www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

paralel-medyanin-hainlikleri-yargiya-tasindi-h1438696291Fətullah Gülən Şəbəkəsinin  media ayağı ilə bağlı prokurorluğa müraciət edilib. Yenicag.az bildirir ki,  Samanyolu  TV, Bu gün TV, Zaman və Taraf qəzetləri və Burç FM haqqında “vətənə xəyanət və cinayət şəbəkəsi quraraq, dələduzluq etmək” ittihamları ilə İstanbul prokurorluğuna şikayət edildi. 

Ali Keskin və Fatih Kuyumcu tərəfindən hazırlanan şikayət məktubunda bu media qurumlarının yalan və iftiralarla millətin beynini yumağa çalışdıqları və PKK Terror Örgütünü dəstəkləyən xəbərlərlə çıxış etdikləri vurğulandı.

Şikayət məktubunda hər iki şəxs illərdən bəri Gülən Camaatına tələbə oxutmaq məqsədilə yardım etdiklərini, fəqət həmin pulların Türkiyə əleyhinə fəaliyyət üçün istifadə olunduğunun müəyyənləşdirildiyi bildirilib.  Mətndə Gülənin liderlik etdiyi terror örgütünün xarici qüvvələrin dəstəyi ilə dövləti ələ keçirməyə çalışdıqları vurğulanıb. Qeyd olunub ki, şikayətçilər Paralel Şəbəkənin cinayətlərinin hüquqi yolla cəzalandırılmasını tələb edirlər.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."