www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gülən Camaatına xərac verməyənləri PKK-çı elan edən şəxs barədə bilmədiklərimiz nələrdir?

“Camaatın icazəsi olmadan Azərbaycanda kimsə ticarətlə məşğul ola bilməz”. 1990-cı illərdən günümüzə qədər nədənsə türk iş adamlarında bu fikir hakim idi. Haqsız da sayılmazdılar. Atatürkçü və ya Güləni qəbul etməyən iş adamlarının başına gəlməyən qalmamışdı. Dövlət dairələri ilə ciddi əlaqələr quran Fətullah Gülən Camaatı istədiyi iş adamına yol verir, istəmədiyinin isə adını bədnam edirdi.

Fətullah Gülən Camaatı TUSİAB, İpək yolu kimi təşkilatlarla iş adamlarını bir mərkəzdə saxlayır, buna qarşı çıxanlar isə ölkədən müxtəlif şəkildə “deport” edilirdi.

PİA.AZ-a daxil olan məlumata görə, Camaat Azərbaycanın qeyri neft sektorunun 70 faizini öz nəzarətində saxlayır. Bundan başqa Azərbaycanın ayrı-ayrı məmurlarının xaricdəki milyonlarını da “işlədən” Gülən Camaatı Ərdoğanın bir sözü ilə buradan silinəcəyə də bənzəmir. Çünki işin içində ideologiya ulə yanaşı ticari maraqlar mövcuddur.

Bəs hər sahə üzrə “imam”-“koordinator” təyin edən Fətullah Gülən bu sektoru üzrə nümayəndəsi kimdir? Ağıla ilk gələn TUSİAB başqanıdır. Belə ki, Camaatın iqtisadi sektorunun toplandığı mərkəzin başıdır. Lakin unudulan məqam ondan ibarətdir ki, TUSİAB başqanı hər iki ildən bir dəyişilir. Bəzən TUSİAB başqanı bir ildən sonra dəyişir. Daha çox millətçi kəsimin də dəstəklədiyi isimləri başqan seçərək, “kamuflaj” olan Camaat TUSİAB-ın İdarə Heyətinə öz adamlarından seçərək, arxa planda öz işlərini icra edirlər.

İmama gəlincə, 1994-cü ildən bu günə kimi imam dəyişməyib.  TUSİAB İdarə Heyətinin üzvü olan Bahri Topuz demək olar ki, bu qurumun İdarə Heyətinin dəyişməyən üzvlərindən biri. İllərlə fərqli üzvlər seçilsə də, Bahri Topuz hər TUSİAB sədrinin listəsində olub. Daha doğrusu, TUSİAB seçimləri öncəsi qurultay nümayəndələrinə paylanan camaat siyahısında Topuzun adı öz yerini qoruyub.

“Seha Elektirik” Şirkətinin prezidenti olan Bahri Topuz həm də Qafqaz Universitetinin Rəyasət Heyətinin üzvüdür. Heç bir elmi dərəcəsi olmayan Bahri Topuz 1960-ci ildə İstanbulda dünyaya gəlib. İbtidai sinifi və orta məktəbi  Kabataş oğlanlar liseyində oxuyub. Liseyi bitirib Ankara Qazi universitetinin İqtisadiyyat fakultəsinə qəbul olan Bahri Topuz 1987-ci ildə universiteti başa vurduqdan sonra  atasının yanında ticarətlə məşğul olmağa başlayıb və iki il sonra – 1989-cu ildə öz şəxsi biznesini qurub. Bahri  Topuz 1994-cü ildən bu yana Azerbaycanda biznes fəaliyyəti ilə məşğuldur.

Göründüyü kimi tərcümeyi halında da B.Topuzun hər hansı bir akademik fəaliyyətindən bəhs edilmir. Belə olduğu halda Bahri bəyin Fətullah Gülən Camaatının Azərbaycandakı üç önəmli şirkətinin rəhbərlərindən biri olmasına hansı xüsusiyyəti imkan tanıyıb? TUSİAB və Qafqaz Universitetinin Rəyasət Heyətinin üzvü, Seha Elektrik Şirkətinin İdarə Heyətinin sədri təyin olunmasında hansı kriteriyalar rol oynayıb?

 

Bahri Topuzun Qafqaz Universitetindəki vəzifəsinin rektordan da üstün olduğunu bilməkdə fayda var. Belə ki, universitetin mülkiyyət, təsərrüfat, təşkilatlanma, rəhbər kadrların təyin olunması məsələlərində ali orqanı təsisçi şirkətin qərarı ilə seçilən Rəyasət Heyətidir. Rəyasət Heyəti Universitetin fəaliyyətini istiqamətləndirir, planlaşdırma, büdcə, kapital qoyuluşu işlərinə və inkişaf  fəaliyyətinə nəzarət edir.

 

Bahri Topuzla bağlı araşdırma apararkən bəlli oldu ki, illərdən bəri Bakıda olan bu şəxs həm də Camaata tabe olmaqdan imtina edənlərin “qələmini qırmaqla” məşğul olub. Belə ki, Fətullah Gülən Camaatına tabe olmaqdan imtina edən iş adamları milliyyətinə görə, PKK-çı, Ergenekonçu və başqa ittihamlarla suçlanaraq, Azərbaycan dövlətinə bu şəxslərdən şikayət edilir. Bu şikayətlərin qaynağı olaraq isə Bahri Topuz göstərilməkdədir. İş adamları iddia edirlər ki, onlara hücum əsasən Bahri Topuzun təkliflərini rədd etdikdən sonra başlayıb. Belə ki, onlarla görüşərək, Gülən Camaatına “himmət parası” istəniləndən sonra verilən cavaba görə, reaksiya görüb.

 

Bahri Topuzla əlaqə saxlamaq istəsək də, TUSİAB-da olan telefonları cavab vermədi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 454
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."