdu və Hüseyn Gülərcə kimi 30-40 illik dostları belə onu tərk etdilər. Lakin camaat daxilində tərəddüd belə Güləni müxalifətin yanında yer almaqdan çəkindirmədi və sonuna qədər Ərdoğan əleyhdarlarını dəstəklədi.

Əslində Gülənin dindar camaatın qənimi olan CHP ilə münasibətləri bu gün qurulmayıb. Siyasətdə amerikan modelini dəstəkləyən Fətullah Gülən zəif olduqları yerlərdə belə iqtidarı tam dəstəkləməklə yanaşı müxalifətlə də münasibətləri pozmamaq tərəfdarı olub. Məsələn, Gülən Vatikana getdikdə, onu müşaiyət edənlər arasında CHP sədr müavini Qasım Gülek də var idi. Eləcə də, Azərbaycanda 2003-cü il prezident seçkilərində Gülən tərəfdarları iqtidarı dəstəkləyirmiş kimi görünsələr də, Əli Kərimlinin də daxil olduğu AMİP-AXCP blokunu da “yaddan çıxarmırdılar”. Unutmadan qeyd edim ki, Etibar Məmmədovun siyasətdən getməsi ilə nəticələnən seçkilər zamanı Elnur Aslanovun yaxın dostu, SAM direktoru Fərhad Məmmədov AMİP Gənclər Komitəsinin sədr müavini vəzifəsini daşıyırdı. Nədənsə, buna cənab Məmmədovun tərcümeyi-halını oxuyarkən rast gəlmirik.

Və siyasəti daim silah olaraq istifadə edən Camaat üçün ona istədiklərini verməyən iqtidarı dəyişmək üçün müxalifətlə gizli də olsa əməkdaşlıq şərtdir. Azərbaycanda Gülən məktəblərinin bağlanması məsələsində istər ABŞ tərəfindən maliyyələşən “Azadlıq” radiosu, istərsə də AXCP sədrinin nəzarətində olan media qurumları, istərsə də, Almaniyadakı müxalif mühacirlərin qurduqları saytın iqtidara qarşı sərgilədikləri aqressiya heç seçkilərdəki məğlubiyyət zamanı belə göstərilməmişdi. Liseylərlə bağlı Əli Kərimli eynilə sabiq partiyadaşı olan Fazil Mustafa ilə eyni mövqeni ortaya qoymuşdu.

 

“Çağ Öyrətim”i kim qurdu? – Misir Mərdanov açıqlayır

 misirÖncəliklə bu məktəblərin Pensilvaniyada yaşayan Fətullah Gülənlə əlaqəsinin olmadığını iddia edərək, guya türkçülüyü təbliğ etdiklərinə görə, tənqid edildiyini iddia edənlərə sabiq təhsil naziri Misir Mərdanovun sözlərini misal göstərmək istərdik. Belə ki, Misir müəllim “Çağ Öyrətim” İşlətmələrinin 20-ci il dönümü ilə bağlı elmi-praktiki konfransda çıxış edərkən, 16 dəqiqə, 58 saniyəlik çıxışının 6:09 dəqiqəsində açıq şəkildə deyir: “BU ŞİRKƏTİN ƏSAS YARADICISI HOCAƏFƏNDİNİ XATIRLAYARAQ, ONA HÖRMƏT VƏ EHTİRAMIMI BİLDİRƏRƏK, DEMƏK İSTƏYİRƏM Kİ, HOCAƏFƏNDİNİN BU QURUMLARI YARATMAQDA ƏSAS MƏQSƏDİ ONDAN İBARƏT OLUB Kİ…” Bundan sonrası türkçülük nağılları ilə keçməkdədir. Baxmayaraq ki, bu məktəblərin dili ingilis dilidir və Böyük Britaniyada ingilis kültürünə xidmət medalı ilə qiymətləndirilib.

Burada önəmli olan Azərbaycanın təhsillə bağlı o zamankı bir nömrəli isminin bu məktəblərin Pensilvaniyada yaşayan Fətullah Gülənə aid olmasını açıqlamasıdır. Xatırladaq ki, Gülənə bütün simpatizanları “Hocaəfəndi” deyə müraciət edirlər. Nə oldu? Bəs bu məktəblərin Gülənə aidiyyatı yox idi?

Üstəlik həmin konfransda çıxış edən “Kaynak” Holdinq İdarə Heyəti başqanı Naci Tosun Gülən Camaatının liderlərindən biri və “Hocaəfəndi”dən sonra Şəbəkənin başına keçəcək əsas iki adamdan biridir. Alternativi isə Abdullah Aymazdır. Naci Tosun Nurəddin Veren, Muharrem Menekşe və digərləri ilə Azərbaycan başda olmaqla Camaatın Orta Asiya Şəbəkəsini quran şəxsdir. Və bu şəxslərə görə, “Azərbaycan Camaat üçün çox önəmlidir. Çünki bir gün Asiyada bir yanğın çıxarılacaqsa, o yanğının benzini Azərbaycan və azərbaycanlılar olacaqdır”. Bu sözlər Azərbaycan və azərbaycanlıların mənfi imicinin olduğunu iddia edən və guya liseylərin bunu təmizlədiyini iddia edən Gülən Camaatı yazarlarından Faruk Arslana aiddir.

dsgd

Ermənilərə “əhli kitab” baxışı

 Maraqlıdır ki, azərbaycanlılarla bağlı heç də müsbət düşüncədə olmayanlar erməni məsələsində “barış mələyi”nə çevrilirlər. İllərlə erməni yazarlarına qucaq açan “Zaman” qəzetinin Ərdoğanın “mənə erməni dedilər” sözlərinə “Agos” və “Birgün”dən daha aqressiv münasibət göstərməsi şüuraltı erməni sevgisinin təzahürü idi. Çünki Gülənin ermənilərə baxışı əski Osmanlı baxışı ilə eyniyyət təşkil edir. Osmanlı necə ermənilərə “Milləti sadıka” adını vermişdisə, onlar üçün də ermənilər odur. Səbəb isə ermənini bizim kimi düşmən deyil, “Əhli Kitab” görməkdən qaynaqlanır. Bu səbəbdən də əgər hər hansısa şəxs “Kaş ermənilər burada məktəb açaydılar”, “kaş ermənilər kimi olardıq” deyirsə, bu ermənini “Əhli kitab” olaraq görməsindən qaynaqlanır. Bütün xristian kilsə məclislərindən qovulan ermənilərin “əhli kitab” olaraq qəbul edilməsi, bir sonrakı mərhələdə onları qardaş olaraq görmək anlamına gəlir. Belə ki, bunun bariz nümunəsini Suriyada gördük. Suriyada Əsəd tərəfdarları ilə yanaşı müxaliflər arasında da yer alan erməni müsəlmanların olması faktdır. Və internetdə yayılan bir görüntüdə Suriyadakı cihadçılar müsəlmanlığı qəbul edərək, Əsədə qarşı döyüşən və öldürülən erməninin “qardaş” olduğunu deyirdilər. Bəlkə də şəriətə görə, uyğunluq olsa belə, azərbaycanlı məntiqinin bunu qəbul etməsi çox çətindir. Çünki biz erməniyə “qardaş” dedikcə, itirən millətik. Aramızda Qarabağ və Qərbi Azərbaycan kimi bir ədavət olduğu, erməni öz uşağını bizə nifrət hissi ilə böyütdüyü halda bizim onlara “əhli kitab” münasibəti sərgiləməyimiz növbəti bəlaların müjdəçisidir. Onu da qeyd edək ki, Gülənin də mənşəyi haqqında yazılan kitablarda onun pakraduni (erməni yəhudisi) olduğu deyilir. Gülənin ailəsinin Ərzuruma Qafqazdan köçdüyü bildirilir. Atasının adının Ramis, qardaşının isə Məsih olması ciddi şübhə obyektidir. Çünki xüsusilə şərqi Anadoluda müsəlman ailələrdə bu adlara təsadüf edilmir.  

ur_ceyTürkiyədə erməni məsələsində aktiv olanlardan biri də Elnur Aslanovun dostu, SAM-ın “Causcaus İnternational” jurnalının rəhbərlərindən olan Ural Aküzümdür. Belə ki, SOCAR-ın pullarını göyə sovuranlardan olan Ural Aküzüm Amerika-Türk-Erməni gənclərinin birlikdə yaşaması proyektini həyata keçirənlərdən biridir. Onun rəhbərlik etdiyi və Azərbaycan müxalifətini də İstanbula dəvət edən “Arı” Hərəkatı “YOUTH LAB: TÜRKİYE, ERMENİSTAN, ABD ÖĞRENCİ PROJELERİ” çərçivəsində Ermənistan-Türkiyə gənclərinin yaxınlaşması, onlar arasında e-qrupun qurulması kimi proyektlərə imza atıblar(http://www.ari.org.tr/TR/?p=149).  Ural Aküzüm qeyd etmişdir ki, Ermənistanda bu proyektin yenidən gerçəkləşməsi üçün çalışırlar.

URA43CAUSUral Aküzüm onu da bildirmişdir ki, 40 yaşın altındakı insanlarla işləyirlər: “Biz dünyada yeni liderlərin yetişməsi proyektini gerçəkləşdiririk. Ermənistan, Azərbaycan, Türkiyə və başqa ölkələrdən seçdiyimiz insanları bir araya gətirir, onların qaynaşmasını təmin edirik ki, sabah öz ölkələrində hakimiyyətə gəldiklərində aralarında dialoq daha asan qurulsun. Onları dünya liderləri ilə bir araya gətirərək, dünya görüşlərini dəyişirik”.

Necə ki, bir sıra müxalif gənclər kimi Ceyhun Osmanlının bu təşkilatın yardımı ilə Avropada və Amerikada görüşləri təşkil olunur və ondan gənc lider obrazı yaradılırdı. 4343


“Erməni soyqırımı”na dəstək verən Bakıda

eterSöhbət erməni məsələsindən düşmüşkən bir fakta diqqət çəkmək istərdim. Belə ki, TUSKON və TUSİAB-ın dəstəyi ilə yaradılan və azərbaycanlıların ön planda olduğu “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi bir müddət öncə ABŞ-dan iki qonaq dəvət etmişdi. Bunlardan biri Türk-Amerika Ticarət Odası başqanı Cəlil Yaka, digəri isə Nyu-York şəhərində vəkillik edən Rəmzi Güvənc Kulen idi. Gördüyünüz kimi, ilk baxışda yeni qurulan bir qurum üçün böyük naliyyətdir. Lakin araşdırdıqda qarşımıza nə çıxsa yaxşıdır. Türk-Amerika Ticarət Odası başqanı Cəlil Yaka Fətullah Gülənin Amerikadakı şirkətlərinin başında dayanan əsas adamlardan biridir. Amerikan açıq kəşfiyyat saytlarında “Gülənist təşkilatlar”ın başında Türk-Amerika Ticarət Odasının və onun başqanı Cəlil Yakanın adı var. “İpək Yolu”nun təqdimat konfransında iştirak edən və bu qurumla əməkdaşlıq müqaviləsi imzalayan TUSKON başqanı Rizanur Meralın Amerikadakı əsas partnyoru da bu quruluşdur. Gülənin dünya üzrə biznes imamı Rizanur Meral kimi Amerika imamlarından Cəlil Yakanın Azərbaycanda görüşdüyü üç nöqtə var idi: TUSİAB, “İpək Yolu” və Camaatın Azərbaycandakı Media İmamı Hüseyin Dinləməz. Bu görüşlərlə bağlı məlumat istəyənlər Türk-Amerikan Ticarət Odasının rəsmi səhifəsinə baxa bilərlər(http://turkicamericanalliance.org/).

ipekyoluBitmədi… Cəlil Yaka ilə birlikdə Azərbaycana gələn “tanınmış vəkil” isə ABŞ-ın “erməni soyqırımı”nı tanımaq haqqında təklifini hazırlayan New Jersey Senatoru Robert Menendezə dəfələrlə maddi yardım etmiş birisidir. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, Senatorun hesabına “Kulen Law” Hüquq Firmasının adı ilə vəkil Remzi Güvenç Külen tərəfindən 03 fevral 2012-ci ildə 2 min 500 dollar; 29 noyabr  2011-ci ildə min 500 dollar pul yatırıldı. New Jerseydə  miqrasiya və yaşıl kartla bağlı hüquqi xidmət verən “Kulen Law” Firmasının sahibi, vəkil, eyni zamanda Gülən Camaatının rəsmi orqanı sayılan “Zaman” qəzetinin ABŞ-dakı təmsilçisi “Zaman Amerika”da miqrasiya məsələləri üzrə yazılar yazır.

1410501361_1

 

ttü Göründüyü kimi ermənilərə dəstək verən bir senatora yardım edən Rəmzi Güvənc Kulen Azərbaycana “İpək yolu” vasitəsi ilə gətirilir və tanınmış vəkil deyə, azərbaycanlı iş adamlarına seminar verir.

 

Pensilvaniyaya uzanan “İpək Yolu”

 

riza2012-ci ildə təsis edilən  “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin 150 ölkənin sahibkarlarını və iş adamlarını birləşdirən təşkilatlarla əməkdaşlıq etdiyi bildirilir. Azərbaycan Sahibkarlar Konfederasiyası və TUSKON-la əməkdaşlıq sazişi imzalayan təşkilatın parladılmasında əsas səbəb TUSİAB-ın kifayət qədər deşifrə olmasından qaynaqlanmaqdadır. Azərbaycanlı iş adamlarından ibarət qurulan bu qurum fətullahçı şirkətlərin təşkil etdiyi 4-cü “Türk-American Convention”un təşkilatçıları arasında yer aldı. Təşkilatın sədri Rəşid Çulakovla bərabər o tədbirə qatılan ikinci şəxs “Çağ Öyrətim”in rəhbəri, Gülənin Azərbaycan İmamı Ənvər Özeren idi. Gülənin dünya üzrə biznes imamı Rizanur Meral ilə həmin tədbirdə çəkdirdikləri şəkillər bir daha bu əlaqələrini ortaya qoyur. Ancaq onu da qeyd etmək lazımdır ki, “İpək Yolu”nun sədri Rəşid Çulakov olsa da, Camaatın oradakı əsas adamı Birliyin baş katibi Sərraf Nəzərdir. Eynilə TUSİAB-dakı kimi ön plandakı deyil, ikinci adamla bütün fəaliyyətə nəzarət edilir.

bvxbO da qeyd olunur ki, ABŞ-a bu kimi konfranslara aparılan iş adamlarından bəziləri Pensilvaniyaya aparılaraq, Gülən ilə görüşdürülüb. 2013-cü ildə Pensilvaniyada olanlar arasında, sonradan Ərdoğanı dəstəklədiyi üçün “asi” elan olunan  “Aral Qrup”un prezidenti Əhməd Çətin də olub.dga

 

Rethink İnstitutu və SAM

rovsenAmerikada Gülənist təşkilatlardan biri kimi tanınan Türk Amerikan Alyansının saytına nəzər yetirərkən, Rethink İnstitutuna rast gəldim. Vaşinqtonda yerləşən bu institut ABŞ-Türkiyə, ABŞ-Avrasiya mövzuları üzrə araşdırmalar aparan düşüncə quruluşudur. Gülənist “think thank” quruluşu ola Rethink İnstitutu Türkiyə məsələsində də Camaatın mövqeyindən çıxış edir.

Gülənin dəstəklədiyi institutda SAM işçisi Rövşən Ibrahimovun yazısına rast gəlmək çox da maraqlı olmadı. Çünki Gülənin qurduğu Qafqaz Universitetinin sabiq prorektoru olan Rövşən İbrahimov Elnur Aslanov tərəfindən SAM-a gətirilən və hazırda bu mühüm strateji mərkəzin xarici siyasətin təhlili şöbəsinə rəhbər təyin olunmuşdur. Qeyd edim ki, Rövşən İbrahimov  bu gün də SAM daxilində ciddi ağırlığa sahibdir.

Lakin Azərbaycan dövlətinin mühüm dövlət quruluşunun əməkdaşının Rethink kimi Gülənin ABŞ-dakı institutunun internet səhifəsində yazı yazmasına necə münasibət göstərər, o qaranlıqdır.

 

Elnur Aslanovun biznes imperiyası və Fərid Novruzi

 

thumb420_20140830074903634Millət vəkili Rəbiət Aslanova oğlu haqqında danışarkən, bu cümlələrdən istifadə etmişdi: “Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gərə bilən güclü siyasətçidir. Ona görə də onun işinə qarışmıram”.  Güclü siyasətçinin arxasında maliyyə kapitalı olmasa, onun iddialarını reallaşdırması da imkansızdır.

Gülənin gənc imamlarından Elnur Aslanovun arxasında isə zəngin gənclərlə yanaşı ciddi maliyyə kapitalı da dayanmaqdadır. Əgər kimsə onu Prezident Aparatından uzaqlaşdırmaqla zərərsizləşdirdiyini düşünürsə, yanılır. Çünki onun itirdiyi sadəcə vəzifəsidir. Vəzifədəykən sahib olduqları onun yenə də gücünə güc qatmaqdadır.

Elnur Aslanovun biznes fəaliyyəti ilə bağlı yazan Azərbaycan mətbuatının iddiasına görə,  onunla və deputat Ceyhun Osmanlı ilə biznes ortağı olan Fərid Novruzi “Novco” Şirkətlər Qrupunun, eyni zamanda Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir.

Mətbuatda yayılan məlumatlara görə, 1994-cü ildə yaradılan “Novco” Şirkətlər Qrupu  Azərbaycanda, Rusiyada, Gürcüstanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis edilib və nəticədə holdinq yaranıb: “Novco Construction” (1994), “Novco Trade” (1999), “Novco Group” (2001), “MYBRAND”S (2005),  “Novco Sport” (2007), “Novco Manufacturing” (2007). Şirkətin beynəlxalq miqyasda bir neçə investisiya layihələri var. “Al Adiyat Company” (BƏƏ) və “Hotnet” (2008) şirkətin əsas investisiya layihələridir.

Şirkət özündə “United Colors of Benetton”, “United Colors of Benetton 012″, ”Sisley Tommy Hilfiger”, “Puma”, “Nike”, “Adidas”, “Accessorise”, “Bebe”, “Aftershock”, “Coast”, “Liu Co”, “Nine West”, “Pablosky”, “Monnalisa”, “Antony Morato”, “Mexx”, “Mango”, “Xx by Mexx” kimi tanınmış brendləri birləşdirir. Hazırda şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir. Bu mağazalar “MYBRAND”S mağazalar şəbəkəsi adlanır. Bir sözlə, ən az 32 brend mağazadan gələn gəlir Elnur Aslanovun cibinə axmaqdadır.

gggBu firmaların vergi məsələlərinin həllində Camaatın Vergilər Nazirliyindəki “imam”ı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq İsfəndiyar oğlu Xəlilovun müstəsna xidmətləri vardır. Məhz Şaiq Xəlilovun yardımı ilə Elnur Aslanov və digər fətullahçılar vergi boşluqlarından yararlanaraq, “qaz vurub, qazan doldururlar”.

Bundan başqa Gənclik və İdman Nazirliyi, SAM və digər yollarla silinən milyonlarla dollarlardan Elnur Aslanova o qədər pay çatıb ki, o, bu pulla bundan sonra 50 il də rahat fəaiyyət göstərə bilər. Maliyyə maxenasiyaları ilə silinən pulların böyük bir bölümü Camaatın Azərbaycandakı və xaricdəki fəaliyyətlərinə yönləndirilsə də, Elnur Aslanov və Ceyhun Osmanlı “bal tutan barmaq yalayar” misalında olduğu kimi az pay sahibi olmayıblar. Bu gün də yeni gənclər imamı İxtiyar Hüseynli vasitəsi ilə bu məsələ control altında saxlanılır.

Elnur Aslanovun özünü hakimiyyə içindəki qərbpərəst qanadın lideri kimi təqdim edib, valideyni vasitəsi ilə də Rusiya ilə əlaqələr qurmağa çalışmasına dəfələrlə toxunulub. Və bunun müqabilində sadəcə Aparatdakı vəzifəsini itirib. Yenə də dövlət içində böyük bir şəbəkə olaraq qalmaqdadır. Onun zamanında həyata keçirdiyi “Gənclər Parlamenti” və digər proyektləri isə əslində Azərbaycan dövlətini klonlamaq istəyən Aslanovun dövlətin pulu ilə dövləti içəridən ələ keçirmək üçün sınaq oyunlarından başqa bir şey deyildi.

 

Elnur Aslanovun İstanbuldakı emissarı: Kənan Məmmədov

 

kenDövləti içəridən ələ keçirməyi hədəfləyən Fətullah Gülən Şəbəkəsinin fəaliyyətindən bəhs edərkən, onların arxasınca gedən gənclikdən bəhs etməmək olmaz. Bir dövlətin ən böyük sərvəti onun zəkasıdır. Təəssüf ki, Gülən tərəfdarları o zəkalı gəncliyin mühüm bir hissəsini özlərinə itaət etdirməyə nail olublar. Belə ki, Gülən liseyləri 2000-ci illərə qədər çox az təhsil haqqı ilə hamının oxuya biləcəyi bir müəssisə idi. Lakin 2000-ci ildən sonra ancaq cəmiyyətdə güc sahibi olan insanların övladlarını ələ keçirmək planlarını reallaşdırmaq səbəbindən təhsil haqqı aşağı və orta təbəqə insanının ödəyə bilməyəcəyi qədər artırıldı. Sadəcə yüzdə 30-luq bir ödənişsiz hissə saxlanıldı ki, bu da yüksək zəka sahibi gəncləri ələ keçirmək üçün idi. Doğrudur, hər lisey məzunu bunların müridi olmasa da, bir çoxları işinin xatirinə, bir qism isə inandığı üçün “Hizmət”ə bağlı çalışmaqdadır. Və bu gün Gülən müridi sayılan gənclərin əlindən keçən maliyyə heç də kiçik bir məbləğ deyil.

Elnur Aslanovun qrant və brend biznesi ilə yanaşı SOCAR-ın Türkiyə Nümayəndəsi Kənan Məmmədovun əlindən keçən milyonlar bir dövlətdə çevriliş edəcək qədər böyük məbləğlərdir.

Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) rəhbəri vəzifəsini də daşıyan Kənan Məmmədovun atası Xalik Məmmədovun da dəstəyi ilə reallaşan projelərdən ciddi faiz aldığı da vurğulanmaqdadır. Qeyd olunur ki, hər proyektin maya dəyəri ən az 20 faiz şişirdilir və o əlavə məbləğ dövlətin büdcəsindən silinib Camaatın xəzinəsinə ötürülür. Bundan əlavə lahiyəni qazanan iş adamından yüzdə 10 “komisyon” da alınır ki, bu da Kənan Məmmədovla Elnur Aslanovun İstanbuldakı ortaq fəaliyyətlərinin davamı üçün xərclənir.

Kənan Məmmədovun hazırda da Elnur Aslanovun və ya İxtiyar Hüseynlinin “dərkənarı” olmayan heç bir lisey məzununu da SOCAR Türkiyədə işə almadığı bildirilməkdədir.

Eyni addımı Azərbaycanda atası Xalik Məmmədov atmaqdadır. Yəni, son dörd ildə SOCAR-ın işə aldığı şəxslərin 92 faizi məhz bu liseylərin  və ya Qafqaz Universitetinin məzunu olub. Bunun müqabilində Azərbaycanın Neft Akademiyasının məzunlarından sadəcə 5-6 faizi SOCAR-da iş tapa bilib. Müxtəlif bəhanələrlə işə alınmayan Neft Akademiyası məzunları işsiz qalarkən, Elnur Aslanovun yönləndirdikləri asanlıqla yüksək maaş sahibi olmaqdadırlar.  Madam Neft Akademiyasının məzunlarına Neft Şirkətində iş tapılmayacaq, o zaman bağlayın, ya da siz birləşdirmə işlərini gözəl bildiyiniz üçün Qafqaz Universitetinə birləşdirin ki, bu bədbəxtlərin də üzünə günəş doğsun.

Təəssüf ki, Xalik Məmmədov-Kənan Məmmədov şəbəkəsinin iş prinsipinə qarşı çıxan azərbaycanlılar isə SOCAR-da elə ab-hava ilə üzləşirlər ki, çıxış yolunu istefa verməkdə görürlər. Yaxşı olardı ki, Azərbaycan dövləti son iki ildə “SOCAR Türkiyə”dən ayrılan azərbaycanlıların istefa səbəbləri ilə maraqlanaydı. O zaman bir sıra mətləblər öz-özlüyündə aydınlanardı.

 

 

Xalik Məmmədovun yüksəlişində Rəsul Quliyev faktoru

 

socar_shemaHələ bir müddət öncə tezadlar.az saytında Xalik Məmmədovla bağlı maraqlı məlumat dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, “ARDNŞ-nin Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti olan Xalik Mmmədov ixtisasca energetikdir. Xalik Məmmədov vaxtilə H.Əliyev adına Neft Emalı Zavodunda yalnız ictimai fəaliyyətlə məşğul olub. Məsələn, həmkarlara rəhbərlik edib və s. Yəni bir gün də olsun energetika, neft sənayesi sahəsində çalışmayıb. Lakin sonradan X.Məmmədova  yaşıl işıq yandırıldı, o, şirkətdə vitse-prezident oldu! İndi o, ARDNŞ kimi böyük bir strukturda, neft sənayesi sahəsində kadrların seçilib yerləşdirilməsinə birbaşa rəhbərlik edir. Amma nəticə nəinki pisdir, hətta çox pisdir və hətta deyərdim ki, ürəkağrıdandır. Məsələn, bircə faktı deyim ki, Xalik Məmmədov bu sahədə yaxın qohum-doğmalarına böyük dəstək verib… Məsələn, Dövlət Neft Şirkətinin vəsaiti hesabına Lənkəranda tikilmiş Müalicə-Diaqnostika Mərkəzinə bir kimsəni deyil, Xalik Məmmədovun qardaşı Malik Məmmədovu təyin etdirdi… Xalik Məmmədovun bacısı isə H.Əliyev adına Neft Emalı Zavodunda ümumi şöbədə kargüzardır. Lakin ötən il X.Məmmdovun təkidli xahişindən, bəlkə də yalan məlumat verməsindən sonra onun bacısının adı Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı alan işçilərin siyahısında oldu. Bu hadisə həmin dövrdə nəinki biz şirkət işçilərini, həmçinin adı çəkilən neftayırma zavodunda illərdir həyatını neftayırma sahəsinə bağlayan, gecəsini gündüzə qatan sadə neftçiləri dəhşətə gətirdi. Axı bu necə ola bilərdi??? Ədalət pozulan yerdə xeyir-bərəkət ola bilməz! Dövlət Neft Şirkətində kadrların seçilib yerləşdirilməsi üzrə vitse-prezident olan bir şəxs hamıya haqq və ədaləti ilə nümunə olmalı ikən, o, əksinə, kargüzar işləyən, neftayırmaya heç bir dəxli olmayan bacısını “Tərəqqi” medalı ilə təltif olunmasına “layiq gördürür”! Təsəvvür edirsinizmi, belə ədalətsizlik olduqca pis nümunədir. Bundan sonra hansı əmək adamı ədalətin olacağına inana bilər? Bu hadisədən sonra isə hamının düşüncəsində bir söhbət hakim idi ki, əməyinin qiymətləndirilməsi üçün mütləq vitse-prezident kimi mühüm bir postu tutan Xalik Məmmədovun ya bacısı olmalısan, ya da qardaşı. Mən hələ “yeznəsi” demirəm. Çünki Xalik Məmmədovun yeznəsi elə həmin zavodda avtoparkın müdiridir! Ona Xalik Məmmədovun tapşırığı ilə hətta istisna hal kimi xidməti avtomobil də verdilər. Axı o, ARDNŞ-nin vitse-prezidentinin yeznəsidir (bacısının həyat yoldaşı). Zavodun baş Direktoru Elman müəllim nə deyə bilərdi ki?! Mən keçmiş qatı ADP-çi, indi sadə YAP-çı olan (əlimdə bunu sübut edən sübutlar var və sizə təqdim edirəm) X.Məmmədovun ARDNŞ-də çalışan digər qohum-əqrabaları və yaxınlarını demirəm”.
Göründüyü kimi şikayət müəllifi Xalik Məmmədovun ADP-çi keçmişindən qısa olaraq, bəhs edir, ancaq ardını gətirmir. Məsələn, demir ki, bu gün Azərbaycanın bel sütunu sayılan SOCAR-a onu gətirən eks-spiker Rəsul Quliyevə olan sədaqəti olub. Ona toxunmur ki, Xalik Məmmədov hələ Bakı Neftayırma Zavodunda çalışarkən Rəsul Quliyevin diqqətini çəkmiş və ona etimad göstərmişdir. Məhz R.Quliyevin himayəsi ilə Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl” Müştərək Müəssisəsinin texniki direktoru vəzifəsinə təyin olunmuşdur. Maraqlıdır ki, Gülənin Azərbaycandakı adamlarını, xüsusilə Məsut Kurnazı oğlu Kənan kimi qoruyan Xalik Məmmədov kimi Rəsul Quliyev də Fətullah Gülən simpatizanıdır. “Ərdoğan Türkiyəni qaranlığa, Gülən aydınlığa aparır” fikrinin müəllifi olan Rəsul Quliyevlə Xalik Məmmədov bu məsələdə də həmfikirdirlər.

Rəsul Quliyevin kadrının SOCAR-da bu qədər önəmli bir vəzifəyə gətirilməsində heç şübhəsiz dövlət içindəki Şəbəkənin mühüm rolu olmuşdur. Bu səbəbdəndir ki, liseylər bağlanandan sonra Məsut Kurnazın ölkədən getməməsi üçün bütün qüvvəsi ilə çalışan Xalik Məmmədov “nə qədər lazımdırsa, mən xərcləyərəm” deyərək, Camaata qarşı səxavətli davranmaqdadır. Necə ki, oğlu İstanbulda sadəcə Gülən qrupunun işə alınması mövzusunda həssaslıq göstərməkdədir.

 

Hədəf Azərbaycandır!

logolarƏslində bu gün mübarizə apardığımız məsələləri rəhmətlik Məmməd Araz çox gözəl ifadə etmişdi:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi.

Bəli, bu gün Fətullah Gülən Şəbəkəsinin dövlət içində dövlətə çevrilməsi bir çoxumuzun şəxsi mənfəətinə toxunmur, bəzən işimizə gəlir deyə susuruq. Kiminsə günlük şəxsi mənfəəti qarşılanır deyə, orta təhsili az qala tamamilə onların nəzarətinə vermək istəyir. Bu həqiqətən də “məndən ötəni” önəmsəməməkdir. Halbuki bizdən ötən vətənə dəyir.

Bu məqalənin müəllifinin adı çəkilən şəxslərlə və ya şəbəkə ilə heç bir şəxsi dərdi yoxdur, ola da bilməz. Ancaq 20 kv.metrlik otaqda oturub, dünyanın dörd bir tərəfinə yayılmış böyük bir şəbəkəyə qarşı mübarizə aparması dünən də, bu gün də vətəninin təhlükədə olmasını fərqinə varmasından irəli gəlir. Bizim üçün maraqlı deyil ki, dünən bu şəbəkəni müdafiə edən Türkiyə hökuməti bu gün ona qarşıdır, ya yox. Çünki bizi maraqlandıran Azərbaycandır. 2006-2007-ci illərdə də biz bu şəbəkəyə qarşı təkbaşına mübarizə apararkən, Azərbaycan dövlətinin maraqlarını qorumaq üçün canımızı fəda etməyə hazırdıq, bu gün də eyni mövqedəyik. Bizim gəldiyimiz yol qarşı tərəfdəkilər kimi ziqzaqlı olmadı, biz dünən də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini dəstəklədik, bu gün də o mövqedəyik. Və biz hesab edirik ki, bizdən ötən daşların vətənə dəyməməsi üçün fədakarlıq etmək lazımdır. Bəlkə səsimiz az eşidiləcək, bəlkə fiziki terrorla susdurulacağıq, ancaq səfimiz hər zaman bəlli olmalıdır. Bizim üçün imam sadəcə məsciddə namaz qıldırandır. Bu ölkənin başçısı İlham Əliyevdir və kimsə onun başqasının iradəsi ilə hərəkət etdiyini dolayı yolla da olsa söyləyirsə, onun qarşısındayıq.

Və bu şəbəkələrlə mübarizə şüurlu hər bir vətəndaşın vəzifəsi olmalıdır. Dövlətin müvafiq qurumları Elnur Aslanovların, Ceyhun Osmanlıların, Xalik Məmmədovların, Kənan Məmmədovların, İxtiyar Hüseynlilərin vasitəsi ilə dövlət içinə yeridilən gəncləri dərindən yoxlamalıdırlar. İçlərində vətənini-millətini sevən, bu şəbəkəyə bağlılığı olmayan insanlar əlbəttə vardır, ancaq daha təmiz gələcək üçün dövlətin özünü ələkdən keçirməsi vacibdir.

Zəruri qeyd

Bu yazılardan sonra aldığım bir məktubda ucarlı valideyn yazırdı: “Mən yüksək təhsil verirlər deyə, övladımı bunların məktəbinə qoydum. Uşaq bunlara qoşulduqdan sonra getdikcə, bizdən soyuyur, müəllimlərinə daha çox bağlanırdı. Mən ilk zamanlar buna fikir vermədim. Hesab etdim ki, uşaq dərslərinə aludə olduğundan bizə vaxt ayıra bilmir. Daha sonra 10 günlük bir gəzintiyə çıxdılar. Mən o 10 günlük gəzintinin uşağımda buraxdığı izləri silmək üçün tam iki il çalışdım və uşağımı o liseydən çıxardım. Bunlar mini dövlət olan ailə nüvəsini dağıdırlar. Bunların təsirinə düşən gənclər ailələrindən daha çox imamlarına bağlanırlar”.

Bu məktubdan da göründüyü kimi, bunların yetişdirdiyi gənclik heç də ölkənin gələcəyi deyil. Əksinə beyinləri yuyulan bu gənclərin özlərinin xilas olmalarına ehtiyac var.

Aqil ƏLƏSGƏR


P.S. Onu da qeyd edək ki, Fətullah Gülən Şəbəkəsi Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə sürpriz namizədlərlə getmək fikrindədirlər. Belə ki, deşifrə olunan deputatların əksəriyyətinə bu seçimdə “stavka” olunmayacaq. Onların yerinə 3-cü və 4-cü eşalondan namizədlər irəli sürüləcək ki, onların nəinki Gülənlə, heç Elnur Aslanovla da yaxınlığına dair heç bir dəlil yoxdur. Beləliklə də, “Özsüt” restoranının sahibi Sabir Niftalıyevin dediyi kimi 20 illik sistemli fəaliyyətin nəticəsində dövlətin tamamilə ələ keçirilməsi planının növbəti mərhələsinə start veriləcək. Bu gün parlamentdə olan 10-a yaxın deputat Şəbəkə ilə əlaqəlidirsə, parlamentdə ciddi fraksiya yaratmaqdan ötrü əksəriyyəti xarici dövlətlərdə təhsil almış və həmin universitetlərdə azərbaycanlıların imamları olmuş şəxslərin mandat qazanılmasına çalışılacaq. Onlardan kimsənin şübhələnməməsi üçün isə Məsut Kurnazın təşkilatçılığı ilə bir qrup fanatik camaatçı gənclə bir işlər görülüb, diqqət yayındırılacaq. Əgər dövlət dağıdacaqsa da, həmin bu qrup fəda ediləcək və nəticədə əsas komanda güclü bir şəkildə parlamentdə söz sahibi olacaq.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 458
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."